İslamiada: Azərbaycanın 2 taekvondoçusu finala yüksəlib

İslamiada: Azərbaycanın 2 taekvondoçusu finala yüksəlib

Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

YAZTV xəbər verir ki, 67 kq-da yarışan idmançı yarımfinalda Mərakeşli Safi Salihə qalib gəlib.

68 kq-dakı Cavad Ağayev də yarımfinalda Seneqal təmsilçisini məğlub edərək, finala adlayıb.

Bu isə o deməkdir ki, Əzizova və Cavadov ən azı gümüş medalı özləri üçün təmin ediblər.

18:32

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 49 kq-da çıxış edən taekvondoçu Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.

Bu gün həmçinin Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medal əldə edib.