Saturday, 03 Dekabr 2022 19:49
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu

Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

YAZTV” xəbər verir ki, turun son matçında “Zirə” “Qəbələ”ni qəbul edib.

“Dalğa Arena”dakı qarşılaşma nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən qonaqların yarımmüdafiəçisi İsnik Alimi açıb. 10 dəqiqə sonra “qartallar”dan Rəhim Sadıxov tarazlığı bərpa edib. Matçda son nöqtəni də Azərbaycan millisinin üzvü qoyub. 74-cü dəqiqədə fərqlənən yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

3 oyunluq qələbə həsrətinə son qoyan “Zirə” xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan “Qəbələ” isə 9 xalla 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında “Qarabağ” “Kəpəz”ə, “Turan Tovuz” “Şamaxı”ya 1:0, “Neftçi” “Sumqayıt”a 3:0 hesabı ilə qalib gəlib. “Sabah”– “Səbail” görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.

"Neftçi"nin zədəli futbolçularının durumu bəlli olub

"Neftçi"nin zədəli futbolçularının durumu bəlli olub

"Neftçi"nin zədəli futbolçuları Azər Salahlı və Sezar Meza Kollinin durumu açıqlanıb.

YAZTV xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında məlumat verib.

Baş həkim Salahlının ayağından əməliyyat olunduğunu xatırladıb: "O, 2-3 ay ərzində komanda ilə məşqlərə qoşulacaq. Meza Kollinin isə reabilitasiya dövrü başlayıb. Başqa zədəli oyunçumuz yoxdur".

Zöhrablı "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IV tur matçında əzələsində spazm aşkarlanan Azər Əliyevin durumunun yaxşı olduğunu və komanda ilə məşqlərə qatıldığını söyləyib.

Qeyd edək ki, "Neftçi" bu gün V turda "Sumqayıt"ı qəbul edəcək. "Bakcell Arena"dakı qarşılaşma saat 20:30-da başlayacaq.

Azərbaycan Respublikasının Əməkdar məşqçisi Əli Hacıyevin 60 illik yubileyi qeyd edilib

Azərbaycan Respublikasının Əməkdar məşqçisi Əli Hacıyevin 60 illik yubileyi qeyd edilib

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və 1 nömrəli UGİŞM-in təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomçusu, “Şöhrət” ordenli, Əməkdar məşqçi, Fəxri Bədən tərbiyəsi və İdman işçisi, sambo üzrə SSRİ idman ustası Hacıyev Əli Nəriman oğlunun 60 illik yubileyi qeyd olunub.
 
Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, 1 nömrəli UGİŞM-nin direktoru Ramil Qasımov, 2 nömrəli UGİŞM-nin direktoru Asif Həsənov, Gəncənin idman ictimaiyyətinin nümayəndələri, tanınmış idmançılar və məşqçilər iştirak ediblər.
 
Çıxış edənlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıb, Azərbaycan idmançılarının dünya idman arenalarında qazandıqları nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, bu uğurların əldə olumasında Əli Hacıyevin də xüsusi xidmətləri var. Bu gün onun yetirmələri müxtəlif beynəlxaq yarışlarda Dövlət Himnimizi səsləndirir və bayrağımızı yüksəldirlər.
 
Əli Hacıyev 60 illik yubiley tədbirinin keçirilməsi, eləcə də ölkəmizdə idmana göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını ifadə edib, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova təşəkkürünü bildirib.
Tədbirin yekununda Əli Hacıyev 60 illik yubileyi münasibətilə, Gəncə şəhərinin ictimai həyatında və idman sahəsindəki səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının “Təşəkkürnamə” si ilə təltif edilib.
 
Sonda xatirə şəkli çəkdirilib.
 
Azərbaycan karateçisi Premyer Liqanın qalibi olub

Azərbaycan karateçisi Premyer Liqanın qalibi olub

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.

YAZTV-nin xəbərinə görə, 60 kq çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır.

Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.

Xatırladaq ki, səhər seansında Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medal qazanıblar. Onlar müvafiq olaraq Hiroki Nakano (Yaponiya), Andrey Toroşanko (Ukrayna) və Qoqita Arkania (Gürcüstan) üstün olub.

Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub.

Federasiyadan  verilən məlumata görə, Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 3-cü yeri tutub.

Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçu bürünc mükafata layiq görülüb.

Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Azərbaycan boksçusu fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

"Qarabağ" "Frayburq"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin I tur matçı üçün Almaniyadakı azarkeşlərə müraciət edib.

YAZTV "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Europa Park" stadionunda görüşü izləmək istəyən fanatlar N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.

Qeyd edək ki, sentyabrın 8-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Frayburq"un futbolçusu sifətindən ağır zədə alıb

"Frayburq"un futbolçusu sifətindən ağır zədə alıb

"Frayburq"un futbolçusu Roland Şallai Almaniya Bundesliqasında V turun "Bayer"ə qarşı səfər oyununda ağır zədə alıb.

YAZTV-nin məlumatına görə, 9-cu dəqiqədə meydan sahiblərinin müdafiəçisi Conatan Tah oyun epizodunda butsunun alt hissəsi ilə Şallainin sifətinə zərbə vurub.

Nəticədə macarıstanlı yarımmüdafiəçinin gözü şişib. 5 dəqiqəyədək ilkin tibbi yardım aldıqdan sonra meydanı xərəkdə tərk edən 24 yaşlı futbolçunu U Yon Çen əvəzləyib.

Qarşılaşmadan sonra "Frayburq"un baş məşqçisi Kristian Ştrayx bildirib ki, Şallainin gözü tam örtülüb və göyərib: "Biz çox ümid edirik ki, bu, qançırdan başqa bir şey deyil. Hələ dəqiq heç nə bilmirik. Həkim optimistdir".

Qeyd edək ki, görüş "Frayburq"un qələbəsi ilə yekunlaşıb - 3:2. Almaniya təmsilçisi növbəti görüşünü sentyabrın 8-də Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcək. "Europe Park" stadionunda təşkil olunacaq G qrupunun I tur matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol üzrə Rusiya millisi uzun müddətdən sonra meydana çıxacaq.

YAZTV "RB Sport"a istinadən xəbər verir ki, yığma sentyabrın sonunda Qırğızıstan seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.

Matç böyük ehtimalla Bişkekdə baş tutacaq.

Qeyd edək ki, Rusiya millisi son olaraq 2021-ci ilin noyabrında DÇ-2022-nin seçmə matçında Xorvatiyaya 0:1 hesabı ilə uduzub. FIFA və UEFA 2022-ci ilin əvvəlində bu ölkənin komandalarını təşkilatların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Rusiyanın "Ximki" klubunun Müşahidə Şurasının üzvü Roman Teryuşkov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun komandanın sükanı arxasına keçməkdən imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

YAZTV xəbər verir ki, "Sport-Ekspress" nəşrinə açıqlama verən funksioner "Ximki"nin 50 yaşlı mütəxəssislə əlaqə saxlamadığını söyləyib.

Qeyd edək ki, daha əvvəl jurnalist İvan Karpov Qurban Qurbanovun Rusiya komandasından imtina etdiyi barədə məlumat yayıb.

Fransa klubu "Qarabağ"la oyun üçün bilet satışından razı qalıb

Fransa klubu "Qarabağ"la oyun üçün bilet satışından razı qalıb

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən Fransanın "Nant" klubunun avrokubok matçları üçün satışa çıxardığı bilet paketlərinin 21 200-ü alınıb.

YAZTV xəbər verir ki, "Avropa paketləri" adlandırılan kampaniya çərçivəsində 21 200 abonement Avropa Liqasının "Olimpiakos", "Frayburq" və "Qarabağ"la matçlarına bilet əldə edib. Bunlardan 19 mini hələ püşkatmaya kimi alınıb.

35 322 tamaşaçı tutumuna malik olan "La Bojuar" stadionunun "Luara" adlanan tribunası isə son 18 ildən sonra tam dolacaq. Eyni vəziyyət "Erdre" tribunasına da aiddir.

"Nant"ın ictimai gəlirlər şöbəsinin rəhbəri Nikola Şekaççi bundan razı qaldıqlarını bildirib: "Biz belə bir maraq olacağına ümid edirdik". O bildirib ki, abunə kampaniyası bitdiyindən, artıq hər matç üçün ayrılan biletlər satılacaq.

O artıq "Olimpiakos"la sentyabrın 8-də baş tutacaq ilk matç üçün stadionun tam dolacağına ümid etdiklərini bildirib: "Bir günə 4 mindən çox bilet satmışıq".

Qeyd edək ki, "Qarabağ" "Nant"la səfər görüşünə oktyabrın 27-də çıxacaq.

Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Azərbaycanın paracüdo idman növü üzrə milli komandasının 2 üzvü Avropa çempionatının bürünc medallarını qazanıb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Namiq Abbaslı (73 kq, J2) və Uşaq Paralimpiya hərəkatının yetirməsi olan İsmayıl Muradov (60 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının bürünc medallarına sahib olublar.

Sentyabrın 3-ü İlham Zəkiyev (+90 kq, J1), Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) tatami üzərinə çıxacaqlar.

UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar “Qarabağ” klubunun hesabına növbəti ödəniş edilib.

YAZTV-nin  məlumatına görə, Avropa futbol qurumunun ayırdığı müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Məbləğin 5 milyon avrosu UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün), 3,4 milyon avrosu Avropa Liqasında iştirak üçün ilkin ödəniş, 2,244 milyon avrosu isə Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən) nəzərdə tutulub.