Monday, 17 May 2021 20:48
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
23.33°C

Bakı

Rütubətlilik: 60%
Külək: S12.43 KM/S
Abşeronda 33 yaşlı şəxs intihar edib

Abşeronda 33 yaşlı şəxs intihar edib

Abşeron rayonunda intihar hadisəsi baş verib.

YAZTV-nin xəbərinə görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

 Belə ki, 1988-ci il təvəllüdlü Musayev Asim Vəfa oğlu özünü evdə asaraq intihar edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. (oxu az)

Azərbaycanda şirkət əməkdaşına cinayət işi açıldı

Azərbaycanda şirkət əməkdaşına cinayət işi açıldı

“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olub. 

Qazax rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 6-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilmiş firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəyib. 

 Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır. (oxu az)

Qəza baş verdi, 60 ev qazsız qaldı

Qəza baş verdi, 60 ev qazsız qaldı

Zərdab rayonunun Pərvanlı kəndində qəza törədən yük maşını diametri 108 mm olan qaz xəttinin üzərinə aşıb.

YAZTV xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən may ayının 15-də saat 16:30 dan etibarən 60 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Qəzanın fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Özünü Teslanın heykəlindən asaraq intihar etdi - Rəsmi açıqlama

Özünü Teslanın heykəlindən asaraq intihar etdi - Rəsmi açıqlama

Bakıda 27 yaşlı kişi parkda Nikola Teslanın heykəlindən özünü asaraq intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, mayın 17-də saat 11 radələrində paytaxtın Nərimanov rayon sakini, 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əsgər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, habelə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda məhəllədə səs salan şəxsin başına daşla vurub öldürdülər

Bakıda məhəllədə səs salan şəxsin başına daşla vurub öldürdülər

Bakı şəhər Xətai rayonu ərazisində ötən ilin 13 sentyabr tarixində Orxan Yusiflinin başına daşla vurulub öldürülməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

YAZTV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Kamran Ələsgərov barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış iş üzrə keçirilən prosesin yekununda təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində məlum olub ki, Kamran Ələsgərov hadisənin baş verdiyi Xətai rayonu İlham Məmmədov küçəsi 26 ünvanındakı binada yaşayıb. O, gecə saatlarında Orxanın bir qrup şəxslə binanın həyətində yüksək səslə danışdığını görərək həmin şəxslərə irad bildirib. Orxan ona tutulan iradı qəbul etməyərək Kamrana yumruqla vurub. Bundan sonra yerdən iri daş parçası götürən Kamran yenidən yaxınlaşaraq Orxanın başına bir dəfə zərbə endirib. O, daha sonra qan içində qalan gəncə kömək etmək məqsədilə ətrafdakı şəxslərin köməkliyi ilə öz evinə aparıb. Burada Orxanın telefonundan onun atasına zəng edən Kamran onu evinə çağırıb. Daha sonra O.rxan Yusifli 3 saylı şəhər xəstəxanasına aparılıb. Lakin baş beyni ciddi şəkildə zədələndiyindən onun həyatını xilas etmək mümkün olmayıb. (publika az)

Bakıda avtomobil yanıb külə döndü

Bakıda avtomobil yanıb külə döndü

Bakı şəhərinin Nizami rayonunda “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yol kənarındakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İrandan 18 kq narkotik gətirən 5 nəfər saxlanıldı

İrandan 18 kq narkotik gətirən 5 nəfər saxlanıldı

İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanılıb.

YAZTV Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, son günlərdə DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 754 ədəd güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş tədbirlər nəticəsində 5 nəfər saxlanılıb. Onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq hərəkəti davam etdirilir.

Hazırda cinayət halları üzrə digər əlaqədar şəxslərin axtarışı və müəyyənləş­dirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Məhkəmə Vüqar Səfərli barədə QƏRAR VERDİ

Məhkəmə Vüqar Səfərli barədə QƏRAR VERDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli və “Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

YAZTV xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, V.Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə həbs edilib.

İttihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib. (publika az)

Paytaxtda avtomobillər toqquşdu, xəsarət alanlar var

Paytaxtda avtomobillər toqquşdu, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YAZTV-nin məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobil toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Əliyev Elməddin Rəhim oğlu və digər avtomobildə olan 1983-cü il təvəllüdlü Əliyev Elkin Umud oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib. Elməddin Əliyevə döş qəfəsinin əziyi, Elkin Əliyevə isə sağ mil sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparlır. (report az)

Bakıda gənc bıçaqla özünə xəsarət yetirdi

Bakıda gənc bıçaqla özünə xəsarət yetirdi

Bakıda intihara cəhd hadisəsi baş verib.

YAZTV-nin məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Hadiyev Mirzalı Vuqar oğlu bıçaqla özünə xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun sağ qolunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.(report az)

Ağstafada minik maşını aşıb, sürücü yaralanıb

Ağstafada minik maşını aşıb, sürücü yaralanıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

YAZTV-nin məlumatına görə, hadisə rayonum Muğanlı kəndində qeydə alınıb.

 Hərəkətə olan VAZ markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 1976-cı il təvəllüdlü Orucov Həbulla xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (oxu az)

Bakıda gəncin intiharı ilə bağlı araşdırma aparılır

Bakıda gəncin intiharı ilə bağlı araşdırma aparılır

Paytaxtın Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib.

Hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.