"Bavariya"dan qələbə

"Bavariya"dan qələbə

"Bavariya" Almaniya Bundesliqasında növbəti matçına çıxıb. 

YAZTV xəbər verir ki, Münhen təmsilçisi 6-cı turda "Qroyter"in qonağı olub. Oyun "Bavariya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

 Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 13 xalla liderdir. "Qroyter" isə 1 xalla sonuncudur. 

Bundesliqa, 6-cı tur

"Qroyter" - "Bavariya" - 1:3

Qollar: İtten, 88 - Müller, 10, Kimmix, 31, Qrisbek, 68 (qol az)