Monday, 29 Noyabr 2021 03:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan iqtisadiyyatına 4 milyard manata yaxın pul qoyulub

Azərbaycan iqtisadiyyatına 4 milyard manata yaxın pul qoyulub

 

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 903,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% az vəsait yönəldilib.

YAZTV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 18,8% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsait isə 12,8% azalıb.

İstifadə olunmuş vəsaitin 2 622,3 milyon manatı və yaxud 67,2%-i məhsul istehsalı sahələrinə, 875,2 milyon manatı və yaxud 22,4%-i xidmət sahələrinə, 406 milyon manatı və yaxud 10,4%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

İnvestisiya qoyuluşunun 2 338,3 milyon manatını və yaxud 59,9%-ni daxili vəsaitlər təşkil edib. Vəsaitlərin 2383,2 milyon manatı və yaxud 61,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62%, büdcə vəsaitləri 21%, əhalinin şəxsi vəsaitləri 6,6%, bank kreditləri 5,7%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,5%, sair vəsaitlər isə 2,2% təşkil edib.

2020-ci ilin yanvar-aprel aylarında Bakıda “Yeni klinika” tibb müəssisəsi, Naxçıvan MR-da ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi, Gəncə və Şəki şəhərlərinin hər birində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında “Asan Həyat” kompleksi, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

NRYTN-nin dəstək verdiyi “World Net Summit”in son iki tədbiri baş tutacaq

NRYTN-nin dəstək verdiyi “World Net Summit”in son iki tədbiri baş tutacaq

Bu gün “World Net Summit” onlayn konfransının son 2 tədbiri – “Corporate Innovation Forum” və “Venture Summit” təşkil ediləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) YAZTV-ə verilən məlumata görə, Konfransın “Corporate Innovation Forum” fazası 16:30-18:00 saatlarında Lütfi Zadə Texnologiya Mərkəzinin nümayəndəsi İmran Bağırovun moderatorluğu ilə keçiriləcək. Spiker qismində “Microsoft Azərbaycan” şirkətinin baş meneceri Qaçay Mirzəyev, “EY” şirkətinin Rəqəmsal strategiya, kibertəhlükəsizlik və texnologiyalar bölməsinin rəhbəri Anar Cəfərzadə, “Pabora.io”nun Strateji tənzimləmə texnologiyaları üzrə məsləhətçisi Patrik Boşçer və “Kaspersky”nin Texniki satış eksperti Aleksandr Simonov iştirak edəcək.

“Venture Summit” fazası 18:30-20:00 saatları aralığında İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimin moderatorluğu, “NextechVentures” şirkətinin idarəçi tərəfdaşı Daniel Hastik, “Fintek” sahibkarı və texnologiya investoru Qaurav Dhar, “DAAL” Vençur Fondunun baş investisiya inzibatçısı Leva Abuxait, “mələk investor” Fərid Musayev və Özbəkistan Vençur Fond Assosiasiyasının İdarə Heyətinin sədri Dilşod Zufarovun spiker kimi iştirakı ilə baş tutacaq.

Tədbirlər “Facebook” (https://www.facebook.com/netsummit/) sosial şəbəkəsi və “Youtube” (https://www.youtube.com/channel/UCv72EWEAQKBQdHX0ZB1fYLw) üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, digər fazalar barədə ətraflı məlumatı tədbirin saytında (https://worldnetsummit.com/home) qeydiyyatdan keçməklə əldə etmək mümkündür. Qeydiyyatdan keçənlərin elektron poçt ünvanlarına tədbirlər canlı yayımlanan zaman bildiriş göndərilir.

Xatırladaq ki, 8 böyük tədbiri əhatə edən “World Net Summit” onlayn konfransı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, “bp” şirkətinin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə baş tutur.

Azərbaycanda lombard şirkətləri də hesabat verəcək

Azərbaycanda lombard şirkətləri də hesabat verəcək

“Azərbaycanda “Lombardlar haqqında” qanun layihəsi artıq 3-cü oxunuşdadır. Bu qanun qəbul edildikdən sonra bizim hazırda xaotik vəziyyətdə olan lombard kreditləri bazarını tənzimləmək imkanımız olacaq”.

YAZTV  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“İşçi qrupu bu sektorun fəaluyyəti ilə bağlı hesabat hazırlayıb və mənə təqdim edib. Hələ ki, lombard fəaliyyəti üzrə hesabatlılıq yoxdur, amma dediyim qəbunun qəbulundan sonra belə bir hesabatlılıq olacaq” – deyə o, qeyd edib.

Azərbaycan Zimbabvedən yarım milyonluq məhsul alıb

Azərbaycan Zimbabvedən yarım milyonluq məhsul alıb

Azərbaycan Zimbabvedən idxalı 3 dəfə artırıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Zimbabvedən 546 min dollarlıq məhsul idaxl edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 374 min dollar və ya 3 dəfə çoxdur.

Zimbabvedən idxal olunan mallar isə kəsilmiş təzə qladioluslar, buket düzəltmək üçün yararlı və dekorativ yarpaqlar, budaqlar və bitkilətin çiçəksiz başqa hissələri, buketlər düzəltmək üçün digər mamırlar, şibyələr, orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün məhsulları olub. (MediaPost)

Koronavirus Bakıda torpaqları bahalaşdırıb - QİYMƏTLƏR

Koronavirus Bakıda torpaqları bahalaşdırıb - QİYMƏTLƏR

Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi Bakıda torpaq bazarına da təsir göstərib.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, pandemiya ilə əlaqədar olaraq torpaq bazarında aktivlik olmasa da qiymətlərdə artım müşahidə olunub.

Ekspert bildirib ki, aprel ayı ərzində Bakıda torpaq bazarında qiymətlər 6.18 faiz artıb.

Onun sözlərinə görə, torpaq bazarında bir sotun orta qiyməti 20,097 manatdan 21,338 manata qədər artıb.

N.İbrahimov bildirib ki, qiymət artımının səbəbi pandemiya ilə əlaqədar olaraq torpaq bazarında təklifin azalması ilə bağlıdır:

“Öz torpaqlarını bazara çıxaranlar pandemiya ilə əlaqədar olaraq onu satmağa ehtiyat etdilər və portfeldən çıxardılar. İnsanlar koronavirusdan sonrakı dövrü gözləməyə üstünlük verirlər. Əlbəttə bu da torpaq bazarında təklifi azaldır və müvafiq olaraq qiymətlərin artmasına səbəb olur”. (trend)

DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq

DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq

Bakı şəhəri və Abşeron rayonuda bir neçə yolda rənglənmə işləri aparılacaq.

Bu barədə YAZTV-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumatda bildirilir ki, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədi ilə bu gün axşam saatlarınadək Moskva prospektinin köməkçi yolunda (Şamaxı yolu adlanan ərazi), Bakı Dairəvi-1 avtomobil yolu və Sumqayıt yolu (Masazır dairəsi istiqamətində), həmçinin 28 may küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi və qeyd olunan yolların bızi hissələrində əyrixətli dəmir tirlərin təmiri işləri aparılacaq:

"Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".

Azərpoçt daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

Azərpoçt daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi müştərilərə texniki dəstək xidməti üzrə EMS beynəlxalq mükafatının qalibi olub.

Nazirlikdən YAZTV-ə verilən məlumata görə, müəssisə Ümumdünya Poçt İttifaqı tərəfindən sertifikata layiq görülüb.

2019-cu ilin nəticələri üzrə qaliblər EMS Kooperativi İdarə Heyəti tərəfindən seçilib.

“Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi EMS kooperativinin üzvü olan ölkələrdən daxil olan sorğuları operativ və dəqiq cavablandırdığı, eləcə də dünya miqyaslı tərəfdaşlarına ən yüksək səviyyəli xidmət göstərmək öhdəliyini nümayiş etdirdiyinə görə yüksək mükafata layiq görülüb.

Əldə olunan nailiyyət bir daha sübut edir ki, “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının EMS şəbəkəsi çərçivəsində xüsusi operatorlardan ibarət qrupun bir hissəsinə çevrilməyi bacarıb.

Mükafat EMS Kooperativin növbəti Baş Assambleyası zamanı keçiriləcək xüsusi mərasim zamanı təqdim ediləcək.

Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

Azərbaycan bu il 10-a yaxın ölkəyə yerli soğan ixrac edəcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.

Onun sözlərinə artıq ölkədə soğan yığımı başlanıb:

"Artıq Bərdə rayonunda soğan yığımına başlanıb. Soğanın məhsuldarlığı boldur. Hazırda soğanın 1 kiloqramı yerində 23 qəpikdir. Bazarda isə bu qiymət 35-40 qəpik arasında dəyişir".

V. Hüseynov bildirib ki, hazırda Azərbaycan Ukrayna, Rusiya, Belarus, Türkiyə ilə yanaşı, bu il Polşaya və ərəb ölkələrinə də soğan ixrac edəcək. Fermerlər artıq ilkin olaraq bu il ərəb ölkələrinə soğan ixracına başlayıb. Hələlik təkcə Bərdə rayonunda yığım başlayıb. Yaxın günlərdə Ağdam və Beyləqanda da yığıma start veriləcək. Yığım tam gücü ilə fəaliyyətə başlayandan sonra digər ölkələrə də soğan ixracına start veriləcək". (Trend)

Nazirliklə “Cisco” şirkəti arasında videokonfrans keçirilib

Nazirliklə “Cisco” şirkəti arasında videokonfrans keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında birgə fəaliyyətin müzakirəsi və gələcək planların müəyyən edilməsi məqsədilə videokonfrans təşkil edilib.

Nazirlikdən YAZTV-ə verilən məlumata görə, videogörüşdə Azərbaycan tərəfi ilə yanaşı, “Cisco”nun vitse-prezidenti Qay Diedriç, Rusiya və MDB üzrə vitse-prezidenti Jonathan Sparou və Azərbaycan üzrə regional direktoru Vladimir Orlov, Azərbaycan üçün “Rəqəmsallaşdırma proqramı”nın rəhbəri Ramil Eyyubov iştirak edirdilər.

Videotədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı və qlobal iqtisadi-ticari proseslərə ciddi təsir etdiyi bir dövrdə yüksək texnologiyalardan istifadənin prioritet olduğunu deyib. Nazir bu səbəbdən cənab Prezident və digər hökumət təşkilatları üçün videokonfrans keçirmək məqsədilə müvafiq infrastrukturun qurulması istiqamətində yaxından əməkdaşlığa və dəstəyə görə “Cisco” şirkətinin rəhbərliyinə təşəkkür edib. Bildirib ki, göstərdiyi dəstəyə görə şirkətin Azərbaycan üzrə regional direktoru Vladimir Orlova 21 aprel 2020-ci il tarixində Fəxri Fərman təqdim olunub.

“Ölkəmizdə yüksək texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığımızın daha da genişləndirilməsi vacibdir. Hazırda şirkətinizlə birlikdə 8 rəqəmsal prioritet üzərində işləyirik. Bu layihələrin həyata keçirilməsi ölkədə innovativ texnologiyaların inkişafında mühüm rol oynayır”, – deyə Ramin Quluzadə əlavə edib.

“COVID-19” pandemiyası zamanı vacib vasitə olan videokonfranslar üçün “Connected Government” layihəsinin tətbiqindən danışan nazir bir sıra əhəmiyyətli görüşlərin “Cisco” şəbəkə texnologiyalarından və “Azcloud” platformasından istifadə edilərək təşkil edildiyini vurğulayıb. O, nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”un özəl şirkətlər və dövlət orqanları üçün “Cisco” Görüş Serveri həlli mövzusunda “VCaaS” adı ilə tanınan videokonfrans xidmətinin tətbiqinə başladığını diqqətə

çatdırıb. Həmçinin xidmətin gələcəkdə uğurla davam etdirilməsi üçün onun lisenziya müddətinin uzadılmasını nəzərdən keçirmək təklifi ilə çıxış edib.

Ramin Quluzadə əməkdaşlığın vacib elementləri və prioritetlərinə toxunaraq bağlantı, eləcə də dekriminallaşdırma, “ağıllı” kənd təsərrüfatı və kibertəhlükəsizlik məsələlərini səmərəli şəkildə həyata keçirmək üçün birlikdə fəal işləndiyini qeyd edərək deyib: “Ağıllı şəhər” layihəsinə gəldikdə isə, “Əlaqələndirilmiş Mərkəzi Avtobus Dayanacağı” pilot layihə konsepsiyası uğurla tamamlanıb. 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə təqdim edilib. Azərbaycanın rəqəmsallaşdırma prioritetlərini tam müəyyənləşdirmək və ölkə iqtisadiyyatının inkişafında innovativ texnologiyaların tətbiqini genişləndirmək vacibdir. Bu səbəbdən, nazirlik yaxın vaxtlarda Azərbaycanda start veriləcək “Ağıllı şəhər” layihəsi üzrə məsləhətləşmələr haqqında məlumat toplamaq üçün bir çox beynəlxalq şirkətlərlə Məlumat Sorğusu paylaşıb. Eyni zamanda, “Cisco” və “Kvantella” ilə ölkənin bütün “ağıllı” sistemlərini birləşdirmək üçün “Tək Ölkə Tablosu” konsepsiyasını müzakirə edirik. “Ağıllı şəhər” layihəsi çərçivəsində göstəriləcək məsləhət xidmətlərinin “Cisco” tərəfindən maliyyələşdirilməsinə baxılmasını təklif edirik”.

Nazir Ramin Quluzadə çıxışında tədris sahəsində əldə olunmuş uğurlu nəticələrdən də bəhs edib: “Nazirliyin İKT-nin Tətbiqi və Təlim Mərkəzi “Cisco” Şəbəkə Akademiyası Proqramı ilə sertifikatlaşdırılıb. Bu Tədris Mərkəzi, həmçinin “Cisco”nun Azərbaycandakı ofisi tərəfindən pulsuz təchiz edilmiş avadanlıqla “Cisco” Tədris Laboratoriyasını inşa edib. “Connected schools” layihəsinin icrası da müsbət istiqamətdə inkişaf etməkdədir”.

Vladimir Orlov şirkətin Azərbaycandakı fəaliyyətinə davamlı dəstəyinə görə nazir Ramin Quluzadəyə təşəkkür edərək bildirib ki, “COVID-19” pandemiyası dövründə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vətəndaşların təhlükəsizliyini qorumaq üçün atdığı addımları yüksək dəyərləndirirlər.

V.Orlov qeyd edib ki, yerli komandamız bu çətin dövrdə fəaliyyətin davamlılığını təmin etmək üçün “Cisco” həllərini tətbiq etməklə Azərbaycanın bəzi hökumət qurumlarına vaxtında və uğurlu dəstək verə bildi.

O, çıxışının sonunda innovasiya və rəqəmsallaşma sahəsində ölkəmizin əsas tərəfdaşı kimi çıxış etmələrindən məmnun olduqlarını söyləyib.

Azərbaycanlı "Qazprom"un səhmdarı oldu

Azərbaycanlı "Qazprom"un səhmdarı oldu

Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədrinin müavini Famil Sadıqov şirkətin adi səhmlərinə sahib olub. Əslən azərbaycanlı olan F. Sadıqov şirkətin nizamnamə kapitalında 0,000232% pay əldə edib.

Məlumata əsasən, "Qazprom"un nizamnamə kapitalındakı müvafiq şəxsin payı bu ilin mayın 6-da dəyişib.

Qeyd edək ki, "Qazprom"un nizamnamə kapitalı 23 673 512 900 ədəd adi səhmdən ibarətdir. Beləliklə, F. Sadıqov "Qazprom"un təxminən 54 920 ədəd səhmini satın alıb. Onun əldə etdiyi səhm paketin dəyəri 10,27 mln. rubl (təxminən 138 955 ABŞ dolları) ola bilər.

Xatırladaq ki, F. Sadıqov 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. O, müxtəlif illərdə Rusiya Federasiyasının Vergilər və Yığımlar nazirinin müavini, Rusiya Federasiyası Federal Xəzinədarlığı rəhbərinin müavini, “Qazprombank” ASC-nin İdarə Heyətinin sədrinin müavini vəzifələrində çalışıb. (APA)

İqtisadiyyat Nazirliyində bir sıra kadr təyinatları aparılıb

İqtisadiyyat Nazirliyində bir sıra kadr təyinatları aparılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

Nazirliyindən YAZTV-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı vardır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə

Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.

Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.

Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 39 yaşı vardır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 45 yaşı vardır.

Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı vardır.

Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı vardır.

Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı vardır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 41 yaşı vardır.

Azərbaycanda qızıl bahalaşıb

Azərbaycanda qızıl bahalaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

YAZTV-nin məlumatına görə, mayın 13-də qızılın qiyməti mayın 12-i ilə müqayisədə 3,595 manat artaraq 1 unsiya üçün 2894,879 manat təşkil edib.

Gümüş 0,0326 manat ucuzlaşaraq 1 unsiya üçün 26,3367 manata bərabər olub.

Platinin qiyməti 4,939 manat artaraq 1307,632 manat, palladiumun qiyməti 60,41 manat azalaraq 3169,072 manat təşkil edib.