“Qarabağ” – “Gent”: Birinci hissə başa çatdı – 0:0

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Azərbaycanın “Qarabağ” və Belçikanın “Gent” komandaları arasında keçirilən oyunda birinci hissə başa çatıb.
YAZTV xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü Məhəmməd Al-Hakimin başçılıq etdiyi isveçrəli hakimlər briqadası idarə edir.
Qeyd edək ki, qarşılaşmadan əvvəl Türkiyədə və Suriyada baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bundan başqa, futbolçular meydana “Yanınızdayız” pankartı ilə çıxıblar.
Xatırladaq ki, “Qarabağ” tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayır. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın “Marsel” komandasına məğlub olaraq Avropa Kubokunda mübarizəni dayandırıb.
21:45
Ağdamın “Qarabağ” komandası bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
YAZTV xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Belçikanın “Gent” komandasını qəbul edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Məhəmməd Al-Hakimin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir.
"Qarabağ"ın start heyətində Luka Quqeşaşvili, Julio Romao, Marko Yankoviç, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alıb.
Belçika təmsilçisinin heyətində isə meydana Deyvi Rof, Cozef Okumu, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Villi Orban, Cordan Torunariqa, Sven Kums və Bruno Qodo çıxıb.
Qeyd edək ki, “Qarabağ” tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın “Marsel” komandasına məğlub olaraq avrokuboklarla vidalaşıb.
Bu komandalar arasında cavab oyunu fevralın 23-də Belçikada keçiriləcək.
Xatırladaq ki, Ağdamın “Qarabağ” klubu ötən il Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Yunanıstanın "Olimpiakos" komandası ilə qolsuz heç-heçə edərək Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib. Xallarının sayını 7-yə çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib.
Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə edib.