Saturday, 18 Sentyabr 2021 23:27
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda bu gün 61 657 nəfər vaksinasiya olunub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 431 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 925 249, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 605 958, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 319 291 nəfər təşkil edir.

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 18-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45% olacaq.

Sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacaq.

 

 

 

Azərbaycanda 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

Azərbaycanda 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 468 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 493 nəfər müalicə olunaraq sağalıb, 6 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 199 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 781, ötən müddət ərzində isə ümumilikdə 4 715 715 test aparılıb.

Azərbaycanda 2 042 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib

Azərbaycanda 2 042 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 470 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430 717 nəfər müalicə olunaraq sağalıb, 6 280 nəfər vəfat edib. 33 988 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 666, bu günə qədər isə ümumilikdə 4 731 381 test icra olunub.

TƏBİB-ə yeni səlahiyyət verilib

TƏBİB-ə yeni səlahiyyət verilib

Doğumun qeydə alınması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyət verilib

YAZTV xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”əksini tapıb.

Dəyişikliyə görə, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Səhiyyə Nazirliyinə ötürülür. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.

Bundan əvvəl doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.

Doğum haqqında məlumatın Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydada nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar.

Bundan əvvəl bunun bağlı məsuliyyət sadəcə Səhiyyə Nazirliyinə aid edilirdi.

Vilyam Hacıyevin saxlanıldığı yer dəyişdiriləcək

Vilyam Hacıyevin saxlanıldığı yer dəyişdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

YAZTV-nin  məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatətlərlə çıxış edərək təqsirləndirilən şəxs barədə elan olunmuş cinayət işinə xitam verilməsini istəyiblər. Bildirilib ki, Vilyam Hacıyev özünü ittihamlarda təqsirli bilmir.

Daha sonra vəkillər sabiq icra başçısı barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və Vilyam Hacıyevin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürülməsini istəyib.

Vilyam Hacıyev vəkillərin vəsatətlərini müdafiə edib, elan olunan ittihamların əsassız olduğunu bildirib.

 

Müşavirədən sonra təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən vəsatətlər təmin olunmayıb.

 

Təqsirləndirilən şəxsin Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Pentensiar Xidmətin təcridxanasına köçürülməsi ilə bağlı vəsatət isə təmin edilib.

 

Məhkəmənin baxış iclası sentyabrın 28-ə təyin olunub.

 

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

 

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

 

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

 

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

 

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

 

Səbail rayon Məhkəməsi tərəfindən V.Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?

Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 %, gündüz 40-45% olacaq.

Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Gədəbəy və Daşkəsən rayonlarına dolu düşüb

Gədəbəy və Daşkəsən rayonlarına dolu düşüb

Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

 

YAZTV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən, küləyin maksimal sürəti Gəncədə 28 m/s, Naftalanda 26 m/s, Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında - Bakıda 28 m/s, Qum adasında 25 m/s, Sumqayıtda 24 m/s, Pirallahı, Maştağada 23 m/s, Binədə 21 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

 

Saat 14:41-14:43 radələrində Gədəbəy rayonu ərazisinə və Gədəbəy rayonu Duzyurd kəndinə, saat 15:30-15:32 radələrində isə Daşkəsən rayonuna diametri 6-8 mm olan dolu düşüb.

Azərbaycanda 90-a yaxın ölkənin vətəndaşı təhsil alır - Nazirlik

Azərbaycanda 90-a yaxın ölkənin vətəndaşı təhsil alır - Nazirlik

Ötən ilin statistikasına əsasən 89 ölkədən 6600 əcnəbi tələbə ölkəmizdə təhsil alır.

YAZTV-nin məlumatına görə, bunu Təhsil nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Məmmədli bildirib.

O qeyd edib ki, Qoşulmama Hərəkatına üzv olan 120 ölkə üçün və İƏT üzvü olan 53 ölkə üçün təqaüd yerləri ayrılıb:

"Hazırda Azərbaycan sərhədi 42 ölkəyə açıqdır. Oktyabr ayından bu tədris ili üçün müraciət etmiş əcnəbi vətəndaşların siyahısını yekunlaşdıracağıq. Bəzi təhsil sahələri var ki, praktik məşğələlərə gərək duyulur. Bunlardan biri tibb sahəsidir. Hansı ki, bu sahədə təhsil alan əcnəbi tələbələr çoxluq təşkil edilir. Həmin vətəndaşların sözügedən 42 ölkə arasında olmaması halını nəzərə alaraq bu barədə müvafiq dövlət qurumlarına müraciət edilib."

Beynəlxalq axtarışda olan şəxs Ukraynada tutularaq Azərbaycana gətirilib

Beynəlxalq axtarışda olan şəxs Ukraynada tutularaq Azərbaycana gətirilib

Beynəlxalq axtarışda olan şəxs Ukraynada tutularaq Azərbaycana gətirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən  verilən birgə məlumata görə, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilmişdir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 357 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 437 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 863 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 588 732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 274 860 təşkil edir.

Gələn aydan təhsil kreditlərinin verilməsinə başlanılacaq - Şərtlər

Gələn aydan təhsil kreditlərinin verilməsinə başlanılacaq - Şərtlər

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq.

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli YAZTV-nin sualını cavablandırarkən deyib.

N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

"Təhsil-tələbə kreditləri təhsil üçün yeni bir mexanizmdir. Fondun 80 milyon manatlıq büdcəsi var. Bu il ərzindən təxminən 40 minə yaxın tələbəyə təhsil kreditlərinin verilməsini həyata keçirəcəyik. Burada həm bakalavr, həm də magistr pilləsində kreditlərin verilməsindən söhbət gedir. Təhsil-tələbə kreditinin iki forması nəzərdə tutulub. Biri sosial kreditlərdir, digəri isə standart təhsil-tələbə kreditidir. Sosial kreditlər əsasən sosial qruplardan olan tələbələrə təhsil haqlarını ödəməyə imkan verəcək. Həmin kateqoriya müəyyənləşdirilib. Burada xüsusi güzəştlər də var. Məsələn, siz 4 il ərzində kredit almısızsa, 4 ildən sonra sizə müəyyən güzəşt dövrü verilir. Oğlanlar hərbi xidmət dövründə kreditin qaydarılmasından azaddır. Qızlar isə ailə qurublarsa, onların analıq məzuniyyəti dövrü və ondan əvvəlki dövr güzəşt dövrü hesab edilir. Həmçinin əgər tələbə iki il işləmirsə, həmin müddətdə krediti qaytarmaqdan azaddır. Kreditin qaytarılması dövrü də kifayət qədər uzunmüddətli bir dövrdür".

Şöbə müdiri kreditin qaytarılmasında digər güzəştlərin də nəzərdə tutulduğunu qeyd edib:

"Sosial kredit alanların smestr imtahanlarında balı 71 baldan yuxarıdırsa, həmin smestr üçün faiz hesablanmır. Əgər bütün təhsil müddəti dövründə 91 baldan yüksəkdirsə, bu zaman ümumiyyətlə aldığınız kreditin 50 faizini qaytarmaqdan azad olunursunuz və digər hissənin faizləri də kifayət qədər aşağı olur. Standart krediti üçünsə orta müvəffəqiyyət göstəricisi yüksək olanlar və qəbul imtahanlarında yüksək bal toplayanlar müraciət edə bilər. Bu, Azərbaycan təhsil sistemində inqilabi dəyişiklikdir".

N.Məmmədlinin sözlərinə görə, tələbənin orta müvəffəqiyyət göstəricisinin hesablanması üçün yeni sistem də yaradılıb:

"Söhbət 170-180 min tələbədən gedir. Əlbəttə ki, birinci semestrdən müraciət edənlərə də kreditlərin verilməsi nəzərdə tutulub. Bunun üçün keçid balı tələb olunur. Bu da şura tərəfindən müəyyənləşdirilib. Bütün bunların hamısının vahid elektron bazada toplanması, sığorta, bank sisteminin qurulması uzun vaxt aparır. Lakin oktyabrın əvvəllərindən etibarən kreditlərin verilməsinə başlamağı hədəfləmişik. Proses qaydasına düşəndən sonra öz axarınca davam edəcək".