Saturday, 23 Oktyabr 2021 08:41
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Qarabağ"a məğlubiyyətdən sonra istefa tələbi

"Qarabağ"a məğlubiyyətdən sonra istefa tələbi

Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a məğlubiyyətdən sonra (1:2) Qazaxıstan “Kayrat”ının azarkeşləri komandanın baş məşqçisi Kurban Berdıyevin istefasını tələb edirlər.
 
YAZTV Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, klubun azarkeşləri rəhbərlikdən 69 yaşlı mütəxəssisin istefaya göndərilməsini istəyirlər. Onlar əvvəlki baş məşqçi Aleksey Şpilevskinin yenidən komandanı çalışdırmasını tələb edirlər.
 
“Qarabağ” Konfrans Liqasının H qrupunda 7 xalla 2-ci, “Kayrat” isə 1 xalla 3-cü pillədə qərarlaşıb. (qol az)

Felipe Melo "Qalatasaray"a qayıdır

Felipe Melo "Qalatasaray"a qayıdır

“Palmeyras”ın yarımmüdafiəçisi Felipe Melonun karyerasını yenidən Türkiyədə davam etdirməsi gözlənilir.

101.az xəbər verir ki, 38 yaşlı braziliyalı sabiq komandası “Qalatasaray”a qayıtmaq üzrədir.

Braziliya mətbuatı yanvarın 1-də azad agent statusu daşıyacaq Melonun qış fasiləsində “cim-bom”a dönəcəyini yazıb. Futbolçunun meneceri Leo Kornakinin İstanbula yollanaraq “Qalatasaray”ın bazasını gəzməsi və oradan şəkil paylaşması tərəflər arasında razılıq əldə olunmasına işarədir. Melonun hətta “sarı-qırmızılılar”da yenidən 10 nömrəli formanı geyinəcəyi vurğulanıb.

Qeyd edək ki, Felipe Melo 2011-2015-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub.

 

"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxdu

"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxdu

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann peyvənd olunmasına baxmayaraq, koronavirusa yoluxub.

YAZTV xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin saytı məlumat yayıb. Karantində olan mütəxəssis tam sağalana qədər evdə qalacaq. 

"Bavariya" dünən Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Benfika"ya 4:0 hesabı ilə qalib gəlib. Naqelsmannın Münhenə komandadan ayrı gedəcəyi bildirilib. (qol az)

“Qəbələ” azarkeşlərinə görə 4 min manat cərimələndi

“Qəbələ” azarkeşlərinə görə 4 min manat cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Qəbələ” - “Zirə” oyununda “Qəbələ”nin azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunub. Matç bitdikdən sonra “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

 “Sabah” -  “Qarabağ” matçında “Sabah”ın futbolçusu Xulio Sezar Rodriqes “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Qarabağ”ın 6,8 milyonluq qazancı

“Qarabağ”ın 6,8 milyonluq qazancı

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan "Qarabağ" UEFA Konfrans Liqasında inamlı çıxışı ilə yadda qalır.

YAZTV xəbər verir ki, Ağdam təmsilçisi ötən axşam Qazaxıstanın "Kayrat" klubunu 2:1 hesabı ilə məğlub etməklə həm xallarının sayını 7-ə yüksəldib, həm də büdcəsini zənginləşdirib.

Belə ki, Abbas Hüseynovun son dəqiqələrdə vurduğu qolla Qazaxıstan təmsilçisi üzərində əldə edilən qələbə Qurban Qurbanovun komandasına 500 min avro ( 990 min manat) qazandırıb. Bir sözlə, Abbasın qolunu bir milyon manatlıq qol da adlandırmaq olar.

Bu, qrup mərhələsində qazanılan hər qələbəyə görə UEFA tərəfindən verilən mükafatdır. Qitənin ali futbol qurumunun qrup mərhələsində qeydə alınan heç-heçəyə görə ayırdığı mükafat isə 166 min avrodur.

"Qarabağ"ın keçirdiyi üç oyunda iki qələbə qazanıb, bir heç-heçə etdiyini nəzərə alsaq, deməli, UEFA-dan təkcə üç matçın nəticəsinə görə 1 milyon 166 min avro gəlir əldə edilib.

Ağdam təmsilçisi bundan öncə 2 milyon 294 min avronu da qrup mərhələsinə vəsiqə qazandığı üçün əldə edib. 

Komandanın qrup mərhələsinə vəsiqə qazanması və keçirdiyi üç oyunda əldə etdiyi nəticələrə görə indiyədək 3 milyon 460 min avro qazanıb ki, bu da 6 milyon 855 min manat deməkdir. Təmsilçimizin qarşıda oyunlarının olduğunu nəzərə alsaq, bu məbləğin artacağı istisna deyil. Azərbaycan təmsilçisinin hələ səfərdə "Bazel" və "Kayrat"la, evdə isə "Omoniya" ilə matçları qalıb. 

Qeyd edək ki, "Qarabağ" qrupu lider kimi tamamlasa, əlavə 650 min avro əldə edəcək. Qrup ikincilərinə 325 min, 1/16 finala çıxanlara 300 min, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək.

Azərbaycan millisi FIFA reytinqində gerilədi

Azərbaycan millisi FIFA reytinqində gerilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

YAZTV xəbər verir ki, ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 2 pillə geriləyərək 1146 xalla 119-cu pillədə qərarlaşıb. 

Siyahıya Belçika (1832) başçılıq edir. Braziliya (1820) 2-ci, Fransa (1779) 3-cü pillədə qərarlaşıb.

"Qarabağ"a məğlubiyyətdən sonra Kurban Berdıyevin istefası tələb olunub

"Qarabağ"a məğlubiyyətdən sonra Kurban Berdıyevin istefası tələb olunub

Qazaxıstan "Kayrat"ının azarkeşləri növbəti dəfə komandanın baş məşqçisi Kurban Berdıyevdən narazılıqlarını bildiriblər.

YAZTV xəbər verir ki, fanatlar UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a məğlubiyyətdən sonra klub rəhbərliyindən 69 yaşlı rusiyalı mütəxəssisin istefaya göndərilməsini tələb ediblər.

Onlar əvvəlki baş məşqçi Aleksey Şpilevskinin qaytarılmasını istəyiblər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.(report az)

"Qarabağ" - "Kayrat": Heyətlər

"Qarabağ" - "Kayrat": Heyətlər

Konfrans Liqasının qrup mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Kayrat” (Qazaxıstan) oyunu üçün heyətlər açıqlanıb.

YAZTV xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:


 “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

“Kayrat”: 1. Stas Pokatilov (k), 20. Rade Duqalyiç, 4. Nurali Alip, 15. Maki Banyak, 11. Yan Veroqovski, 24. Dino Mikanoviç, 33. Denis Polyakov, 16. Rikardo Alveş, 22. Neboyşa Kosovaç, 25. Joao Paulo, 18. Joze Kante

Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Qoralski, 7. Quljiqit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Ussenov, 46. Arsen Burançiyev (qol az)

Essyen Qana tarixinin rəmzi komandasında

Essyen Qana tarixinin rəmzi komandasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Qana futbol tarixinin rəmzi komandasını açıqlayıb. 

YAZTV xəbər verir ki, rəmzi komandada “Səbail”in sabiq futbolçusu Maykl Essyen də yer alıb.

 

Qapıçı: Robert Mensah

Müdafiəçilər: Emmanuel Ofei Ansah, Samuel Kuffur, Ceyms Dadzi, Kvadvo Asamoa

Yarımmüdafiəçilər: Maykl Essyen, Abedi Pele, Karim Razak, Məhəmməd Polo, İbrahim Sandi

Hücumçu: Toni Yeboa
 
Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək “Səbail”də çıxış edib.  (qol az)

Milli komandada yeni baş məşqçi

Milli komandada yeni baş məşqçi

Paraqvay milli komandasının yeni baş məşqçisi məlum olub.

YAZTV xəbər verir ki, yığma Qustavo Barros Skelottoya tapşırılıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb. Qustavo ilə imzalanan müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

 Skelotto bir müddət əvvəl istefaya göndərilən Eduardo Berissonu əvəzləyib. (qol az)
“Sabah”ın baş məşqçisi istefa verdi

“Sabah”ın baş məşqçisi istefa verdi

“Sabah” baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.

YAZTV xəbər verir ki, mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

"Sabah" 7 turdan sonra 1 xalla Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi.

"Kopenhagen" Mahir Emreli ilə maraqlanır

"Kopenhagen" Mahir Emreli ilə maraqlanır

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha bir klubun maraq dairəsinə düşüb.

YAZTV-nin məlumatına görə, bu barədə Fransanın "MSV Foot" səhifəsi tviterdə iddia irəli sürüb.

24 yaşlı hücumçunun Danimarka "Kopenhagen"inin diqqət mərkəzində olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Herta Berlin", "Hoffenhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) komandalarının skautları Varşava təmsilçisinin Ekstraklasada "Lex" (Poznan) komandasına 0:1 hesabı ilə uduzduğu XII tur matçında Emrelini tribunadan izləyiblər.

Xatırladaq ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. O, 2017/2018 mövsümündə "Kopenhagen"ə Bakıda 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda yeganə qolun müəllifi olub. Danimarkada rəqibinə 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi həmin vaxt qüvvədə olan səfər qolu prinsipi əsasında tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində qrupa vəsiqə qazanıb.