Thursday, 24 İyun 2021 12:48
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu gündən Azərbaycanda "Sputnik V" ilə vaksinasiya başlayır

Bu gündən Azərbaycanda "Sputnik V" ilə vaksinasiya başlayır

Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.

YAZTV xəbər verir ki, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır.

Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

 

 Qeyd edək ki, Rusiya istehsalı olan “Sputnik V” vaksinləri Azərbaycana mayın 2-də gətirilib.

Martın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Bundan sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - FOTO

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - FOTO

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi koronavirusdan vəfat edib.

Nazirliyin Biləsuvar Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi və Cəbrayıl rayonu üzrə nümayəndəsi Kamran Quliyev 63 yaşında dünyasını dəyişib.

O, bir müddət əvvəl COVID-19 infeksiyasına yoluxubmuş.(Report)

Gəncədə “COVİD-19”-a qarşı peyvəndləmə prossesi davam edir

Gəncədə “COVİD-19”-a qarşı peyvəndləmə prossesi davam edir

“Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 40 yaş və daha yuxarı şəxslərin "Covid-19" xəstəliyinə qarşı vaksinasiyası aparılır.

YAZTV bildirir ki, Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə dövlət hesabına həyata keçirilir. Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə yanvarın 21-dən başlanılıb. Bu da Gəncə şəhər əhalisi tərəfindən müsbət qarşılanıb. Belə ki, sakinlər əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini qeyd edib, “COVİD-19”a qarşı ölkədə aparılan mübarizə tədbirlərinə görə dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını çatdırıblar.

Qeyd edək ki, Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycanda əhalinin vaksinasiyasına başlanlılıb. Mərhələli şəkildə keçirilən peyvəndləmə prossesi zamanı xoşgələməz hal qeydə alınmayıb. Həkimlər də vətəndaşları peyvənd olunmağa, öz və yaxınlarının sağlamlığının qeydinə qalmağa çağırırlar.

 

 

Bu gündən 18 yaşına çatmış şəxslərin vaksinasiyası başlayır

Bu gündən 18 yaşına çatmış şəxslərin vaksinasiyası başlayır

Bu gündən Azərbaycanda 18 yaşına çatmış bütün vətəndaşlarının vaksinasiya prosesi başlayır.

YAZTV xəbər verir ki, Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib.

Yanvardan Çin istehsalı olan "Sinovac" vaksinindən istifadə başlayıb. Ötən aydan isə ölkəmizə Sputnik-V vaksini gətirilib və tətbiqinə başlanılıb. Azərbaycana gətirilən vaksinlər tam təhlükəsizdir".

“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Bu səlahiyyətlər Səhiyyə Nazirliyindən TƏBİB-ə keçir

Bu səlahiyyətlər Səhiyyə Nazirliyindən TƏBİB-ə keçir

Səhiyyə Nazirliyinə aid olan bir sıra səlahiyyətlər TƏBİB-ə verilir.

YAZTV-nin məlumatına görə, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.
Bakı, Sumqayıt və Abşeronda tibbi sığortanın tətbiqinə başlanılır

Bakı, Sumqayıt və Abşeronda tibbi sığortanın tətbiqinə başlanılır

Bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılır.

YAZTV xəbər verir ki, bu şəhər və rayonlarda rəsmi qeydiyyatda olan əhali aprelin 1-dən icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə biləcəklər.

Bununla da icbari tibbi sığorta Azərbaycanın bütün əhalisini əhatə edəcək. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.

Vətəndaşlar xidmətlər zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na uyğun olaraq ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir.

Pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrıldığından orada hazırda digər tibbi xidmətləri göstərmirlər. Bunu nəzərə alaraq, müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət edilib.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanuna əsasən müştərək maliyyələşmə məbləğinin ödənilməsi ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə, eləcə də vətəndaşın yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət olunduqda tətbiq edilir.

Xatırladaq ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.

İcbari tibbi sığorta ilə bağlı ətraflı məlumatla Agentliyin rəsmi internet səhifəsindən (https://its.gov.az/) və qurumun sosial şəbəkələrdəki səhifələrindən tanış olmaq olar. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına, qurumun sosial şəbəkələrdəki səhifələrinə və ya TƏBİB-ə (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) ünvanlaya bilərlər.

Soyuq tər hansı xəstəliklərin əlamətidir?

Soyuq tər hansı xəstəliklərin əlamətidir?

Bir insanın tərləməsi ya intoksiya, ya da daxili hərarəti göstərə bilər. Tərin özü həm soyuq, həm də isti ola bilər və vəziyyətin hər biri fərqli xəstəliklərin əlamətləridir.

YAZTV  xəbər verir ki, bu barədə rusiyalı terapevt Lyudmila Lapa danışıb.

“Tər soyuq olduqda, ciyərlərə diqqət yetirmək vacibdir, çünki bu, iltihablı proses və bir növ xroniki kəskinləşmə ola bilər. Dərhal temperaturu ölçməlisiniz, əgər yüksəkdirsə, həkimə müraciət edin. Ümumiyyətlə, soyuq tər pis bir göstəricidir”, - həkim “Zvezda” televiziya kanalına verdiyi müsahibədə bildirib.

“Çox soyuq tər varsa, o zaman hiperhidroz əlaməti ola bilər, bu, insan bədəninə viral hücumun aktiv bir mərhələsini göstərə bilər. Belə bir reaksiya olduğu halda məsləhət verəcək bir mütəxəssislə də əlaqə saxlamalısınız.

Ümumiyyətlə, bu, əlbəttə ki, endokrin sistemin xəstəliyidir, buna diqqət yetirməlisiniz. Ən kiçik taxikardiya narahat edirsə, hamı kardioloqa müraciət edir, amma bu problem yenə də daha çox endokrinoloji xarakter daşıyır. Əslində bu həkimə müraciət etmək üçün ciddi bir səbəbdir” , - Lapa yekunda qeyd edib. (publika az)

Yaşından asılı olmayaraq, bütün təhsil işçilərinin vaksinasiyasına başlanılır

Yaşından asılı olmayaraq, bütün təhsil işçilərinin vaksinasiyasına başlanılır

“Bütün dünyada olduğu kimi, pandemiya Azərbaycanda da təhsilə problemlər yaradıb”.

YAZTV xəbər verir ki, bunu canlı yayımda sualları cavablandırarkən təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, koronavirusun vurduğu zərərləri başa düşmək üçün təhsil ictimaiyyətinə bir neçə il vaxt lazım olacaq:

“Bu, böyük səy tələb edir. Biz çalışmalıyıq ki, növbəti 6-8 həftədə, növbəti dalğada daha az adam koronavirusa yoluxsun.

Aprelin 5-dən yaşından asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiyadan keçəcək. Təhsil Nazirliyi aidiyyəti səhiyyə qurumları, o cümlədən, yerli icra hakimiyyəti orqanları ilə birlikdə vaksinasiyanın keçirilməsi üçün çalışır. Məktəblərdə, ayrı-ayrı bölgələrdə vaksinasiya məntəqələri fəaliyyət göstərir.

95 faizədək təhsil işçisinin vaksinasiyadan keçməsi nəzərdə tutulub.

Sentyabr ayınadək prosesin yekunlaşması planlaşdırılır”.

Bağırsaqlar təbii yollarla BELƏ TƏMİZLƏNİR

Bağırsaqlar təbii yollarla BELƏ TƏMİZLƏNİR

Hansı hallarda bağırsaqların təmizlənməsinə ehtiyac duyulur?

YAZTV-nin məlumatına görə, bağırsaqların təmizlənməsi orqanizm üçün çox faydalıdır. Bu zaman bağırsaqlar illərlə orada yığılıb qalan nəcis daşlarından, parazitlərdən, müxtəlif bakteriyalardan, mikroblardan təmizlənir. Bağırsaqlqrı təmizləməklə sanki biz orqanizmimizi də təmizləmiş oluruq. Çünki orqanizmin sağlamlığı birbaşa bağırsaqdan başlayır.

Bağırsaqların təbii üsullarla təmizlənməsinin bir neçə yolu var. Təmizlənməni elə etmək lazımdır ki, bağırsaqlar zərər görməsin.

1-ci üsul Malaxov üsulu:

Bağırsaqları Esmarx balonuna doldurulmuş ilıq su ilə yumaq. Balonun içərisinə doldurulmuş ilıq su xəstənin bağırsaqlarına yeridilir, bir- neçə dəqiqədən sonra bağırsaqlar boşalır.

2-ci üsul təbii bitkilərlə:

Xəstəyə sena çayı fasilələrlə içirilir, qısa bir müddət sonra bağırsaqlar boşalır.

3-cü üsul duz vasitəsilə:

Zəif duzlu su hazırlanır, xəstənin bağırsaqlarından su geriyə qayıdana qədər bağırsağa duzlu su yeridilir.

4-cü üsul İngilis duzu vasitəsilə:

Maqnezium sulfat duzu ilıq suda həll edilir, az-az fasilələrlə içilir. Güclü işlədici təsirə malikdir. Bütün bağırsaq möhtəviyyatını boşaltmaq qabiliyyətinə malikdir.

Bağırsaqların təmizlənməsinə xroniki qəbizlik, bağırsaq keçməzliyi, zəhərlənmələr, yüksək tempratur zamanı ehtiyac duyulur. (publika az)

Bu tibb işçiləri əlavə 160 manat alacaq

Bu tibb işçiləri əlavə 160 manat alacaq

“Bakıda reanimasiyalarda çalışan tibb işçilərinə əlavələrin ödənilməsi nəzərdə tutulub. Qüvvədə olan qaydaya görə, cərrahiyyə şöbəsinin əməliyyatxanasında işləyən tibb işçiləri 160 manat həvəsləndirici əlavələr alacaq”.

YAZTV xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə “İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda sualları cavablandırarkən deyib.

 Onun sözlərinə görə, Bakıda bu məbləğin artırılması istiqamətində iş aparılır:

“Yaxın vaxtlarda bu məbləğin artırılması istiqamətində müəyyən dəyişikliklər gözlənilir”. (qafqazinfo az)

Baş ağrısının DƏHŞƏTLİ SƏBƏBLƏRİ

Baş ağrısının DƏHŞƏTLİ SƏBƏBLƏRİ

Baş ağrısı xəstələri müxtəlif səbəblərdən narahat edə bilər. Səbəbləri aydınlaşdırdıqdan sonra sağlamlıq risklərini azalda bilərsiniz.

YAZTV xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin fikrincə, xroniki baş ağrıları qan-damar problemlərinin və beyində insult da daxil olmaqla, bir çox dəyişikliklərin əlamətidir. Yaxud xərçəng, hipertoniya, hətta meningit kimi yoluxucu xəstəliyin göstəricisi ola bilər. Bəzi dərmanların həddindən artıq istifadəsi də baş ağrısına səbəb ola bilər.

“Bu tip epizodik baş ağrısı miqren və ya gərginliyi olan, çox sayda ağrıkəsici qəbul edən insanlarda inkişaf edir”, - Mayo Klinikasının mütəxəssisləri izah edib.

Baş ağrısına pis hava şəraiti də təsir edir. İngiltərənin Milli Səhiyyə Xidmətinə görə, dörd belə fenomen var: toz dumanı, yüksək rütubət, artan temperatur və fırtına. Havadakı dəyişikliklər beyində kimyəvi və elektrik dəyişikliklərinə də səbəb ola bilər.

Alkoqol və ya qəhvə, paxla, qoz-fındıq, avokado, banan, pendir, şokolad, sitrus meyvələri, siyənək, süd məhsulları və soğan kimi qidaların həddindən artıq istifadəsi də baş ağrıları ilə nəticələnir. Hormonal dəyişikliklər, uzun müddət istifadə etdikdən sonra kofeindən imtina və ya yuxu çatışmazlığı da xoşagəlməz hisslər, baş ağrıları yaradır. (publika az)

Bakıda ən çox yoluxma bu rayondadır - STATİSTİKA

Bakıda ən çox yoluxma bu rayondadır - STATİSTİKA

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

YAZTV "koronavirusinfo.az" saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,2 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,3 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,9 faizi Nəsimi, 6,9 faizi Nizami, 6,9 faizi Xəzər, 5,1 faizi Qaradağ, 5,1 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,9 faizi paytaxtda qeydə alınıb.