İslamiada: Azərbaycanın daha bir atleti medal qazanıb

İslamiada: Azərbaycanın daha bir atleti medal qazanıb

Azərbaycan atleti Yekaterina Sariyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

YAZTV-nin Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı üçtəkanla tullanmada 14,12 metr nəticə ilə 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər atleti Aleksis Kopello bu növdə gümüş medal əldə etmişdi.