Monday, 29 Noyabr 2021 03:03
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Almaniya millisinin futbolçusu koronavirusa yoluxub

Almaniya millisinin futbolçusu koronavirusa yoluxub

"Bavariya" klubunun futbolçusu Niklas Züle koronavirusa yoluxub.

YAZTV"Bild"ə istinadən məlumatına görə, 26 yaşlı müdafiəçinin Almaniya yığmasının düşərgəsində verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxıb.

Onunla birlikdə Bundestimin daha 4 oyunçusu karantinə alınıb. Bütün qalan futbolçular və məşqçilər heyəti qarşıdakı görüşlərə hazırlıqlarını davam etdirəcəklər.

Qeyd edək ki, Almaniya yığması noyabrın 11-də Lixtenşteyn, noyabrın 14-də Ermənistanla dünya çempionatının seçmə matçlarında üz-üzə gələcək.

Sterlinqin əvəzinə De Yonq

Sterlinqin əvəzinə De Yonq

“Barselona” “Mançester Siti”nin futbolçusu Rahim Sterlinqin transferində israrlıdır.

YAZTV xəbər verir ki, Kataloniya klubu qış transfer pəncərəsində 26 yaşlı hücumçunu almağı planlaşdırır.  Lakin "Barselona" Sterlinq üçün qarşı tərəfin istədiyi məbləği ödəyə bilmir. Buna görə də “şəhərlilər” Sterlinqin əvəzində "Barselona"dan yarımmüdafiəçi Frenki de Yonqu istəyir. Premyer Liqa təmsilçisi hətta əlavə 20 milyon avro ödəməyə də hazırdır. 

Qeyd edək ki, Frenki de Yonq bu mövsüm “Barseona”nın heyətində 13 oyunda 2 məhsuldar ötürmə verib. Sterlinq isə “Mançester Siti”də 15 görüş keçirib, 2 qol, 2 assistlə yadda qalıb. (qol az)

Böyük Dəbilqə: Azərbaycan medal sıralamasında 4-cü olub

Böyük Dəbilqə: Azərbaycan medal sıralamasında 4-cü olub

Azərbaycan cüdoçuları Bakıda keçirilən Böyük Dəbilqə turnirini 7 medalla başa vurublar.

YAZTV-nin məlumatına görə, kişilərin mübarizəsində Orxan Səfərov (66 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (81 kq) və Uşangi Kokauri (+100 kq) bürünc, qadınlarda isə İçinxorlu Muntsxedev (57 kq) gümüş medala sahib olub.

Azərbaycan medal sıralamasında 1 qızıl, 2 gümüş və 4 bürünc medalla dördüncü yeri tutub. Yaponiya (5 qızıl, 1 qızıl, 4 bürünc) 1-ci, Rusiya (2 qızıl, bir gümüş, 2 bürünc) ikinci, Almaniya isə (2 qızıl, 2 bürünc) 3-cü yeri tutub.

Millimizin son rəsmi oyununun hakimləri açıqlandı

Millimizin son rəsmi oyununun hakimləri açıqlandı

Azərbaycan – Lüksemburq oyununun hakimləri açıqlanıb.

YAZTV xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin noyabrın 11-dəki qarşılaşmasının təyinatlarını UEFA açıqlayıb.

Bakı Olimpiya Stadionundakı görüşü Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcək. Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki son oyununun baş hakimi Manuel Şuttenqruber olacaq.  

Ona həmyerliləri Roland Brandnerlə Robert Steynaxer kömək edəcək. Dördüncü hakim funksiyası Yulian Veynbergerə tapşırılıb.

Harald Lexner VAR hakimi funksiyasını yerinə yetirəcək. Ona Sebastyan Gişamer kömək edəcək.

"Barselona"ya görə Braziliya millisindən imtina edib

"Barselona"ya görə Braziliya millisindən imtina edib

"Barselona”nın yeni baş məşqçisi Xavi Ernandes daha əvvəl Braziliya millisindən təklif alıb.

YAZTV xəbər verir ki, bunu 41yaşlı mütəxəssis ötən gün keçirilən təqdimat mərasimində deyib.

 

O, Qətərin “Əl-Sədd” klubunda çalışdığı zaman Braziliya yığmasından təklif aldığını söyləyib. Cənubi amerikalılar DÇ-2022-dən sonra Xavini hazırkı çalışdırıcı Titenin yerinə təyin etmək istəyib. Lakin o, doğma komandası “Barselona”nın təklifini daha üstün tutub.

Qeyd edək ki, Xavi Ernandes “Barselona” ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.

Məmmədəli Mehdiyev: "Qızıl medal qazanaraq, Ordumuza həsr etmək istəyirdim"

Məmmədəli Mehdiyev: "Qızıl medal qazanaraq, Ordumuza həsr etmək istəyirdim"

"Təəssüratlarım ürəkaçan deyil. Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı. Sabah Zəfər Günüdür. Qələbəmi Azərbaycan Ordusuna həsr etməyi planlaşdırırdım, alınmadı".

Bu fikirləri  Bakıda keçirilən Böyük Dəbilqədə gümüş medal qazanmış Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev deyib.

90 kq çəki dərəcəsində çıxış edən idmançı rəqiblərinin hamısının güclü olduğunu bildirib: "Zəif rəqibim yox idi. Cüdoda Yaponiya təmsilçiləri güclü olur. Onlardan birinə qalib gəlsəm də, digərinə uduzdum. Finalda yorulduğumu düşünmürəm. Sadəcə, cüzi səhv etdim və hakimlər üçüncü cərimə xalı verdilər".

Mehdiyev ardıcıl üçüncü dəfə beynəlxalq yarışda iştirak etdiyini xatırladıb: "Özümdə yorğunluq hiss etmirəm. Bir az çəki salma proseduru çox ağırdır. Demək olar ki, 40 gün ərzində 20 kq çəki salmışam. Hər yarışda 7 kq çəki salıram. Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pridə 10 kq salmışdım. İndi də hər şey yaxşı idi və özümü normal hiss edirdim. Sadəcə, bu gün yaponiyalı idmançının günü idi. İnanıram ki, növbəti dəfə mənim günüm olacaq".

Cüdoçu 2 ayadək yarışlarda iştirak etməyəcəyini diqqətə çatdırıb: "Dizimdə zədə var. Onun müalicəsi ilə məşğul olacağam. Baş məşqçimiz istirahət versə, bir həftə dincəlməyi hədəfləyirəm. Ailəmin yanında olmaq istəyirəm. Daha sonra isə məşqlərə davam edəcəyəm, Növbəti hədəf 5-6 fevral 2022-ci ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə olacaq".

O, Azərbaycan Cüdo Federasiyasında rəhbərliyin dəyişməsinə də toxunub: "Bizə demişdilər ki, yarışdan sonra yeni rəhbərlə görüşümüz olacaq və nəticələri müzakirə edəcəyik. Əslində, Rəşad Nəbiyev Böyük Dəbilqədən əvvəl bizimlə görüşüb və uğurlar arzulayıb. Düşünürəm ki, növbəti görüşdə bizi pis bir şey gözləmir. Əlimizdən nə gəlirsə, onu edirik".

Messi sağaldı

Messi sağaldı

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi zədəsini tam sağaldıb. 

YAZTV xəbər verir ki, bu barədə "TYC Sports" məlumat yayıb. 34 yaşlı hücumçunun Argentina millisi ilə birgə məşqlərə qatıldığı bildirilib. O, DÇ-2022-nin seçmə mərhələsində Uruqvay və Braziliya ilə matçlarda iştirak etməyə hazırdır.  

Qeyd edək ki, Argentina yığması noyabrın 13-ü Uruqvay, 17-si isə Braziliya ilə qarşılaşacaq.  (qol az)

PSJ Messidən niyə narazıdır?

PSJ Messidən niyə narazıdır?

PSJ Lionel Messinin Argentina millisinə çağırılmasından narazıdır.

YAZTV Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu 34 yaşlı hücumçunun zədəli olması səbəbindən onun yığmanın düşərgəsinə yollanmasını doğru hesab etmir. PSJ-nin idman direktoru Leonardo Messinin millinin qarşıdakı matçlar üçün heyətə cəlb olunması ilə bağlı şikayətlərini bildirib. O, belə halların qarşısının alınması üçün FİFA ilə müqavilə imzalanmasının vacib olduğunu söyləyib.

 

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində Uruqvay (12 noyabr) və Braziliya (16 noyabr) ilə qarşılaşacaq.

Boks üzrə dünya çempionumuz: “Qələbəmi şəhidlərimizə həsr edirəm”

Boks üzrə dünya çempionumuz: “Qələbəmi şəhidlərimizə həsr edirəm”

“Dünya çempionatı çox yaxşı keçdi. Güclü bir mübarizə oldu. Mundialda demək olar ki, bütün favoritlər iştirak edirdi. Döyüşlər asan keçmədi”

Bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Serbiyanın paytaxtı Belqradda dünya çempionu titulunu qazanan millimizin üzvü Alfonso Dominqes (86 kq) deyib.

 

Avropa Oyunlarının qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı dünya çempionatındakı çıxışı ilə bağlı belə deyib: “Dünya çempionatında asan rəqib olmur. Hamısı güclü, ölkəsinin bir nömrəsi sayılan boksçular idi. Hər biri Belqrada qızıl medal qazanmaq üçün gəlmişdi. Buna görə keçirdiyim bütün döyüşlərə final döyüşü kimi çıxırdım. Demək olar ki, hər bir rəqiblə mübarizə gərginliyi ilə yadda qaldı. Amma ən çətin və həyəcanlı görüşümün kubalı Ruis Kordoba ilə keçdiyini deməliyəm. Yarımfinala təsadüf edən döyüş həm də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mübarizə apardığım rəqib həmyerlim idi”.

Bir ay əvvəl azərbaycanlı xanımla ailə quran “Asif Axundov klubu”nun üzvü qeyd edib ki, Belqradda Azərbaycan bayrağını yüksəltdiyi və fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün sevinclidir: “Çempion olacağıma inanırdım. Dünya çempionatına da bu istəklə yollanmışdım və bunu bacardım. Sabah Zəfər Günü qeyd olunacaq. Bu qələbəmi 44 günlük Vətən müharibəsi şəhidlərimizə həsr edirəm. Allahdan onlara rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Bu hamımızın, Azərbaycanın uğurudur. Bununla kifayətlənməyəcəyəm. İnşallah, bu qələbənin ardı gələcək. Uğurumda xüsusi payı olan Azərbaycan Boks Federasiyasına, məşqçilərimə və ailəmə təşəkkür edirəm”.

Qeyd edək ki, Alfonso dünya çempionatında ardıcıl olaraq AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev, kubalı Ruis Kordoba və braziliyalı Keno Maçadonu məğlub edib.

Dunya çempionu Yunan-roma güləşçimiz  doğulduğu kənddə izdihamla qarşılandı

Dunya çempionu Yunan-roma güləşçimiz doğulduğu kənddə izdihamla qarşılandı

Dunya çempionu Yunan-roma güləşçimiz Həsrət Cəfərov doğulduğu Goranboy rayon Qaradağlı kəndinə qayıdarkən rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov və idman ictimaiyyəti tərəfindən izdihamla qarşılandı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanın dünya çempionu: "Erməniyə məğlub ola bilməzdim"

Azərbaycanın dünya çempionu: "Erməniyə məğlub ola bilməzdim"

"Yarışa çox ciddi hazırlaşmışdıq. Yaxşı təlim-məşq toplanışı keçmişdik. Federasiya bizim üçün bütün lazımi şəraiti yaratmışdı. Bizim öhdəmizə düşən də çempion olmaq idi. Şükürlər olsun, buna nail oldum. Hədəflərim böyükdür. İnanıram ki, hər şey yaxşı olacaq".

YAZTV-nin məlumatına görə, bu fikirləri Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində jurnalistlərə açıqlamasında deyib.

57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmanı qələbəsini Azərbaycan xalqına həsr etdiyini bildirib: "Bu gün Zəfər Günüdür. Sevindiricidir ki, uğurumuz bu ərəfəyə təsadüf etdi. Qələbəmi şəhid ailələrinə, qazi qardaşlarımıza, Qarabağ uğrunda döyüşən bütün əsgərlərimizə həsr edirəm".

1/4 finalda Ermənistan güləşçisi Manvel Xndzrtsyana qalib gələn Rzazadə həmin görüşdə məsuliyyətin daha böyük olduğunu vurğulayıb: "Həmin qarşılaşmaya daha çox hazırlaşdım. Qələbə qazanacağımı bilirdim. Sevinirəm ki, bunun öhdəsindən gəldim. Erməniyə məğlub ola bilməzdim. Çünki qarşıdan Zəfər Günü gəlirdi. Qalib gəldim ki, ikiqat sevinc olsun".

O, sonda 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək və qələbə qazanmaq arzusunda olduğunu əlavə edib.

Ramos PSJ-də qalır

Ramos PSJ-də qalır

PSJ-nin futbolçusu Serxio Ramos klubdan ayrılmayacaq. 

YAZTV xəbər verir ki, bu barədə onun meneceri və qardaşı Rene Ramos danışıb. Menecer 35 yaşlı müdafiəçinin Paris təmsilçisi ilə müqaviləyə xitam verməyəcəyini bildirib. 

 Daha əvvəl Ramosun PSJ-dən tezliklə ayrılacağı haqda məlumatlar yayılmışdı. 

Qeyd edək ki, Ramos bu ilin iyul ayında PSJ-yə keçib.  (qol az)