Polşalı futbolçu “Sumqayıt”la oyundan danışdı

Polşalı futbolçu “Sumqayıt”la oyundan danışdı

Polşanın “Yagelloniya” klubunun futbolçusu Taras Romançuk “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

YAZTV xəbər verir ki, klubun saytına danışan 30 yaşlı polşalı yarımmüdafiəçi qolsuz bitən matçla bağlı bunları deyib:

 “Nəticə hər oyunda önəmlidir. “Sumqayıt”la oyunda nəzarət bizdə idi və daha çox qol imkanımız var idi. Mixal Nalepanın uzaqdan yaxşı zərbəsi, mənim də künc tərəfdən qol imkanım oldu.

Biz son günlərdə çox çətinlik çəkirik. Gündə iki dəfə məşq bizi çox yorub. İrəlidə daha yaxşı olacağıq. Ümid edirəm ki, növbəti matçlarımızda qələbə qazanacağıq”.