"İndi "Qızıl top"dan o qədər də uzaq deyiləm" - Benzema

"İndi "Qızıl top"dan o qədər də uzaq deyiləm" - Benzema

Fransa millisinin və "Real"ın hücumçusu Kərim Benzema uşaqlıqdan "Qızıl top"u qazanmaq arzusunda olduğunu etiraf edib.

YAZTV xəbər verir ki, bu barədə o, "Canal+"a açıqlamasında deyib:

 “Uşaqlıqdan “Qızıl top”u qazanmaq arzusunda olmuşam. Düşünürəm ki, bir çox insanlar bu kuboku uşaqlıqda xəyal edirlər. Kumirlərim Ronaldo və Zidan "Real"a keçdi və "Qızıl top"u qazandı. Bəli, bu barədə düşünürəm. İndi bu mükafatdan o qədər də uzaqda deyiləm".

Qeyd edək ki, Benzema "Qızıl top"a namizədlər sırasındadır. (qol az)