Saturday, 10 İyun 2023 21:04
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Oksana ilə Şəhriyar ayrıldılar

Oksana ilə Şəhriyar ayrıldılar

Aktrisa-rəqqasə Oksana Rəsulova həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan ayrılıb.

YAZTV xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində yazıb:

"Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çox dostluq edirik və 5 il bundan öncə qərarlaşdıq ki ailə həyatı quraq və kəbin kəsdirdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik və bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq.

Amma təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətlərimiz ailə münasibətindən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər-arvad olmağa cəhd etdik, alınmadı. 1 il öncə biz qərara gəldik ki kəbinimizi pozaq və biz dost kimi münasibətimizi qoruyub saxlayaq, belə hər ikimiz üçün daha yaxşı oldu.

Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq". 

Qeyd edək ki, Oksana ilə Şəhriyarın evli olduğu ötən ilin noyabrında müğənni Roza Zərgərlinin "Tam vaxtıdır" verilişində üzə çıxmışdı. Onlar 4 ildir evli olduqlarını bildirmişdilər. 

Nəvəsindən Səməd Səmədovla bağlı paylaşım: "Toyumda olacaqdın"

Nəvəsindən Səməd Səmədovla bağlı paylaşım: "Toyumda olacaqdın"

Mərhum Xalq artisti Səməd Səmədovun onun adını daşıyan nəvəsi onla bağlı paylaşım edib.

YAZTV xəbər verir ki, Səməd babası ilə arxiv fotosunu yayımlayaraq, bunları əlavə edib:

"Ən yaxşı baba... Ən böyük arzum idi ki, toyumda iştirak edəsən, amma bu gün sən yoxsan. Yer üzündə sənin haqda pis bir söz deyəcək insan yoxdur. Mənə çox şey öyrətdin. Uşaqlığıma, hər şeyə görə çox sağ ol. Sən kralsan, bütün qəlblərdə hər zaman elə qalacaqsan. Sən ailən və sevənlərin üçün böyük itkisən. Hər zaman mənimlə qürur duyurdun, duyacaqsan da... Səni sevirəm. Allah rəhmət eləsin".

Qeyd edək ki, Səməd ailəsi ilə birlikdə Rusiyada yaşayır.(axşam az)

"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar"

"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar"

Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdum. Yaxşı ki o anda güzgüyə baxmamışam. Bütün gömgöy idim, ayaqüstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin?".

YAZTV xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zaurla Günaydın" proqramında deyib. Rusiyada koronavirusa yoluxan müğənni xəstəxanada keçirdiyi çətin anlardan danışıb:

"19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü.(axşam az)

"Bəxt üzüyü"-nün Sedası rəhmətə gedib

"Bəxt üzüyü"-nün Sedası rəhmətə gedib

Müğənni Firəngiz Rəhimbəyova vəfat edib

YAZTV bildirir ki, bu barədə APA-ya rejissor Namiq Şirəlibəyov məlumat verib.

Qarabağ mövzusunda elan olunmuş ssenari müsabiqəsinə qəbul başa çatıb

Onun sözlərinə görə, müğənni ürəktutmasından vəfat edib.

Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub.

1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.

Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyova daha çox "Bəxt üzüyü" filmindəki Sevda (Seda) rolu ilə məşhurluq qazanıb.

1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.

Allah rəhmət eləsin!

Namiq Aygün Kazımova haqda sualları cavablandırdı - Video

Namiq Aygün Kazımova haqda sualları cavablandırdı - Video

Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı Xalq artisti Aygün Kazımovadan danışıb.

YAZTV xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan sənətçi "Ən uğurlu duetiniz hansı olub" sualına belə cavab verib:

"Ən uğurlu duetlərim Aygün Kazımova ilə olandır. O ardıcıllıq onu davamlı və uğurlu etdi. Hətta işin ortasında oxuduğumuz əvvəlkindən çox sevildi. Hətta "Bağlanıram" ikinci duetimiz idi, amma daha çox sevildi".

Namiq Kazımova ilə yenidən duet oxumaq istədiyini deyərək "Yenə də duet oxuyaram. Nə zamansa, mütləq oxuyarıq. Maraqlı iş olmalıdır. Söz, musiqi yazmalıyam. Məsuliyyət mənim üzərimə düşür" sözlərini əlavə edib.

Qaraçüxürlü konsertə hazırlaşdığını da söyləyib:

"Konsert haqda düşünürəm. Oktyabrın 5-də olacaq. Hazırda danışıqlar gedir".

https://ok.ru/video/2737751657172 (axşam az)

"Ezgi danlanırdı, mən də məst olurdum"

"Ezgi danlanırdı, mən də məst olurdum"

Türkiyəli aktyor Enis Arıkan sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, o, yaxın dostu, həmkarı Ezgi Mola ilə "ən gülməli xatirəniz nədir" sualına belə cavab verib: 

"Ezgi konservatoriyada zəif performans göstərəndə müəllimlər danlayırdı. Mən də məst olurdum". (axşam az)

Ukrayna "Eurovision-2022"nin qalibi oldu

Ukrayna "Eurovision-2022"nin qalibi oldu

İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya 2022” mahnı müsabiqəsinin qalibi bəlli olub.

YAZTV xəbər verir ki, 25 ölkənin qatıldığı müsabiqənin finalında səsvermənin nəticələri açıqlanıb.

Belə ki, yekunda 631 xal toplayan Ukrayna təmsilçiləri yarışın qalibi olublar.

İkinci və üçüncü yerləri müvafiq olaraq 466 və 459 xal toplayan Böyük Britaniya və İspaniya təmsilçiləri tutublar.

“İlk beşliy”i İsveç (438) və Serbiya (312) qapadıb.

xxx

İtaliyanın Turin şəhərində “Eurovision-2022” müsabiqəsinin finalı başlayıb.

YAZTV xəbər verir ki, müsabiqənin təşkilatçıları tərəfindən elan edilən finalın proseduru açıqlanıb.

Finalda 25 iştirakçı ölkənin nümayəndələri mübarizə aparır: 20 finalçı, həmçinin müsabiqənin təsisçiləri olan Böyük Beşlik ölkəsi - Böyük Britaniya, İtaliya, İspaniya, Fransa və Almaniya avtomatik olaraq finala çıxır.

"Kardeşlerim"də gözlənilməz ayrılıq

"Kardeşlerim"də gözlənilməz ayrılıq

"Atv" telekanalında yayımlanan "Kardeşlerim" serialında ayrılıq yaşanacaq.

YAZTV xəbər verir ki, yeni mövsümdə ekran işinə Çağla Şimşək vida edəcək.

 Qeyd edək ki, aktrisa "Ayşə" obrazına həyat verir. (axşam az)
"Bəy pulun hamısın şadlıq evinə verir, dərd bürüyür onu ki..." - Niyam

"Bəy pulun hamısın şadlıq evinə verir, dərd bürüyür onu ki..." - Niyam

Müğənni Niyam Salami şadlıq evlərindəki yemək sayının azaldılmalı olduğunu deyib.

YAZTV xəbər verir ki, bu barədə müğənni "Salami şou"da danışıb. O, toydan sonra ailə quran cütlüklərin çətinlik çəkidiyini deyib:

"Toyda az yemək vermək lazımdır. Dörd cür məzə, 3 növ isti yemək olmalıdır. Toya pul salan insanlar bəyə təməli üçün kömək edirlər. Məclisin sonunda pulların hamısın sayıb verirsən şadlıq evinə və deyirsən ki, "Çox sağ ol. Mən getdim acından ölməyə. Bəy gəlin əl-ələ tutur gedir, dərd bürüyür onu ki, sabah saçımın pulunu necə verəcəm. Çox ayıbdır. Əl tutmaq budur". (axşam az)

Evlənəcəkləri deyilirdi, başqa qadınla yazışdığı ortaya çıxdı

Evlənəcəkləri deyilirdi, başqa qadınla yazışdığı ortaya çıxdı

Aktrisa Sevda Erginci ilə evlənəcəyi gözlənilən həmkarı Yılmaz Kuntun başqa qadınla yazışdığı ortaya çıxıb.

YAZTV türk mediasına istinadən xəbər verir ki, vəkil Seray Öztürk Yılmaz Kuntun ona göndərdiyi mesajları İnstaqram hesabında paylaşıb. Yazışmalarda Yılmazın Öztürklə görüşmək istədiyi diqqət çəkib. 

 "Evlilik yolunda addımlayarkən mənimlə görüşmək istəmək qadına qarşı başqa şiddətdir. Bu etdiyinə nə ad vermək olar?" deyə, vəkil Yılmazın mesajlarını ifşa edib.

Bundan başqa Yılmazın Sevda ilə tətildən olan fotolarını paylaşaraq "Yılmaz Kunt, sən kim olursan ki, başqası ilə nişanlı olduğun halda məni də idarə eyməyə çalırsan?" yazıb.(axşam az)

Birce Akalay yeni serialda

Birce Akalay yeni serialda

“Son yaz” serialına yeni aktrisa daxil olacaq.

YAZTV xəbər verir ki, ekran işində baş rolu canlandırmaq Birce Akalaya təklif edilib. Aktrisanın cavabı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, B.Akalay sonuncu dəfə “Kuş uçuşu” serialında rol alıb. (axşam az)

"Qladiator"un aktyoru yaxtada ölü tapıldı

"Qladiator"un aktyoru yaxtada ölü tapıldı

"Qladiator" və "Cəsur ürək" kimi bir çox filmdə rol alan aktyor Mayk Mitçell vəfat edib.

YAZTV xarici mediaya istinadən xəbər verir ki, 65 yaşlı aktyorun cəsədi Türkiyədə Fəthiyə bölgəsində yaxtalardan birinin içində aşkarlanıb.

Qeyd edək ki, bodibilder olaraq adını zirvələrə ucaldan Mayk "Mendilim kekik kokuyor", "The Planet," "One Day Removals," "City of Hell," "Life on the Line" və "Emmerdale" adlı ekran işlərində müxtəlif rolları canlandırıb.

O, həyat yoldaşı ilə birlikdə Türkiyədə yaşayırdı. (axşam az)