Wednesday, 01 Dekabr 2021 11:02
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Göygöldə bir neçə ildir cinayətlər törədən “fizika müəllimi” və dəstəsi ifşa edilib

Göygöldə bir neçə ildir cinayətlər törədən “fizika müəllimi” və dəstəsi ifşa edilib

Göygöl Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə və vətəndaşlara məxsus əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayonun Çaykənd kənd sakini Elnur Hüseynov həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurub.

Araşdırmalar zamanı məlum olub ki, həmkəndlisinə məxsus ümumi dəyəri 900 manat olan 7 baş keçini tanışı Səyyaf Məmmədovla birlikdə oğurlayan E.Hüseynov bundan başqa digər tanışı Qalib Məmmədovla birlikdə kənd sakininə məxsus ümumi dəyəri 3 000 manat olan 3 baş iri buyunuzlu mal-qaranı da oğurlayıb. Daha sonra həmin şəxslər rayonun Yeni Zod kənd sakinlərinə məxsus ümumi dəyəri 4 500 manat olan 3 baş iri buyunuzlu mal-qaranı oğurlayıblar. İstintaq zamanı E. Hüseynov və Q. Məmmədovun ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus, ümumi dəyəri 7 900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurlaması da məlum olub. Cari ilin avqust ayında 6 500 manatlıq iri buyunuzlu mal-qaranı oğurlayan şəxslər daha sonra tanışları Samir Məmmədovla qabaqcadan əlbir olaraq ümumi dəyəri 9 500 manat olan 5 baş iri buynuzlu heyvanları da gizli yolla talayıblar.

Araşdırmalar zamanı saxlanılan şəxslərdən E. Hüseynov və Q. Məmmədovun cari ilin aprel ayında rayonun Toğanalı kəndində yerləşən “Göyəzən” adlı kafeyə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etmək istəmələri, oğurlanacaq hər hansı bir dəyərli əşya tapmadıqda isə obyekti yandıraraq restoran sahibinə 45 000 manat dəyərində maddi ziyan vurduqları məlum olub. Sentyabr ayında isə həmin şəxslər daha bir anoloji cinayət hadisəsi törədərək kənddə yerləşən mağazadan ümumi dəyəri 1 100 manat olan müxtəlif malları oğurladıqdan sonra mağazanı və mağazaya bitişik evi yandıraraq vətəndaşa ümumilikdə 95 000 manat dəyərində maddi ziyan vurublar.

Sonuncu olaraq saxlanılan şəxlərin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman Q. Məmmədovun evindən 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” markalı avtomat, həmin avtomata məxsus 2 ədəd daraq və 58 ədəd avtomat gülləsi aşkar edilərək götürülüb.

Həmin şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı, Göygöl rayon Çaykənd kənd məktəbində fizika müəllimi işlədiyini bildirən E.Hüseynov və digər şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.

Faktla bağlı Göygöl RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Üç qurum helikopter qəzası ilə bağlı birgə istintaq qrupu yaradıb

Üç qurum helikopter qəzası ilə bağlı birgə istintaq qrupu yaradıb

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Bu barədə YAZTV-yə Baş prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Helikopter qəzasında yaralananların durumu açıqlanıb

Helikopter qəzasında yaralananların durumu açıqlanıb

“Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı yaralanan iki nəfər hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) hospitalındadırlar”.

YAZTV xəbər verir ki, bunu DSX-nin rəis müavini İlham Mehdiyev deyib.

Hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlunun vəziyyətindən danışan DSX rəisinin müavini deyib: “Onlar ayaq üstədirlər”.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

DSX rəisi: "Helikopter demək olar yenidir, qısa müddət öncə təmir işləri aparılıb"

DSX rəisi: "Helikopter demək olar yenidir, qısa müddət öncə təmir işləri aparılıb"

"Helikopterin pilotu – polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. O, hələ Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb".

YAZTV xəbər ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

DSX rəisi hadisə ilə əlaqədar ilkin müayinə işlərinin aparıldığını və "qara qutu"nun tapıldığını da vurğulayaraq bildirib: “Hazırda "qara qutu"nun müvafiq hissələri Baş Prokurorluqdadır. Baş Prokurorluq tərəfindən dərin təhlil işləri aparıldıqdan sonra acaq və hadisənin başvermə səbəbi daha da dəqiqləşdiriləcək. Hazırda hadisənin başvermə səbəbi haqqında dəqiq söz demək mümkün deyil. Ancaq onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz”.

Qəzaya uğrayan hərbi helikopterin "qara qutu"su tapılıb

Qəzaya uğrayan hərbi helikopterin "qara qutu"su tapılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan hərbi helikopterinin "qara qutu"su tapılıb.

Bu barədə YAZTV-yə Baş Prokuorluqdan məlumat verilib.

"Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır", - qurumdan bildirilib.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Mina hadisələrinin 51%-i azad edilən ərazilərə qanunsuz daxil olma zamanı qeydə alınıb - RƏSMİ

Mina hadisələrinin 51%-i azad edilən ərazilərə qanunsuz daxil olma zamanı qeydə alınıb - RƏSMİ

Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilən ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.

Bu barədə YAZTV-yə Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.

Son günlər mina hadisələrinin artmasını nəzərə alaraq, əhalini mina və partlamamış sursatlarla kritik həddə çirklənmiş azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkindirməyə çağıran, intensivliklə və böyük zəhmət hesabına aparılan ərazilərin təmizlənməsi prosesinin başa çatmasını təmkinlə gözləməyə dəvət edən materialların genişləndirilməsi, bu mövzuda ictimai müzakirələrin təşkili xahiş olunur.

Mina hadisələri kontekstində Ermənistanın “mina xəritələri”ni hələ də tam təqdim etməməsi, indiyədək verilən xəritələrin qeyri-dəqiqliyi mövzusunun yenidən gündəmə gətirilməsi, baş verən hadisələrə görə Ermənistanın cavabdehliyinin qabardılması xahiş olunur.

DSX rəisi: "Yaralıların vəziyyəti normaldır"

DSX rəisi: "Yaralıların vəziyyəti normaldır"

“Yaralılar hazırda DSX-nin Hərbi Hospitalındadırlar, hər ikisi ilə telefon əlaqəsi saxlamışam".

YAZTV xəbər ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Səhhətləri normaldır. Onların sağlamlığının bərpa olunması üçün zəruri tədbirlər həkimlər tərəfindən həyata keçirlir”, - o bildirib.

Hərbi helikopterin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb

Hərbi helikopterin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Bu barədə YAZTV-yə Baş Prokurorluqdan məlumat verilib.

İstintaqın hazırkı mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilib, o cümlədən zəruri sorğular verilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Azad edilən ərazilərdə 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb - RƏSMİ

Azad edilən ərazilərdə 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb - RƏSMİ

Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.

Bu barədə YAZTV-yə Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.

Son günlər mina hadisələrinin artmasını nəzərə alaraq, əhalini mina və partlamamış sursatlarla kritik həddə çirklənmiş azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkindirməyə çağıran, intensivliklə və böyük zəhmət hesabına aparılan ərazilərin təmizlənməsi prosesinin başa çatmasını təmkinlə gözləməyə dəvət edən materialların genişləndirilməsi, bu mövzuda ictimai müzakirələrin təşkili xahiş olunur.

Mina hadisələri kontekstində Ermənistanın “mina xəritələri”ni hələ də tam təqdim etməməsi, indiyədək verilən xəritələrin qeyri-dəqiqliyi mövzusunun yenidən gündəmə gətirilməsi, baş verən hadisələrə görə Ermənistanın cavabdehliyinin qabardılması xahiş olunur.

Helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupuna kimin rəhbərlik etdiyi açıqlanıb

Helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupuna kimin rəhbərlik etdiyi açıqlanıb

"Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə yaradılmaqla onun icraatına verilib".

YAZTV xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov bu gün keçirilən brifinqdə deyib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Helikopter qəzasında həlak olanların nəşləri Bakıya gətirilib

Helikopter qəzasında həlak olanların nəşləri Bakıya gətirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.

YAZTV-nin xəbərinə görə, meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Ötən gün toylara görə 5 nəfər cərimələnib

Ötən gün toylara görə 5 nəfər cərimələnib

Noyabrın 29-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 177 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, monitorinq 173 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 12 obyekt sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 91 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.