Thursday, 24 İyun 2021 14:05
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Formula 1 Azərbaycan Qran Prisi 2021-in qalibləri müəyyənləşdi - Serxio Peres birincidir

Formula 1 Azərbaycan Qran Prisi 2021-in qalibləri müəyyənləşdi - Serxio Peres birincidir

Formula 1 Azərbaycan Qran Prisi 2021-in qalibləri bəlli oldu.

YAZTV-nin məlumatına görə, birinci yeri “Red Bull Racing” komandasının pilotu Serxio Peres qazanıb.

İkinci yeri “Aston Martin” komndasının pilotu Sebastyan Fettel, üçüncü yeri isə “AlphaTauri” komandasının pilotu Pyer Qasli qazanıb.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi beşinci dəfə Bakı küçələrində keçirilib. Asfalt сəngavərləri Bakı Şəhər Halqasını alovlandırmazdan öncə, bütün komandalar və tədbir qonaqları himn üçün ayağa qalxıb. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarış konsepsiyası vurğulanıb və digər konsepsiya - multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb.

Azərbaycanda Formula 1-in proqramı AÇIQLANDI

Azərbaycanda Formula 1-in proqramı AÇIQLANDI

Bakıda 4-6 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin proqramı açıqlanıb.

YAZTV-nin məlumatına görə, yarışın ilk günü F2 sərbəst yürüşü ilə başlanılacaq, ondan sonra isə F1 sərbəst yürüşü baş tutacaq. Günün ikinci yarısı F2 sıralama yarışı, onun ardınca isə F1 ikinci sərbəst yürüş keçiriləcək.

Yarışın ikinci günü, yəni 5 iyunda günün əvvəlində F2 sprint yarışı, onun ardınca isə F1 üçüncü sərbəst yürüş keçiriləcək, günün ikinci yarısı isə F1 sıralama turu və F2 sprint yarışı baş tutacaq.

İyunun 6-da günə FIA Formula 2 yarışı ilə başlanılacaq, ardınca isə F1 pilotlarının təqdimatı keçiriləcək. Günün ikinci yarısı isə əsas F1 yarışına start veriləcək. Əsas yarışa start verilməzdən əvvəl Azərbaycan Dövlət Himni səsləndiriləcək. Ondan sonra, saat 16:00-18:00 ərzində Formula 1 Azərbaycan Qran Prisi 2021 baş tutacaq və qalib müəyyən ediləcək.(trend az)

“Formula 1” yarışları zamanı bu yollar bağlı olacaq - Rəsmi

“Formula 1” yarışları zamanı bu yollar bağlı olacaq - Rəsmi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi zamanı hərəkətin məhdudlaşdırılacağı küçə və prospektlərin adlarını açıqlayıb.

YAZTV  xəbər verir ki, Bakı DYPİ-nin sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib ki, "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla “Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub.

31 may tarixindən 8 iyun tarixinədək bu istiqamətdə olan Kövkəb Səfərəliyeva, Rixad Zorge, Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələrindən avtomobillərin hərəkət istiqamətinin dəyişdirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, qeyd edilən tədbirin təhlükəsizliyinin təmin edilməsi məqsədlə bu istiqamətə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

 

Alternativ yollar - Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək, Səməd Vurğun küçəsi iki istiqamətli sürücülərin ixtiyarına veriləcək. Eyni zamanda Bünyad Sərdarov küçəsindən, Lermontov küçəsinə hərəkətin əksinə avtomobil sürücülərinin hərəkət etməsi üçün nəzərdə tutulub.

Bu istiqamətlər üzrə mümkün qədər şəxsi avtomobillərdən istifadə edilməsin. Ən yaxşı halda isə bu ərəfədə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.

Bölgələrdən gələn sürücülər və Aeroport, Mərdəkan, Buzovna, o istiqamətə gedənlər şəhərin mərkəzi küçələrindən deyil Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisinə daxil olmaqla hərəkət edə bilərlər. Yaxud 20-ci sahədən, Bayıl qəsəbəsindən, Bayraq meydanı ətrafından mərkəzə doğru hərəkət edənlər Bayıl qəsəbə daxili yolla Teymur Elçin, Mehdi Hüseyn və Parlament prospekti istiqamətinə hərəkət etməlidirlər”.

Bakıdakı Formula 2-də əsas yarışın qalibi bilindi - Foto

Bakıdakı Formula 2-də əsas yarışın qalibi bilindi - Foto

Formula 2 üzrə Azərbaycan Qran-Prisində əsas yarışın qalibi bəlli olub.

YAZTV xəbər verir ki, “Hitech Grand Prix” komandasının üzvü Yuri Vips birinci olub.

“Prema Racing”in üzvü Oskar Piastri ikinci, Robert Şvartsman isə üçüncü yerə sahib çıxıb. 
Previous Next

Fernando Alonso Alpine komandası haqqında fikirlərini bildirib

İkiqat dünya çempionu Fernando Alonso mövsüm başlayandan iki yarışdan xal əldə edib. Onun komanda yoldaşı fransalı Okon dörd yarışda fərqlənib.

Fernando Alonso: “İstədiyimiz yarış və nəticəsindən olmasa da , komandanın cəsur ruhundan məmnun olduq. Fərqli bir strategiya sınamaq bu gün uğurlu  nəticə vermədi, amma komanda olaraq birgə çalışacayıq. İşimizin çox hissəsini avtomobilin daha çox  irəliləməsinə yönləndirməıliyik“ monako qran prisindən sonra fikirlərini bölüşüb.Mövsümün beşinci yarışı bir necə gün sonra baş tutacaq.  Azərbaycan qran prisi 4-6 iyun tarixlərində keçiriləcək".

Aynur Mehdiyeva

 

"Formula 1": Azərbaycan Qran-prisindən öncə lider dəyişdi

"Formula 1": Azərbaycan Qran-prisindən öncə lider dəyişdi

Monte-Karlodakı şəhər trasında "Formula 1" üzrə Monako Qran-prisi keçirilib.

YAZTV məlumatına görə, yarışın qalibi "Red Bull" pilotu Maks Ferstappen olub. "Ferrari"dən Karlos Sayns ikinci, "Maklaren"dən Lando Norris üçüncü yeri tutub. Sayns "Skuderiya"ya mövsümdə ilk podiumu bəxş edib.

"Mercedes" pilotlarına gəldikdə, 7 qat dünya çempionu Lüis Hemilton 7-ci yeri tutaraq, ümumi hesabda liderliyi Ferstappenə verib. Beləliklə, niderlandlı sürücü karyerasında ilk dəfə sıralamada birinci yerə yüksəlib. Hemiltonun komanda yoldaşı Valtteri Bottas isə bolidinin təkərindəki problem üzündən yarışı başa çatdıra bilməyib.

"Ferrari" pilotu Şarl Lekler maşınının ötürücülər qutusunun işləməməsi üzündən ümumiyyətlə, yarışa çıxmayıb. Komandanın sabiq üzvü, hazırda "Aston Martin"də çıxış edən Sebastyan Fettel 5-ci yeri tutsa da, səsvermə ilə bu mərhələnin ən yaxşı pilotu seçilib.

Monako Qran-prisindən sonra xalını 105-ə çatdıran Ferstappeni ondan 4 xal geri qalan Hemilton izləyir. Üçüncü yerdə 56 xalla Norris qərarlaşıb. Konstruktorlar Kubokunda da lider dəyişikliyi baş verib. "Red Bull" 149 xalla 1-ci pilləyə yüksəlib. "Mercedes" 148 xalla ikinci, "Maklaren" 80 xalla üçüncüdür.

Qeyd edək ki, mövsümün növbəti - sayca 6-cı Qran-prisi 4 - 6 iyunda Bakıda keçiriləcək. Azərbaycan Qran-prisi də şəhər trasında təşkil olunacaq. (report az)

Formula 1-in açılış mərasimində himnimizi onlar ifa edəcək

Formula 1-in açılış mərasimində himnimizi onlar ifa edəcək

Formula 1 Azərbaycan Qran Prisi beşinci dəfə günəşli Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı şəhər halqasını “alovlandırmazdan” əvvəl, bütün komandalar və tədbirin qonaqları himn üçün ayağa qalxacaqlar. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanacaq. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.

YAZTV xəbər verir ki, builki Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni Vətən müharibəsi qazisi Atəş Qarayev və Əməkdar artist Səbinə Babayeva tərəfindən səsləndiriləcək. Himn səsləndirilən zaman trek üzərində dayanacan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutaacaqlar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayanacaqlar.

 Qeyd etmək lazımdır ki, bu mərasim üçün yaradılan himnin xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunur.
Formula 1-də iştirak edəcək komandaların çoxu artıq Bakıdadır

Formula 1-də iştirak edəcək komandaların çoxu artıq Bakıdadır

Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandaların əksəriyyəti artıq Bakıya gəlib.

Bu barədə  Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, ölkəyə gələn komandalar boksları da təhfil alıblar: "Ümumilikdə 21 komanda var, yəni 10 komanda Formula 1, 11 komanda isə Formula 2-də. Komandalar hissə-hissə gəlirlər. Əksəriyyəti artıq gəlib. Ssabah, yəni çərşənbə axşamı bütün komandaların gəlişi başa çatmalıdır".(trend az)

Lyuis Hemilton İspaniya Qran Prisinin qalibi oldu

Lyuis Hemilton İspaniya Qran Prisinin qalibi oldu

Karyerasının 100-cü poulunu qələbəyə çevirən Hemilton öz komandasına minnətdarlığını bildirib. Yarışın startında liderliyi itirməsinə baxmayaraq heyəti onu 42-ci dəfə pit stopa çağıraraq qalibiyyətinə səbəb oldu. Soft təkər komplektinə keçən Hemilton karyerasının 98-ci qalibiyyətini qazanaraq yeni tituluna biraz da yaxınlaşıb.

Yarışdan sonra Mercedes komandasının instagram sosial şəbəkəsində izləyiciləri üçün video mesajda bü sözləri deyib: “Çətin yarış həftəsi artıq geridə qaldi. Məncə bu çətin dörd yarışdan sonra qarajda çalışan komanda da çox yorulub. Gördüyümüz işdən həqiqətəndə qürür duymalıyıq. Deyə bilərəm ki, mövsümün ən ugurlu başlanğıcıdır deyə bilərəm. Xüsüsən çox çətin bolid ilə mövsümə Bəhreyndə başladıq. Avtomobili təkmilləşdirmək üçün  üzərində çox çalışdıq və buda onun nəticəsidir. Strateji hədəfimiz inanılmazdır. Bu birlikdə qazandığımız 100-cü poul və 98-ci qələbədir. Buradan hamıya sevgimi göndərmək istəyirəm. Ümid edirəm ki, yarış və batldan zövq aldınız. Mən batldan çox əyləndim”.

Aynur Mehdiyeva

Formula 2-də qəza - “DAMS”ın pilotu mübarizəni dayandırdı

Formula 2-də qəza - “DAMS”ın pilotu mübarizəni dayandırdı

“DAMS” komandasının pilotu Markus Armstronq Bakıda Formula 2 yarışlarının üçüncü sprint yürüşündə mübarizəni dayandırıb.

YAZTV xəbər verir ki, “Carlin” komandasının pilotu Dan Tiktumun bolidinə toxunduqdan sonra M.Armstronqun bolidi təhlükəsizlik səddinə çırpılıb və mübarizəni dayandırıb.

 Qeyd edək ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.

Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Guanyu Zhou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir.

Serena Uilliams: "Hər bir qızın həyatında bir az sürətə ehtiyacı var"

Dünyaca məşhur tennis ustasi amerikalı Serena Uilliams Monako Qran prisinə təşrif buyuran qonaqların sırasında idi. Aston Martin  komandasının marka üzvi olan Serenaya  gün ərzində VİP xidmət göstərilib. Paddok ilə ətraflı tanış olan Uilliams, daha  sonra Vantage və DBX təhlükəsizlik maşınları da  göstərillib.

ABŞ ulduzu, Mercedes qarajının önündə video çəkərək yaxın dostu Hemiltona dəstək oldu. Sosial şəbəkələrdə dərhal yayılan video görüntüdə Serena “Bu mənim ən yaxın  dostumdur” paylaşımını edib.

Yarışdan sonra Aston Martin nümayəndəsinə verdiyi müsahibədə bu sözləri deyib: "Burada olmaq həqiqətən çox möhtəşəmdir. Aston Martin heyətinin 31 ildən çox yarışlara qatılmadığını bilirəm və bu uzun müddətdən sonra markanın bir hissəsi olmağıma çox  xoşbəxtəm. Formula 1 yarışlarının dünyanın hər yerində  azarkeşləri var. Burada olan atmosferi çox  sevirəm, xüsüsən də Monakonu. Aston Martin brendinə nəzər yetirildikdə dizayn üslubundan ilham alaraq çox güman sürət də hiss olunur. Hər bir qızın həyatında bir az sürətə ehtiyacı var “.

Müxbir 

Aynur Mehdiyeva

Dünya ulduzu Kriştianu Ronaldu Maranelliyə gəlib

Dünya ulduzu Kriştianu Ronaldu Maranelliyə gəlib

İtaliyanın Yuventus futbol klubunun əfsanəvi futbolçusu Ronaldo Maranellidə Ferrarinin sürücüləri Karlos Saynsla və Şarl Leklerlə görüşüb. Kriştianu Ronaldu komandanın bazasını gəzdikdən sonra hər iki pilota imzalı formasını təqdim edib.  İspaniyalı Karlos Sayns Real Madrid azarkeşidir.

Qeyd edək ki, Ronaldo “Kral Klubu”nun heyətində doqquz il çıxış edən ən parlaq əfsanəvi oyunçularından biridir. İdman avtomobillərinə böyük marağı olan Kriştianu Fiyorano trassında Ferrari avtomobilini test edib və Ferrari heyətinin texniki direktoru Mattia Binotto ilə öz təəsüratlarını bölüşüb.

Aynur Mehdiyeva