Qurban Qurbanov: "Bizi "Lex"lə çox çətin oyun gözləyir"

Qurban Qurbanov: "Bizi "Lex"lə çox çətin oyun gözləyir"

"Bizi çox çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Yaxşı oyun göstərməliyik".

YAZTV-nin məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada "Lex"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.