Monday, 05 İyun 2023 10:59
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“AİKTSA” yeni bir layihənin icrasına start verib

“AİKTSA” yeni bir layihənin icrasına start verib

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyası” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “İKT-də Qadınlar və qızlar” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi ölkədə qadın və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM), eləcə də informasiya və kommunikasiya texnologiyaları kimi qeyri-ənənəvi təhsil sahələrinə yönəldilməsi və karyera istiqamətlərini seçməyə yönəlik həvəsləndirmə fəaliyyətlərinin aparılmasıdır.

Yaztv.az Qht.az – a əsasən xəbər verir ki, layihə rəhbəri Elvin Abbasov qeyd edib ki, layihə dövründə 35 nəfər qadın və qıza peşəkar təlimçilər tərəfindən İKT təlimləri keçiriləcək və İKT-də Qadınlar və qızların rolunu, eyni zamanda payını artırmaq istəyirik.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyası”  İB-i tərəfindən həyata keçiriləcək ilə  “İKT-də Qadınlar və qızlar” layihəsinin icrası 3 ay müddətində (01.02.2023-30.04.2023) nəzərdə tutulub.

 

"İnstagram"ın işində qüsurlar yaranıb

"İnstagram"ın işində qüsurlar yaranıb

"İnstagram" sosial şəbəkənin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.

YAZTV-nin məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada, Braziliya, Britaniyada, Rusiya və Almaniyada qeydə alınıb.

İstifadəçilərin 22 faizi əsasən hesablarına giriş, 60 faizi lentə baxış, 15 faizi isə videoların yüklənməsində problemlərlə üzləşir. (trend az)

"Twitter"in işində problemlər yaranıb

"Twitter"in işində problemlər yaranıb

"Twitter" mikrobloqlar xidmətinin işində nasazlıq dünyanın bir sıra ölkələrində müşahidə olunur.

YAZTV-nin məlumatına görə, bu barədə Downdetector platforması xəbər verib.

Şikayətlərin əksəriyyəti ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlir.

 İstifadəçilər veb sayt və sosial şəbəkənin mobil tətbiqetmələrində olan problemlər ilə üzləşdiklərini bildirib. (trend az)
Azərbaycanda daha 553 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

Azərbaycanda daha 553 nəfər koronavirusa yoluxub, 11 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 055 nəfər müalicə olunaraq sağalıb, 8 409 nəfər vəfat edib. 7 454 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 527, bu günə qədər isə ümumilikdə 5 899 183 test icra olunub.

Azərbaycanda elektron tədrisin idarə olunmasının üsulları hazırlanır

Azərbaycanda elektron tədrisin idarə olunmasının üsulları hazırlanır

Azərbaycanda "Education 4.0" platformasında "Data Mining" (məlumat hasilatı) texnologiyasının tətbiqi ilə elektron tədrisin idarə olunmasının səmərəliliyinin artırılması üsulları hazırlanır.

Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər.

İnstitudan qeyd edilib ki, "Education 4.0" platformasında "Data Mining" və "Big Data" kimi texnologiyaların tətbiqi zamanın tələbidir: "Bu sahənin öyrənilməsi Azərbaycan təhsil sektorunun vacib elementidir. Tədqiqatların nəticələrinin təhlili tələbələrin bilik səviyyəsinin proqnozlaşdırılmasında, tələbələrin daha səmərəli təhsili üçün fərdi yanaşmanın müəyyən edilməsində kömək edəcək".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda, həmçinin "Big Data" texnologiyasının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması üçün alqoritm və üsullar hazırlanır.

İnstitut Avstraliya Federal Universiteti ilə birgə tədqiqatlar aparır.

CBC radiosu Qarabağda yayıma başladı

CBC radiosu Qarabağda yayıma başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə yayım lisenziyası almış CBC radio proqramının “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından 2 kVt-lıq FM radioverici vasitəsilə stereo rejimində 102.7 MHs tezliyində yerüstü yayımına başlayıb.

Bu barədə YAZTV-yə nazirlikdən məlumat verilib.

Məlumata görə, nəticədə sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.

“SpaceX” orbitə daha 53 internet peyki çıxardı

“SpaceX” orbitə daha 53 internet peyki çıxardı

Bu gün “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan daha 53 minipeyki uğurla orbitə çıxarıb.

YAZTV  “SpaceX” kompaniyasının saytına istinadla xəbər verir ki, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 07:19-da (Bakı vaxtı ilə 16:19) Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.

Bu, 2019-cu ilin mayından başlayaraq, “Starlink” layihəsi çərçivəsində orbitə artıq 32-ci, cari ildə isə 16-cı buraxılışdır. Hazırda “SpaceX” orbital qruplaşmasına 1842 kosmik aparat daxildir.

Qeyd edək ki, “SpaceX” kompaniyası planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün orbitə 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.(publika az)

Azərbaycan və Rusiya əməkdaşlığın yeni səviyyəsini formalaşdırır - Nazirlik

Azərbaycan və Rusiya əməkdaşlığın yeni səviyyəsini formalaşdırır - Nazirlik

Azərbaycan və Rusiya konkret layihələrin reallaşdırılması və əməkdaşlığın yeni səviyyəsini formalaşdırır.

Bunu YAZTV-yə Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyindən bildiriblər.

Nazirlikdən xatırladıblar ki, bu il mayın 20-də Rusiya və Azərbaycan baş nazirlərinin görüşü çərçivəsində rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq barədə saziş imzalanıb:

"Saziş rəqəmsal inkişaf, ən yeni texnologiyalar, şəbəkə təhlükəsizliyi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahələrində təcrübə mübadiləsini nəzərdə tutur. Hesab edirik ki, bu sənəd informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığımız üçün əlavə təkan verəcək, konkret layihələrin reallaşdırılması və əməkdaşlığın yeni səviyyəsinin formalaşdırılmasının başlanğıc nöqtəsi olacaq".

Ağıllı şəhərlər necə təsvir olunur? - Elvin Abbasov açıqlayır

Ağıllı şəhərlər necə təsvir olunur? - Elvin Abbasov açıqlayır

Ağıllı şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlarla işləyir. Bu ağıllı cihazlar telefonlar ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə, məsul şəxslər şəhərin ehtiyaclarını müyəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər.

Ekspert Elvin Abbasov deyir ki, «Ağıllı Şəhər» sisteminin əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Bu sistem çərçivəsində bütün obyektlərin üzərində mütamadi monitorinq aparılır və məlumatlar toplanır. Həmin məlumatlar təhlil edilir, bunun sayəsində sistem təkmilləşdirilir və daha effektiv hala gəlir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

Şahin Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə rəis təyin edilib.

Nazirlikdən  verilən məlumata görə, Şahin Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.

O, 2007-ci ildə bakalavr dərəcəsi üzrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisasını, 2009-cu ildə magistr dərəcəsi üzrə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını bitirib.

2014-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Şahin Əliyev telekommunikasiya sahəsində 14 illik peşəkar təcrübəyə malikdir. Belə ki, o, 2007-ci ildən etibarən İKT sahəsində ölkənin ən qabaqcıl şirkətlərində mühəndis, ekspert mühəndis, şöbə müdiri, departament direktoru və digər rəhbər vəzifələrdə çalışıb. Bundan əlavə, İKT sahəsində və idarəetmədə fərqləndiyinə görə müxtəlif yerli və beynəlxalq sertifikat və diplomlarla təltif olunub.

XƏBƏRDARLIQ: Göndərilən bu mesajları açmayın, əks halda...

XƏBƏRDARLIQ: Göndərilən bu mesajları açmayın, əks halda...

"Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur".

YAZTV xəbər verir ki, bu barədə texnobloqer, "Tavuş Bot"un yaradıcısı Fərid Pərdəşünas paylaşım edib.

"Bu hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin linkləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin ya da görməzdən gəlin", - deyə mütəxəssis xəbərdarlıq edib.

Qeyd edək ki, oxşar kampaniya hazırda "WhatsApp" mesajlaşma tərbiqində sürətlə yayılır.

Sosial media istifadəçilərinə göndərilən linkləri açmamağı və ya paylaşmamağı məsləhət görürük. (publika az)

"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb

"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb

"Facebook" sosial şəbəkəsinin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.

YAZTV-nin məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada, Çexiya, Yunanıstan, Braziliya, Yeni Zelandiya və digər ölkələrdə qeydə alınıb. Bildirilir ki, "Facebook Messenger" xidmətində də qüsurlar müşahidə edilir.

 

İstifadəçilərin həmçinin "İnstagram" sosial şəbəkəsinin də işində qüsurlardan şikayət ediblər. Şikayətlər əsasən saytın işi və xəbər lentinin yüklənməsi ilə bağlıdır. (trend az)