Azərbaycanlı hakim Superfinala təyinat alıb

Azərbaycanlı hakim Superfinala təyinat alıb

Azərbaycanın FIFA referisi İnqilab Məmmədov təyinat alıb.

YAZTV AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro Çimərlik Futbolu Liqasının (EBSL) Superfinal mərhələsinə təyinat alıb.

Qeyd edək ki, bu mərhələnin oyunları 8 - 11 sentyabrda İtaliyanın Kalyari şəhərində keçiriləcək.