Wednesday, 19 Yanvar 2022 20:50
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Cüdo üzrə Azərbaycan birinciliyində tarixi göstərici qeydə alınıb

Cüdo üzrə Azərbaycan birinciliyində tarixi göstərici qeydə alınıb

18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi tarixə düşüb.

Federasiyanın Mətbuat Xidmətindən  verilən məlumata görə, ilk dəfə paytaxt Bakı istisna olmaqla 34 müxtəlif regiondan idmançılar yarışa qatılıblar.

Qeyd edək ki, turnir yanvarın 16-da başa çatacaq. Ölkə birinciliyində 570-ə yaxın (479 oğlan, 89 qız) cüdoçu mübarizə aparır. Yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.

Ronaldu yenidən “Kral klubu”na qayıtmaq istəyir

Ronaldu yenidən “Kral klubu”na qayıtmaq istəyir

12 il sonra “Mançester Yunayted”ə qayıdan Kriştianu Ronaldu “Qırmızı şeytanlar”ın heyətində özünü xoşbəxt hiss etmir.

Buna görə də 36 yaşlı ulduz futbolçunun keçmiş komandasına – Madrid “Real”ına qayıtması məsələsi gündəmə gəlib.

Futbolçunun yanvar ayında “Mançester Yunayted”dən ayrılacağı iddia olunur. Ronaldunun “Kral klubu”na qayıtması ehtimalı olduqca yüksəkdir.

Milli Məclisin deputatı Müşfiq Cəfərov növbəti dəfə  seçicilərini qəbul edib

Milli Məclisin deputatı Müşfiq Cəfərov növbəti dəfə seçicilərini qəbul edib

Milli Məclisin deputatı Müşfiq Cəfərov növbəti dəfə seçicilərini qəbul edib.
Millət vəkili vətəndaşların problemlərini dinləyib, mümkün köməklik göstəməyə çalışacağını, müvafiq qurumların məsul şəxsləri ilə əlaqə saxlayacağını bildirib.
 
Azərbaycan klubları üçün qış transfer pəncərəsi açılıb

Azərbaycan klubları üçün qış transfer pəncərəsi açılıb

Azərbaycan klubları üçün 2021/2022 mövsümünün qış transfer pəncərəsi açılıb.

YAZTV-nin məlumatına görə, bu gündən etibarən klublar yeni futbolçularını qeydiyyatdan keçirə biləcəklər.

Transfer dönəmi 31 gün davam edəcək. Oyunçuların qeydiyyatı üçün son tarix fevralın 9-u olacaq.

Azərbaycanda təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb

Azərbaycanda təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb

“Təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb. Eləcə də bu şöbələrin gələcəkdə stasionar yükündən asılı olaraq ərazisi müəyyənləşdirilməlidir”.

YAZTV xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov “TƏBİB məsləhəti” verilişində deyib.

O qeyd edib ki, hazırda bəzi xəstəxana binalarının quruluşu təcili yardımla bağlı icbari tibbi sığortanın tətbiqinə imkan vermir: “Bunun gələcəkdə çarpayı sayına görə müəyyənləşməsi, eləcə də müşahidə çarpayılarının ümumi çarpayı fonduna görə standartları olacaq. Artıq keçən ildən başlayaraq TƏBİB-in müəyyən departamenti xəstəxanalarda keyfiyyət standartlarının yaradılması üçün fəaliyyət göstərir”.

Mahir Emreli Dubaya gedir

Mahir Emreli Dubaya gedir

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının qış hazırlıq planı bəlli olub.

YAZTV klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.

2022-ci il yanvarın 6-dan 22-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçı nəzərdə tutulub.

Qeyd edək ki, "Legiya" Polşa Ekstraklasasında 14 turdan sonra 12 xalla 16-cı pillədə qərarlaşıb.

Məktəblilərin qış tətilinin günləri AÇIQLANDI

Məktəblilərin qış tətilinin günləri AÇIQLANDI

Təhsil Nazirliyi məktəblilərin qış tətilinin günlərini açıqlayıb.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilən iş vaxtı norması və istehsalat təqviminə əsasən 31 dekabr 2021-ci il və 1-4 yanvar 2022-ci il tarixləri qeyri-iş günləri kimi müəyyən edilib və həmin tarixlər təhsil müəssisələrinə də şamil edilir.

Qeyd olunub ki, qış tətili günləri isə Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 27-31 dekabr tarixləridir:

“Lakin 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsil alanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub. Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 dekabr tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 dekabr qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 dekabr qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 dekabr tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 dekabr qış tətilidir”.

Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.(report az)

Gəncədə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib

Gəncədə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib

Dekabrın 17-də Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.

Qadınların iştirakı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov dini təəssübkeşlik, məzhəbçilik, dini fanatizm və bu kimi digər bölücü tendensiyaların cəmiyyətin balansını pozduğunu, insanlar arasında uçurum yaratdığını bildirib. Qeyd edib ki, bunun, xüsusilə multikultural və tolerant ənənələrə sadiq toplumlarda daha tez nəzərə çarpması, diqqət çəkməsi həmin problemlərlə mübarizə tədbiri kimi dini maarifləndirməni genişləndirməyi zəruri edir.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib ki, Dövlət Komitəsinin bu qəbildən təşkil etdiyi tədbirlər fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması məqsədi daşıyır. Səmavi dinlərin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik, sülh ideyalarını bir daha vurğulayan E.Kərimova dini təəssübkeşlik, ekstremizm və radikalizmlə mübarizənin zəruriliyini qeyd edərək bu işdə cəmiyyətin bütün təbəqələrinin, xüsusən də qadınların roluna diqqəti çəkib. Bu istiqamətdə qadınların üzərinə düşən öhdəliklərə diqqət çəkən şöbə müdiri hər bir qadının təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini bilgilərə malik olmasının, milli-mənəvi, tolerant dəyərlərimizə bağlılığının cəmiyyətin sağlam gələcəyinin təminatı olduğunu qeyd edib.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva təqdimatla çıxış edərək bildirib ki, cəmiyyətimizə yad olan dini ideologiyaların yayılmasında bu gün sosial şəbəkələr mühüm rola sahibdir. Son illər gənclər arasında sosial şəbəkələrin populyarlaşmasının onların aktivliyini artırmaqla yanaşı, mənfi meyillərə də yol açdığını bildirən şöbə müdiri, məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməsinin, ümumilikdə isə bütün yaş qruplarından olan vətəndaşlar ilə dini maarifləndirmə işinin genişləndirilməsinin labüdlüyünü diqqətə çatdırıb. Yaqut Əliyeva, həmçinin qeyd edib ki, dini təəssübkeşlik, məzhəbçilik İslam dininin təbliğ etdiyi dəyərlərlə tamamilə ziddiyyət təşkil edir. Bütün bunlara qarşı mübarizədə xalqımıza məxsus milli-mənəvi dəyərlərin təbliği, tolerant, multikultural ənənələrin mühafizəsi və yayılmasının genişləndirilməsi tədbirləri effektiv vasitələrdir.

DQİDK-nın əməkdaşı Aysel Abdullayeva isə “Xurafatla mübarizədə qadınların rolu” mövzusundakı təqdimatında xurafatı yaradan amillər, onun növləri, xurafatın yol aça biləcəyi zərərli əməllərdən danışıb, xurafatla mübarizədə ziyalı insanların, xüsusilə qadınların üzərinə çox böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

DQİDK-nın sifarişi ilə hazırlanan “Dövlət və din”, “Könüllülər hərəkatı və dini icmalar”, “Din və sosial media” adlı videoçarxların nümayiş olunduğu seminar öz işini müzakirələrlə yekunlaşdırıb.

 

Elçin Quliyev: "Prezident həlak olanların dəfni, yaralıların müalicəsi ilə bağlı tapşırıqlar verib"

Elçin Quliyev: "Prezident həlak olanların dəfni, yaralıların müalicəsi ilə bağlı tapşırıqlar verib"

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Dəfn tədbirləri sabah valideynlərlə məsləhətləşilməklə həyata keçiriləcək”.

YAZTV  xəbər ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, helikopter qəzasında həlak olan hərbçilərə şəhid statusu verilib-verilməyəcəyinə də aydınlıq gətirib: “Qanunvericilik hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara aktomatik olaraq şəhid statusunun verilməsini nəzərdə tutur”. 

Elşən Abbasov: "Qalib ölkənin güclü sərkərdəsi - İLHAM ƏLİYEV!"

Elşən Abbasov: "Qalib ölkənin güclü sərkərdəsi - İLHAM ƏLİYEV!"

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident İlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqın mənafeyini rəhbər tutmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Bilirsiniz ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur. Bu prosses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanıb desək, yanılmarıq.
Azərbaycanın modern idman infrastrukturuna malik ölkə olması hər kəsin qəbul etdiyi reallıqdır. Bu fikri Bakıda nüfuzlu beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi bir daha təsdiqləyir.
“Odlar diyarı”mız ilk Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, Formula 1 üzrə Qran prilərin, Avropa Yay Gənclər Olimipya Festivalının ünvanı oldu. Turnirlər ən yüksək standratlara cavab verən səviyyədə keçirildi, Azərbaycan yeni standartlar müəyyənləşdirdi və bütün dünyaya göstərdi ki, sülhün və sabitliyin hökm sürüyü müstəqil, heç bir ölkədən asılı olmayan azad məkan nümunəsidir. Bu yarışlarda xalqımızın mübarizliyi ön plana çıxdı, dünya idman ictimaiyyəti həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə irqindən, dinindən asılı olayaraq insanlarlın ölkəmizdə azad yaşamaq hüququnun qorunduğunun bir daha şahidi oldu.
2016-cı il yay olimpiadası təmsilçilərimiz üçün əlamətdar olub. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən yarışları idmançılarımız 1 qızıl, 7 gümüş, 10 bürünc mükafat, ümumilikdə 18 medalla 207 komanda arasında 15-ci yerdə tamamladı. İştirakçı sayına düşən medallara görə atletlərimiz bütün ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Çin və Almaniya kimi güclü komandaları gedirə qoydular. İndi atletlərimiz Tokio Olimpiadasında yeni naliyyələr qazanmaq əmzi ilə hazırlığı davam etdirirlər. Bütün bunlar belə bir əminlik yaradır ki, idmançılarımız prezident İlham Əliyevin rəhbərliyi ilə olimpiya ideyalarına sadiq qalacaq, dünya idman hərəkatının ən fəal üzvlərindən biri kimi yenə diqqət mərkəzində olacaq və zəfər salmanəsinə yeni-yeni parlaq səhifələr yazacaq.
Ölkə başçıqı İlham Əliyev deyir ki, ləyaqət, ədəb-ərkanı, insalara xoş münasibət, vətənpərvərlik hissini heç bir halda keçmişdə qoymaq olmaz. Azərbaycan prezidenti bənzərsiz bacarığı, qibtəolunacaq qabiliyyəti ilə yanaşı, səmimiyyəti ilə də insanların rəğbət və hörmətini qazanıb.

Və ən nəhayət “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.

Prezident İlham Əliyev güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafına toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. Ali Baş Komandan xalqdan aldığı tükənməz gücü isə öz işgüzar, tarixi və geniş fəaliyyəti ilə xalqa qaytarır.
Hörmətli cənab Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edir, Müzəffər Ali Baş Komandana uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıram!

Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov.

Əlillik təyin edilən qazilərin sayı açıqlanıb

Əlillik təyin edilən qazilərin sayı açıqlanıb

"Bu günə qədər Vətən müharibəsində yaralanmış, xəsarət almış və əlillik təyinatı aparılmış şəxslərin sayı 2 400 nəfərdir".

YAZTV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Daha 550-560 nisbətən ağır yaralı qazimiz var. Onların da müalicəsi davam edir. Bizim gördüyümüz odur ki, qazilərimizin böyük əksəriyyəti, hətta iki ayağı protez olanlar belə artıq aktiv idmanla məşğul olurlar. Biz onların bir çoxunu işə cəlb etmişik", - nazir vurğulayıb.

2 137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi qərara alınıb

2 137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi qərara alınıb

Hərbi qulluqçuların mənzillə təminatı davam etdirilir.

YAZTV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu gün Azərbaycan Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan komissiyanın sədri, maliyyə naziri Samir Şərifov komissiyanın bu günədək olan fəaliyyəti barədə yeni tərkibi məlumatlandırıb, əsas məqsəd və hədəflərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb və sözügedən fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.

Komissiyanın sədri Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan ordusunun hərbi qulluqçularının mənzil təminatının Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarətində olduğunu bildirib. “Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır və bugünədək Azərbaycan Prezidentinin fərmanının icrası olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil növbəsinə qəbul olunan 2387 hərbi qulluqçudan artıq 2093 nəfər Bakı, Gəncə şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunub”, - deyə S.Şərifov bildirib.

İclasda Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 2137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb.

Eyni zamanda, komissiya üzvləri hazırda mənzil növbəsində olan hərbi qulluqçulardan 131-nin Bakı şəhərində tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edib.