Tuesday, 30 May 2023 02:59
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Neft bahalaşıb

Neft bahalaşıb

Dünya bazarlarında neft bahaşıb. Bazarlar təklif perspektivləri gözləntisindədir. Bundan başqa, ABŞ-da ehtiyatlarla bağlı statistikanın açıqlanmasından sonra tələblə bağlı gözləntilər də diqqət mərkəzindədir.

YAZTV birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,68% bahalaşaraq 100,25 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,55% artaraq 1 bareli 96,8 ABŞ dolları təşkil edib.

Dünyada mümkün resessiyanın baş verməsi ilə bağlı narahatlıqlar tələbə mənfi təsir göstərir.

Treyderlər ABŞ-da neftin kommersiya ehtiyatları ilə bağlı statistikanı qiymətləndirirlər. Məlumata görə, iyulun 8-dək olan həftə ərzində ABŞ-da neftin ehtiyatları gözlənilmədən 3,3 milyon barel artıb. Analitiklər ehtiyatların 0,2 milyon barel azalacağını güman edirdilər.

Neft məhsulları ilə bağlı məlumatlar gözləniləndən pis olub. Belə ki, ölkədə benzin ehtiyatları 5,8 milyon, distillyat ehtiyatları 2,7 milyon barel artıb ki, bu da gözlənilənlərdən yüksəkdir. Həftə ərzində ABŞ-da gündəlik neft hasilatı 100 minədək azalıb və gündəlik 12 milyon barelə düşüb.

Azərbaycan nefti 6 dollardan çox ucuzlaşıb

Azərbaycan nefti 6 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,19 ABŞ dolları, yaxud 5,15 % azalaraq 113,91 ABŞ dolları təşkil edib.

Bu barədə YAZTV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 99,49 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Neft ucuzlaşdı

Neft ucuzlaşdı

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,38 % azalaraq 1 barelə görə 106,61 dollar təşkil edib.

YAZTV xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə “WTI” (Qərbi Texas) markalı neftin 1 barelinin qiyməti 0,64% azalaraq 104,12 dollara bərabər olub.

BNA: "Hazırda 50 marşrut xətti üzrə 146 avtobusun hərəkətində gecikmələr var"

BNA: "Hazırda 50 marşrut xətti üzrə 146 avtobusun hərəkətində gecikmələr var"

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 50 müntəzəm marşrut xətti üzrə 146 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə YAZTV-yə Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

2. Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində isə 4, 10, 21, 30, 32, 46 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 10-15 dəqiqə gecikir.

3. Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə var.

4. Abdulla Şaiq küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 10-16 dəqiqə ntervalla hərəkət edir.

5. Ziya Bünyadov prospektinin, Rövşən Cəfərov küçəsindən başlayaraq köməkçi yol, Azadlıq prospekti ilə kəsişməyə qədər eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 11-18 dəqiqəyə yaxındır.

6. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nəmrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.

7. Binəqədi şossesi–Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-16 dəqiqə var.

8. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə yaranıb.

9. Zabrat Şossesi-Zabrat dairəsi istiqamətində-bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 11-14 dəqiqə intervalla hərəkət edir.

10. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-19 dəqiqə gecikmə müşahidə olunur.

11. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 13-18 dəqiqə gecikir.

Qızılın qiyməti sabit qalıb

Qızılın qiyməti sabit qalıb

ABŞ-da inflyasiya statistikasının açıqlanmasının gözlənildiyi bir zamanda qızılın qiyməti sabit qalmaqdadır. Belə ki, bu statistik göstəricilər Federal Ehtiyatlar Sisteminin (FES) gələcək pul-kredit siyasətinə təsir göstərə bilər.

YAZTV birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,07% və ya 1,25 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1723,55 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,48% düşərək 1 unsiyası 18,867 ABŞ dolları təşkil edib.

Bazarda həftənin əsas hadisələrindən biri ABŞ-da inflyasiya statistikasının açıqlanması olacaq. Ekspertlər hesab edirlər ki, iyun ayında ölkədə illik inflyasiya səviyyəsi 8,8% təşkil edəcək. Bu cür yüksək inflyasiya FES-in monetar siyasəti sərtləşdirməsi üçün işarə ola bilər. Bu isə bir tərəfdən ABŞ dollarını dəstəkləsə də, digər tərəfdən qızılın qiymətinə mənfi təsir göstərir.

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları, yaxud 1,28% artaraq 121,25 ABŞ dolları təşkil edib.

Bu barədə  neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 107,15 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Serbiya gələn il üçün Azərbaycanla qaz alışı ilə bağlı danışıqlar aparır

Serbiya gələn il üçün Azərbaycanla qaz alışı ilə bağlı danışıqlar aparır

Rusiya qazından tamamilə asılı olan Serbiya 2023-cü ildə Bolqarıstan boru kəmərinə birləşdiriləcək interkonnektorun tikintisi başa çatdıqdan sonra Azərbaycandan qaz almağı planlaşdırır.

YAZTV “Reuters”ə istinadən xəbər verir ki, bunu Serbiyanın dağ-mədən və energetika naziri Zorana Mixayloviç deyib.

"Hazırda biz gələn il üçün qaz tutumlarının ehtiyatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq, çünki Serbiya-Bolqarıstan interkonnektoru gələn ilin sentyabrında başa çatacaq", - Mixayloviç Sarayevoda keçirilən enerji konfransında qeyd edib.

Keçən həftə Yunanıstan və Bolqarıstan Avropanın Rusiya qazından asılılığına son qoymağa kömək edəcək uzun müddət gecikdirilmiş qaz kəmərini tamamladılar. O, qazı Yunanıstanın şimalındakı Komotini şəhərindən Bolqarıstanın Stara Zaqora şəhərinə nəql edəcək və Azərbaycan qazını daşıyan başqa boru kəmərinə birləşdiriləcək.

Mixayloviç əlavə edib ki, Bolqarıstanla qarşılıqlı əlaqə tamamlandıqdan sonra Serbiya da Yunanıstandan LNG ala biləcək.

Nazir bildirib ki, Serbiya Rusiyanın ən böyük şirkətləri "Qazprom Neft" və "Qazprom"un səhmlərinin əksəriyyətinə birgə sahib olduğu yeganə neft şirkəti olan NIS-də mülkiyyətçinin dəyişdirilməsini müzakirə etməyib. “Qazprom” ölkənin yeganə qaz anbarının əsas səhmdarıdır.

Mixayloviç vurğulayıb ki, Rusiya nefti sanksiyalara məruz qaldığı üçün NIS xam nefti ucuz istehsalçılardan almağa çalışır və onu İraqdan sifariş etmək niyyətindədir.

O, Serbiyanın elektrik enerjisinə olan tələbatının 10%-ni idxal etməli olduğunu və qiymətlərin 15-20% artacağı gözlənilən qış aylarında idxalın 20-30%-ə qədər artacağını bildirib.

Elektrik enerjisinin 70%-ni kömürdən alan Serbiya dövlət enerji şirkəti EPS-ə gələn ilin birinci rübündə ehtiyac duyacağı 4 milyon ton kömür idxalına kömək edəcək.

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 2 MANAT OLDU

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti 2 MANAT OLDU

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti artıb.

YAZTV-nin əldə etdiyi məlumata görə, “Premium” benzinin 1 litrinin qiyməti 2 manat təşkil edəcək. Hazırda yanacaq doldurma məntəqələrində "Premium"un satışı dayandırılıb.

Qeyd edək ki, “Aİ-95” markalı benzinin qiyməti bahalaşmadan öncə 1,60 manat idi.

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,11 ABŞ dolları, yaxud 2,64 % azalaraq 114,61 ABŞ dolları təşkil edib.

Bu barədə YAZTV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 100,69 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Türkiyə Azərbaycana xalça ixracatını azaldıb

Türkiyə Azərbaycana xalça ixracatını azaldıb

Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana xalça ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azaldaraq 3,4 milyon dollara çatdırıb.

YAZTV xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Azərbaycana xalça ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 4,8 faiz azaldaraq 491 min dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1,4 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 226 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 24 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 2,9 milyard dollar məbləğində xalça ixrac edib.

Azərbaycan neftinin qiyməti 120 dollara düşüb

Azərbaycan neftinin qiyməti 120 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,15 ABŞ dolları, yaxud 0,9 % azalaraq 120,1 ABŞ dolları təşkil edib.

Bu barədə YAZTV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 105,54 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıb

Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 11,08 ABŞ dolları, yaxud 8,6 % azalaraq 117,72 ABŞ dolları təşkil edib.

Bu barədə YAZTV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 102,77 ABŞ dollardan satılıb.