Yeni Azərbaycan Televiziyası
Yeni Azərbaycan Televiziyası (YAZTV) 1 aprel 2020-ci ildə fəaliyyətə başlayıb. Azərbaycanda müstəqil informasiya siyasəti həyata keçirən media qurumu olaraq YAZTV ölkə rəhbəri Möhtərəm Prezident İlham Əliyev cənablarının apardığı islahatları nümunə götürərək media sahəsində innovativ fəaliyyət göstərən media qurumu olmağı özünə əsas amal bilmişdir. Buna əsasən YAZTV “Yenilənən Azərbaycanın yeni media siması” şüarı ilə öz fəaliyyətinə başlamışdır. Azərbaycanın iqtisadi, ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərləri öz izləyicilərinə çatdırır.
Yeni Azərbaycan Televiziyası iqtisadiyyat, siyasət, mədəniyyət və incəsənət, gənclər və idman və s. kimi sahələrdə verlişlər hazırlayaraq cəmiyyətə və dövlətə faydalı fəaliyyət göstərmək uğrunda çalışmaqdadır.
TƏFƏRDAŞLARIMIZ

