Azərbaycan sahibkarları Pakistanda keçiriləcək sərgiyə dəvət olunublar
Yeni Azərbaycan TV

Azərbaycan sahibkarları fevralın 23-25-də Lahor şəhərində keçiriləcək 2-ci Mühəndislik və Səhiyyə Sərgisinə dəvət ediliblər.
AZPROMO-dan YAZTV-ə bildirilib ki, builki sərgidə 170-dən çox Pakistan istehsalçısının kənd təsərrüfatı avadanlığı, avtomobil və avtomobil hissələri, məişət texnikası, təhlükəsizlik avadanlığı, inşaat materialları, kimyəvi maddələr, boyalar, zərgərlik əşyaları və daşlar, qablaşdırma materialları, mebel, idman malları, cərrahi alətlər, əczaçılıq və kosmetik məhsulları təqdim olunacaq.