Tuesday, 30 May 2023 01:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan bu ilin əvvəlindən 788 milyon manatdan çox borc qaytarıb

Azərbaycan bu ilin əvvəlindən 788 milyon manatdan çox borc qaytarıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 8 714,1 milyon manatı və yaxud 67,4% cari xərclər, 3 434,8 milyon manatı və yaxud 26,5%-i əsaslı xərclər, 787,7 milyon manatı və yaxud 6,1%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,8% çox, 12,5% çox və 10,8% azdır.

Azərbaycan “OPEC plus”un neft hasilatını artırmaq qərarını dəstəkləyib

Azərbaycan “OPEC plus”un neft hasilatını artırmaq qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 30-cu iclasında gündəlik xam neft hasilatının avqustda 648 min barrel artırılması ilə bağlı qərarı Azərbaycan tərəfindən dəstəklənib.

Bu barədə "YAZTV" Energetika Nazirliyinə istinadən xəbər verir.

Avqust ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 11 min barrel artırılaraq 717 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə yekunlaşması nəzərdə tutulur.

Bu, neft bazarının tənəzzülü şəraitində tələb-təklif tarazlığının bərpası məqsədilə 2020-ci ilin aprel ayında qəbul edimiş tarixi Razılaşmanın mərhələli icrası çərçivəsində “OPEC plus” ölkələri üzrə gündəlik xam neft hasilatı ilə bağlı yekun ixtisarlardır. Bununla da Azərbaycan da daxil olmaqla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının 2020-ci ilin may ayından qüvvədə olan, iki ildən artıq müddəti, ümumilikdə gündəlik xam neft hasilatının birinci mərhələdə 9,7 mln. barrel, ikinci mərhələdə 7,7 mln. barrel və üçüncü mərhələdə 5,8 mln. barrelə yaxın azaldılmasını əhatə edən böyük həcmli öhdəlikləri bu ilin avqust ayının sonunda başa çatır.

Bu müddət ərzində “OPEC plus” mütəmadi iclaslar zamanı qəbul edilmiş qərarlarla istehsal məhdudiyyətlərini davamlı düzəlişlər etməklə tədricən həyata keçirdi. Yeni qərarla “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqustda gündəlik 43 854 min barrel həcmində xam neft istehsal etməsi nəzərdə tutulur. Bu isə hasilatın ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı səviyyədə bərpasına imkan yaradır.

Xatırladaq ki, “OPEC plus” ölkələri üzrə 5,8 mln. barrelə yaxın ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda qəbul edilmişdi.

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artıb

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artıb

Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının ixracı artıb.

Bu barədə YAZTV Rusiya mətbuatına istinadən xəbər verir.

“Tərəfdaş ölkələrin (tədarüklərinin-red) payı əhəmiyyətli dərəcədə artıb: Özbəkistan - təxminən üç dəfə, Türkmənistan - təxminən iki dəfə. Azərbaycandan Sverdlovsk vilayətinə qarpız ixracı 10 dəfə artıb”, - Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") region üzrə rəis müavini Svetlana Terexova bildirib.

Qeyd edilir ki, Sverdlovsk vilayəti ərazisinə meyvə və tərəvəz ixrac edən əsas ölkələr: Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Ermənistandır.

Eyni zamanda qeyd edilir ki, Belarusun Rusiya ixracında payı 40 %-dən 80 %-ə yüksəlib.

Svetlana Terexova bildirib ki, ekzotik meyvələrin uzaq ölkələrdən birbaşa tədarükü dayanıb, lakin onların yerini ən yaxın tərəfdaş ölkələr tutub.

Azərbaycan nefti bu qiymətə satılır

Azərbaycan nefti bu qiymətə satılır

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin qiyməti 1 barel üçün 1,9 ABŞ dolları (1,5 %) artaraq 125,3 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınıb.

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaqlar

YAZTV Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi bildirib.

Nazir qeyd edib ki, 10 ölkə ilə aqrar sahədə əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlıq görülür. Həmin ölkələr arasında Azərbaycanla yanaşı, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var.

Vahit Kirişçinin sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür.

İqlim baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə götürüləcək torpaqlara əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə verilməsi ilə bağlı danışıqlara başlayıb.

"Bizə təkliflər edən ölkələr var: Azərbaycan, Venesuela, Qazaxıstan, Əlcəzair, Sudan. Bununla bağlı danışıqlar gedir", - nazir bildirib.

Nazir əlavə edib ki, sözügedən ölkələrlə əməkdaşlıq üçün işlərə başlanılıb.

Azərbaycan nefti bu qiymətə satılır

Azərbaycan nefti bu qiymətə satılır

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

YAZTV” xəbər verir ki, “Azeri Light” markalı neftin qiyməti 1 barel üçün 2,5 ABŞ dolları (2,05 %) artaraq 124,68 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınıb.

Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb

Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,41 ABŞ dolları, yaxud 2,7 % azalaraq 123,40 ABŞ dolları təşkil edib.

Bu barədə YAZTV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 108,86 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Qızılın qiyməti cüzi düşüb

Qızılın qiyməti cüzi düşüb

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl cüzi ucuzlaşıb.

YAZTV  birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,08% və ya 1,4 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 815,75 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,27% düşərək 1 unsiyası 20,683 ABŞ dolları təşkil edib.

Qiymətli metalın qiymətinin düşməsinə ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması təsir göstərib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,093%-dən 3,106% səviyyəsinə qalxıb.

Bundan başqa, investorlar ən böyük idxalçı olan Çinin statistik məlumatlarını diqqətdə saxlayırlar. Belə ki, iyun ayında Çinin istehsal sektorunda işgüzar aktivlik indeksi (PMI) 50,2 bəndədək artıb. Analitiklər isə artımın 50,5 bəndədək olacağını proqnozlaşdırırdılar.

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 28 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.7863 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1022 manat, 1 Rusiya rublu 0.0317 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5797 manatdır.

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 1 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

 Manata nəzərən avronun məzənnəsi 1.7773 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1018 manat, 1 Rusiya rublu 0.0312 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5808 manatdır.
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,13 ABŞ dolları, yaxud 1,71 % artaraq 126,81 ABŞ dolları təşkil edib.

Bu barədə YAZTV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin avqust fyuçersləri 112,45 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Azərbaycan neftinin qiyməti 122 dolları keçib

Azərbaycan neftinin qiyməti 122 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,62 % artaraq 122,18 ABŞ dolları təşkil edib.

Bu barədə YAZTV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 116,73 ABŞ dollardan satılıb.