Tuesday, 27 İyul 2021 15:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Şimşək çaxacaq, arabir yağış yağacaq - Bu günün HAVASI

Şimşək çaxacaq, arabir yağış yağacaq - Bu günün HAVASI

Bu gün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 28-31° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 27-si axşam, 28-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi əsasən əlverişli olsa da, güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecəyə doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Ceyhun Səfərov “Azəriqaz”dan ayrıldı

Ceyhun Səfərov “Azəriqaz”dan ayrıldı

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.

"YAZTV" xəbər verir ki, bu münasibətlə Birlik rəhbərliyi yanında görüş təşkil olunub. C.Səfərovun qurumun ictimaiyyətlə əlaqələri sahəsində müsbət irəliləyişlərə nail olduğunu qeyd edən baş direktor Ruslan Əliyev, onun bu sahədə məlumatlı bir kadr kimi yetişdiyinə diqqət çəkib. R.Əliyev bildirib ki, tanınmış jurnalist olan C.Səfərovla “Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır. Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə yararlanacaqlar.

Ceyhun Səfərov ona göstərilən diqqətə görə təşəkkür edib.

Daha sonra Ceyhun Səfərovu Fəxri fərmanla təltif edib, kollektivlə birgə xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, C.Səfərov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2 il bundan öncə təyin edilib.

Kinoteatrların açılması müzakirə olunur

Kinoteatrların açılması müzakirə olunur

Azərbaycanda kinoteatrların növbəti mərhələdə fəaliyyətə başlaması müzakirə olunur. 

YAZTV” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, kinoteatrların açılması da müzakirə olunur, amma gələcəkdə bu sahənin fəaliyyətinə icazə veriləcəyi təqdirdə giriş üçün COVID-19 pasportu tələb ediləcək

Bir sıra ölkələrdən diri donuz, xammal və genetik materialların idxalı məhdudlaşdırılıb

Bir sıra ölkələrdən diri donuz, xammal və genetik materialların idxalı məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam Sosialist Respublikası, Macarıstan Respublikası, Rumıniya Respublikası, Polşa Respublikası, Koreya Respublikası, Filippin Respublikası, İndoneziya Respublikası, Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Latviya Respublikası, Cənubi Afrika Respublikası, Moldova Respublikası, Çin Xalq Respublikası, Laos Xalq Demokratik Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Butan Krallığı, Namibiya Respublikası, Myanma İttifaqı Respublikası, Kot-d'İvuar Respublikası, Malayziya və Ukrayna ölkələrinin bəzi inzibati ərazi vahidlərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Vyetnam Sosialist Respublikasının Ca Mau, Bac Ninh, Tra Vinh, Macarıstan Respublikasının Hajdu-Bihar, Borsod-Abauj-Zemplen, Heves, Rumıniya Respublikasının Braila, Salaj, Bihor, Polşa Respublikasının Lubelskie, Podkarpackie, Warmińsko-Mazurskie, Koreya Respublikasının Gangwon-Do, Gyeonggi-Do, Incheon Metropolitan City, Filippin Respublikasının Davao del Sur, Sarangani, Davao Oriental, İndoneziya Respublikasının Nusa Tenggara Timur, Bali, Di Yogyakarta, Rusiya Federasiyasının Primorskiy, Amurskaya, Kaluga, Almaniya Federativ Respublikasının Brandenburg, Sachsen, Latviya Respublikasının Vecumnieku, Apes, Dobeles, Cənubi Afrika Respublikasının Mpumalanga, Western Cape, Gauteng, Moldova Respublikasının Rîşcani, Falesti, Ungheni, Çin Xalq Respublikasının Xinjiang Uygur, Sichuan, Yunnan, Laos Xalq Demokratik Respublikasının Xaignabouri, Tanzaniya Birləşmiş Respublikasının Geita, Shinyanga, Butan Krallığının Chhukha, Namibiya Respublikasının Ohangwena, Kunene, Myanma İttifaqı Respublikasının Shan, Kot-d'İvuar Respublikasının Zanzan, Malayziyanın Sabah, Ukraynanın Mykolayiv, Kiev və Chernivtsi inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BDU-ya yeni prorektor təyin olundu

BDU-ya yeni prorektor təyin olundu

“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində davam etdirəcək. 

"YAZTV" xəbər verir ki, iyulun 26-da “Sukanal” ETLİ-də tədbir keçirilib. “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Fərda İmanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, onun “Azərsu” ASC-də səmərəli əmək fəaliyyətinin rəhbərlik tərəfindən qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Su təsərrüfatının inkişafındakı xidmətlərinə görə Fərda İmanova “Azərsu” ASC-nin Fəxri fərmanını və xatirə hədiyyəsini təqdim edib.

Sonda Fərda İmanov çıxış edərək, göstərilən diqqət və qayğıya görə “Azərsu” ASC-nin, eləcə də “Sukanal” ETLİ rəhbərliyinə və kollektivə dərin minnətdarlığını bildirib.

Ailə qurmaq istəyənlərə peyvənd tövsiyə olunur

Ailə qurmaq istəyənlərə peyvənd tövsiyə olunur

“Bu günə qədər Azərbaycanda vaksin olunan şəxslərdə heç bir ciddi əks təsir qeydə alınmayıb”.

YAZTV xəbər verir ki, bunu brifinqdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

“Dünya praktikasına uyğun olaraq yeni ailə qurmamışdan öncə, uşaq planlaşdırılandan öncə ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur. Çünki, sonra hamiləlik dönəmində hər hansı gənc xanımın virusa yoluxması uşağın, dölün inkişafına çətinliklər yaradacaq bir şeylərdir. Ona görə də bunları düşünüb öncədən nəzərə almaq tibbi tərəfdən daha doğrudur”.

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

YAZTV xəbər verir ki, qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti avqustun 1–dək uzadılıb.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən 2021-ci il iyunun 1-dək olan müddət üçün ödənilib. (unikal org)

Bu gün nə qədər adam peyvənd olunub?

Bu gün nə qədər adam peyvənd olunub?

Bu gün Azərbaycanda koronavirus əleyhinə 432 vaksin vurulub.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 197, ikinci mərhələ üzrə 235 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 564 329, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 654 273, ikinci mərhələ üzrə isə 1 910 056 nəfər təşkil edir.

Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq

Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq

Azərbaycanda ölkə üzrə bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq.

YAZTV xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə öz əksini tapıb.

ə

Belə ki, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən yaşı 18-dən yuxarı olan şəxslər bərbərxana və gözəllik salonlarına daxil olan zaman yalnız tam peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

Mingəçevirdə 13 yaşlı oğlan itkin düşdü

Mingəçevirdə 13 yaşlı oğlan itkin düşdü

Mingəçevirdə yeniyetmə itkin düşüb.

YAZTV-nin məlumatına görə, Mingəçevir şəhər bağlar yaşayış massivlərində yaşayan 2008-ci il təvəllüdlü Amanov Famil Müqabil oğlu evdən çıxaraq geri qaıtmayıb.

Yeniyetməni görənlərdən Mingəçevir şəhər Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.
Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan dünyasını dəyişib.

“Koronavirusdan ölənlərin 99 faizi vaksin vurdurmayanlar olub

“Koronavirusdan ölənlərin 99 faizi vaksin vurdurmayanlar olub

Azərbaycanda COVID-19 virusuna qarşı peyvəndləmə prosesinə başladıqdan sonra koronavirusdan ölən şəxslərin 99 faizi vaksin vurdurmayan şəxslər olub”.

YAZTV” xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

“Sentyabrın 1-dən COVID-19 pasportu tələb olunan sahələrdə yoxlanış aparılması üçün xüsusi mobil tətbiq hazırlanır və yaxın günlərdə bununla bağlı ətraflı məlumat veriləcək. Bu tətbiq vasitəsilə qapalı məkanların girişində pasportlar sürətli şəkildə yoxlanılacaq. Unutmamalıyıq ki, virus heç yerə getməyib. Pandemiyadan bu gün üçün yeganə çıxış yolu vaksin olunmaqdır”, - deyə o bildirib.