Saturday, 23 Oktyabr 2021 09:30
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi

Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən  bildirilib ki, bankın oktyabrın 25-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 7,3 milyard manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz və ya 507 milyon manat çoxdur.

YAZTV bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, qeyd olunan dövrdə Azərbaycanda heyvandarlıq sahəsində məhsul istehsalı 3,4 faiz artaraq 2,9 milyard manat, bitkiçilik sahəsində istehsal 10 faiz artaraq 3,2 milyard manat təşkil edib.

Hesabat dövründə Azərbaycanda 984,8 min ton kartof (3,6 faiz artım), 1,639 milyon ton tərəvəz (6,7 faiz), 458,2 min ton meyvə və giləmeyvə (2,7 faiz artın), 1,013 milyon ton yaşıl çay yarpağı (27 faiz artım) toplanıb.

Eyni zamanda, 2021-ci ilin yanvar-sentyabr aylarında 399,6 min ton ət (3,2 faiz artım), 1,627 milyon ton süd (1,6 faiz artım), 1,412 milyard ədəd yumurta (3,8 faiz azalma), 15,9 min ton yun (0,1 faiz artım) istehsal olunub.

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 86,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,11 dollar/barel azdır.

Bu barədə YAZTV-yə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,63 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.
Azərbaycan nefti 2 %-dən çox ucuzlaşıb

Azərbaycan nefti 2 %-dən çox ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,98 ABŞ dolları, yaxud 2,27 % azalıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 85,15 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”in qiyməti bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

YAZTV xəbər verir ki, kriptovalyutanın qiyməti 66 min 100 dollara qalxıb.

Xatırladaq ki, bundan öncə bitkoinin dəyərindəki ən yuxarı səviyyə 64 854 olmaqla aprelin 14-də qeydə alınmışdı.

Qeyd edək ki, ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası “Bitcoin” fyuçers müqavilələrinə əsaslanan birja ticarətinə icazə verib. Kriptovalyutanın qiymətindəki sıçrayış məhz bununla əlaqələndirilir.

Bu günə olan məzənnə açıqlandı

Bu günə olan məzənnə açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

YAZTV xəbər verir ki, 2021-ci ilin oktyabrın 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 Rusiya rublu isə 0.0239 manat təşkil edib. 1 avro 1.9811 manata, 1 türk lirəsinin məzənnəsi isə 0.1817 manata enib.

Azərbaycan nefti 87 dollardan satılır

Azərbaycan nefti 87 dollardan satılır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar artaraq 87,13 dollar təşkil edib. 

Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Lirə cüzi bahalaşıb

Lirə cüzi bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. 

YAZTV xəbər verir ki, 2021-ci ilin oktyabrın 20-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 Rusiya rublu isə 0.0240 manat təşkil edib. 1 avro 1.9803 manata enib, 1 türk lirəsinin məzənnəsi isə 0.1828 manata yüksəlib.

Bitkoinin qiyməti 62 min dolları ötüb

Bitkoinin qiyməti 62 min dolları ötüb

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 61 min dolları ötüb.

YAZTV bu barədə "Coinmarketcap" portalına istinadən məlumat verir.

Son saatlarda kriptovalyuta 62 430 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb.

Oktyabr ayı ərzində kriptovalyutanın qiyməti 42 faiz artıb.

Bu göstərici bitkoinin bu ilin aprelindən etibarən qeydə alınan ən yüksək göstərici olub. Aprel ayında bitkoinin qiyməti 64 min dolları ötmüşdü. (trend az)

Avro və lirə bahalaşdı

Avro və lirə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

 YAZTV xəbər verir ki, 2021-ci ilin oktyabrın 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 Rusiya rublu isə 0.0240 manat təşkil edib. 1 avro 1.9813 manata, 1 türk lirəsinin məzənnəsi isə 0.1839 manata yüksəlib.
Astarada yaşıl çay yarpağı istehsalı artıb

Astarada yaşıl çay yarpağı istehsalı artıb

Astara rayonunda kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən biri çayçılıqdır. Rayonda çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə qəbul edilmiş “Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində Astarada çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənib, çay plantasiyalarının əkin sahəsi artırılıb.

Astara Rayon Statistika İdarəsindən  verilən məlumata əsasən, hazırda rayonda 272,5 hektar çay sahəsi var. İndiyədək bu sahələrdən 699,2 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 148,7 ton (27 faiz) çox məhsul yığılıb. Məhsuldarlıq isə 10,8 sentner artaraq 51 sentner təşkil edib.

Rayonda çayçılıqla 4 təsərrüfat məşğuldur. Bu ilin doqquz ayında həmin müəssisələr tərəfindən 241,6 ton və ya 40,5 faiz çox yaşıl çay yarpağı istehsal edilərək çay fabriklərinə təhvil verilib. Məhsuldarlıq isə 7,5 sentner artaraq 26 sentner olub.

Fərdi təsərrüfatlar tərəfindən isə 457,6 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 20,9 faiz çox məhsul yığılıb.

Hazırda rayonun çayçılıq təsərrüfatlarında məhsul yığımı kampaniyası davam edir.

Qubada ağır yol qəzası baş verib, ölənlər var

Qubada ağır yol qəzası baş verib, ölənlər var

Quba rayonunun Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.