Tuesday, 30 May 2023 01:50
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Qızılın qiyməti ABŞ-da inflyasiya gözləntiləri ilə bağlı aşağı düşüb

Qızılın qiyməti ABŞ-da inflyasiya gözləntiləri ilə bağlı aşağı düşüb

Qızılın qiyməti cüzi düşsə də bir unsiya üçün 1 800 ABŞ dollarından yuxarı qalmaqdadır.

YAZTV birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,2 % və ya 3,55 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 801,7 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,28 % artaraq 1 unsiyası 20,672 ABŞ dolları təşkil edib.

Treyderlər ABŞ-da istehlak qiymətlərinin artması ilə bağlı məlumatları gözləyirlər. Ekspertlər ölkədə inflyasiyanın ötən ay ilə müqayisədə azalaraq 8,7 % təşkil edəcəyini güman edirlər.

Qızılın qiyməti cüzi artıb

Qızılın qiyməti cüzi artıb

Qızılın qiyməti cüzi artaraq bir unsiya üçün 1800 ABŞ dollarını keçib. Birjalar ABŞ-da makrostatistik məlumatların açıqlanmasını gözləyir.

YAZTV birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,07% və ya 1,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 808,15 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,68% artaraq 1 unsiyası 20,258 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ-ın əmək bazarının iyul ayı üçün məlumatlarını gözləyir. Bu məlumatlar ölkənin monetar siyasətinə, dolların məzənnəsinə və dolayı yolla qızılın qiymətinə təsir edə bilər.

Qızılın qiyməti düşüb

Qızılın qiyməti düşüb

Ötən həftə xeyli bahalaşmış qızılın qiymətində eniş qeydə alınıb.

YAZTV birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,33%, yaxud 5,8 dollar ucuzlaşaraq 1 unsiyası 1776 dollara satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,44% düşərək 1 unsiyası 20,108 dollar təşkil edib.

Ötən həftə qızılın qiyməti 3%-dən çox artmışdı.

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,84 ABŞ dolları, yaxud 1,9% artaraq 98,45 ABŞ dolları təşkil edib.

Bu barədə YAZTV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 94,36 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

İqtisadiyyat Nazirliyinə daha iki səlahiyyət verilib

İqtisadiyyat Nazirliyinə daha iki səlahiyyət verilib

Prezident İlham Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 12 iyul 2016-cı il tarixli fərmanında dəyişiklik edib.

YAZTV xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etməlidir.

Bundan başqa, dövlət başçısı "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli qanunun tətbiqi və “Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” ölkə prezidentinin 30 avqust 2000-ci il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” ölkə prezidentinin 23 dekabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Azərbaycan nefti üç dollara yaxın bahalaşıb

Azərbaycan nefti üç dollara yaxın bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 29-da 112,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,82 dollar/barel çoxdur.

Bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 110,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,83 dollar/barel çoxdur.

 

 

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,84 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 114,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel çoxdur.
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

İkigünlük fasilədən sonra dünya bazarlarında neft bahalaşıb.

YAZTV  xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,53% artaraq 1 barel üçün 94,62 ABŞ dolları təşkil edib.

WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,75% yüksələrək 1 bareli 89,19 dollara çatıb.

Qızıl yenidən ucuzlaşıb

Qızıl yenidən ucuzlaşıb

Qızılın qiyməti 1800 dollardan bir qədər aşağı düşüb.

YAZTV xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,25% və ya 4,45 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 785,25 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti də 0,75% azalaraq 1 unsiyası 19,988 ABŞ dolları təşkil edib.

Azərbaycanda qiymətli kağızlar onlayn satıla bilər

Azərbaycanda qiymətli kağızlar onlayn satıla bilər

Azərbaycan Mərkəzi Bankı qiymətli kağızlar bazarında onlayn satışın təşkil olunması üçün bir neçə investisiya şirkəti ilə danışıqlar aparır.

YAZTV xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında bildirib.

"Ümidvarıq ki, orta müddətdə bu istiqamətdə yeni məlumatlar verəcəyik. Sözsüz başa düşürük ki, qonşu ölkələrdə beynəlxalq təcrübə bu sahədə çox aktiv inkişaf edib və biz də istərdik ki, qiymətli kağızlar bazarında rəqəmsal səhmlər və istiqrazların alınıb-satılması həyata keçirilsin", - deyə o, əlavə edib.

Azərbaycan neftinin qiyməti 97 dollara düşüb

Azərbaycan neftinin qiyməti 97 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,58 ABŞ dolları, yaxud 5,5% azalaraq 96,61 ABŞ dolları təşkil edib.

Bu barədə YAZTV neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 94,36 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verilib

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verilib

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verilib.

YAZTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncama edilən dəyişiklikdə əksini tapıb.

 

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi bundan sonra sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını da təmin etməlidir.
Qızılın qiyməti artıb

Qızılın qiyməti artıb

Qızılın qiyməti makroiqtisadi amillərlə əlaqədar olaraq bahalaşır.

YAZTV xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,8% və ya 14 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 764,3 dollar təşkil edib.

Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 3,26% artaraq 1 unsiya üçün 20,172 dollara satılıb.

Hazırda qlobal səviyyədə inflyasiya yüksək olaraq qalır. Üstəlik, ABŞ Ticarət Nazirliyinin ilkin qiymətləndirməsinə görə, ölkə iqtisadiyyatı ressesiya dönəminə daxil olub və bu, qızılın “qoruyucu” əhəmiyyətini artırır.