Saturday, 10 İyun 2023 23:05
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Hakan Fidan Blinken ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Hakan Fidan Blinken ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Türkiyənin yeni Xarici İşlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Yaztv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Blinken prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni kabinetdə Xarici İşlər Naziri vəzifəsinə təyin olunan Hakan Fidanı təbrik edib.

Fidan Blinkenlə İsveçin NATO-ya üzvlük, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındaki normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna taxıl müqaviləsi məsələlərini müzakirə edib.

Fidan və Blinken, iki ölkə arasındakı ortaq gündəm məsələlərini müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istəklərini vurğulayıblar.

 

İsrail Prezidenti və xanımının şərəfinə rəsmi lanç verilib

İsrail Prezidenti və xanımının şərəfinə rəsmi lanç verilib

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və birinci xanım Mixal Hersoqun şərəfinə rəsmi lanç verilib.

 

YAZTV.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İsrail Prezidenti və xanımının şərəfinə rəsmi lanç verilib

“Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” – Türkiyə mediası

“Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” – Türkiyə mediası

Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib.

YAZTV xəbər verir ki, Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırıb. Türkiyə mediası Prezident İlham Əliyevin təbrikini “Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayıb.

Türkiyə mediası Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.

ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gedib

ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gedib

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Azərbaycanla sərhədə gedib.

 

Yaztv.az Apa - ya əsasən xəbər verir ki, bu barədə amerikalı diplomat "Twitter" hesabında bildirib.

Səfir Syünik (Zəngəzur) vilayətində yerli məmurlar, vətəndaş cəmiyyəti və sakinlərlə görüşüb.

ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gedib - FOTO ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gedib - FOTO

 


Dövlət başçısı: Azərbaycandakı yəhudilər bizim cəmiyyətimizdə həmişə aktiv rola malikdir

Dövlət başçısı: Azərbaycandakı yəhudilər bizim cəmiyyətimizdə həmişə aktiv rola malikdir

İsraildə yaşayan Azərbaycan nümayəndələri ölkələrimiz arasında körpülərin inşa edilməsində vacib rol oynayırlar.

YAZTV.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

 

 

“İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”, - dövlət başçısı qeyd edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək, əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul edilib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib

Paşinyan dövlətə xəyanət işində DİNDİRİLİB

Paşinyan dövlətə xəyanət işində DİNDİRİLİB

Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində dindirilib.

YAZTV.AZ Modern.az -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin sədri Argişti Kyaramyan Milli Assambleyada (parlament) müxalifətçi deputat Artsvik Minasyanın suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Paşinyan dövlətə xəyanət işi üzrə şahid qismində sorğu-sual edilib.
"Baş nazir dövlətə xəyanət maddəsi ilə başlanılan cinayət işi çərçivəsində şahid qismində dindirilib. Bəli, baş nazir şahid qismində dindirilib",- deyə Komitə sədri bildirib.

Lakin cinayət işinin konkret detalları açıqlanmayıb.

Azərbaycan və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.

Yaztv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.

YAZTV xəbər verir ki, paylaşımdakı fotonun üzərində bu sözlər yer alıb: “Müstəqillik Günü - 28 May”.

Andjey Duda Prezident İlham Əliyevi Polşaya səfərə dəvət edib

Andjey Duda Prezident İlham Əliyevi Polşaya səfərə dəvət edib

Polşa Prezidenti Andjey Duda Azərbaycan dövlət başçısını öz vətəninə səfərə dəvət edib.

YAZTV.AZ xəbər verir ki, bu barədə Polşa Respublikasının Prezidenti Andjey Dudanın Prezident İlham Əliyevə təbrik məktubunda qeyd olunub.

Prezident İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Ser Mianq Nqni qəbul edib.

YAZTV xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırdı.

Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulandı.

Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd etdi ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğuladı.

Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini dedi.

Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olundu, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirildi.

Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini dedi, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğuladı.

Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edildi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlandı.

Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir

Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edir

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilir.

Yaztv.az bildirir ki, APA - nın Moskva müxbirinin xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edir.

Eyni zamanda, iclasa videokonfrans vasitəsilə Özbəkistan və Tacikistan prezidentləri də qatılıblar.