Polşa – Azərbaycan oyununun başlama saatı açıqlanıb

Polşa – Azərbaycan oyununun başlama saatı açıqlanıb

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa – Azərbaycan oyununun başlama saatı açıqlanıb.

YAZTV Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Koszalin şəhərindəki idman zalında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bu matç 6-cı qrupun sonuncu görüşü olacaq.