Wednesday, 01 Dekabr 2021 10:41
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Evlənəcəkləri deyilirdi, başqa qadınla yazışdığı ortaya çıxdı

Evlənəcəkləri deyilirdi, başqa qadınla yazışdığı ortaya çıxdı

Aktrisa Sevda Erginci ilə evlənəcəyi gözlənilən həmkarı Yılmaz Kuntun başqa qadınla yazışdığı ortaya çıxıb.

YAZTV türk mediasına istinadən xəbər verir ki, vəkil Seray Öztürk Yılmaz Kuntun ona göndərdiyi mesajları İnstaqram hesabında paylaşıb. Yazışmalarda Yılmazın Öztürklə görüşmək istədiyi diqqət çəkib. 

 "Evlilik yolunda addımlayarkən mənimlə görüşmək istəmək qadına qarşı başqa şiddətdir. Bu etdiyinə nə ad vermək olar?" deyə, vəkil Yılmazın mesajlarını ifşa edib.

Bundan başqa Yılmazın Sevda ilə tətildən olan fotolarını paylaşaraq "Yılmaz Kunt, sən kim olursan ki, başqası ilə nişanlı olduğun halda məni də idarə eyməyə çalırsan?" yazıb.(axşam az)

Birce Akalay yeni serialda

Birce Akalay yeni serialda

“Son yaz” serialına yeni aktrisa daxil olacaq.

YAZTV xəbər verir ki, ekran işində baş rolu canlandırmaq Birce Akalaya təklif edilib. Aktrisanın cavabı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, B.Akalay sonuncu dəfə “Kuş uçuşu” serialında rol alıb. (axşam az)

"Qladiator"un aktyoru yaxtada ölü tapıldı

"Qladiator"un aktyoru yaxtada ölü tapıldı

"Qladiator" və "Cəsur ürək" kimi bir çox filmdə rol alan aktyor Mayk Mitçell vəfat edib.

YAZTV xarici mediaya istinadən xəbər verir ki, 65 yaşlı aktyorun cəsədi Türkiyədə Fəthiyə bölgəsində yaxtalardan birinin içində aşkarlanıb.

Qeyd edək ki, bodibilder olaraq adını zirvələrə ucaldan Mayk "Mendilim kekik kokuyor", "The Planet," "One Day Removals," "City of Hell," "Life on the Line" və "Emmerdale" adlı ekran işlərində müxtəlif rolları canlandırıb.

O, həyat yoldaşı ilə birlikdə Türkiyədə yaşayırdı. (axşam az)

Nəvəsindən Səməd Səmədovla bağlı paylaşım: "Toyumda olacaqdın"

Nəvəsindən Səməd Səmədovla bağlı paylaşım: "Toyumda olacaqdın"

Mərhum Xalq artisti Səməd Səmədovun onun adını daşıyan nəvəsi onla bağlı paylaşım edib.

YAZTV xəbər verir ki, Səməd babası ilə arxiv fotosunu yayımlayaraq, bunları əlavə edib:

"Ən yaxşı baba... Ən böyük arzum idi ki, toyumda iştirak edəsən, amma bu gün sən yoxsan. Yer üzündə sənin haqda pis bir söz deyəcək insan yoxdur. Mənə çox şey öyrətdin. Uşaqlığıma, hər şeyə görə çox sağ ol. Sən kralsan, bütün qəlblərdə hər zaman elə qalacaqsan. Sən ailən və sevənlərin üçün böyük itkisən. Hər zaman mənimlə qürur duyurdun, duyacaqsan da... Səni sevirəm. Allah rəhmət eləsin".

Qeyd edək ki, Səməd ailəsi ilə birlikdə Rusiyada yaşayır.(axşam az)

"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar"

"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar"

Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdum. Yaxşı ki o anda güzgüyə baxmamışam. Bütün gömgöy idim, ayaqüstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin?".

YAZTV xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zaurla Günaydın" proqramında deyib. Rusiyada koronavirusa yoluxan müğənni xəstəxanada keçirdiyi çətin anlardan danışıb:

"19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü.(axşam az)

Demetlə Sedanı ağır ittiham etdi

Demetlə Sedanı ağır ittiham etdi

Müğənni Lerzan Mutlu Alişanın qardaşı Səlçukun cənazisinə qatılmayan həmkarlarını qınayıb.

 YAZTV türk mediasına xəbər verir ki, Lerzan dəfn mərasimində iştirak etməyənlərin ünvanına ağır ittihamlar səsləndirib. O paylaşımlarında ad çəkməsə də Seda Sayan və Demet Akalına işarə etdiyi açıqca görünüb.

"Ölünün üstündən belə gündəm olmaq üçün yalan xəbər verirsiniz! Ayıb olsun hamınıza! Evdə də, cənazədə də görmədim sizi, istirahətlərini yarımçıq qoyub geri qayıtmayan saxta qəhrəmanlar! İnsanları aldadan saxta qəhrəmanlar! Heç olmasa burada reklam etməyin. Yazıqlar olsun!

Susun da insanlar acılarını yaşasın! Həqiqətən acınacaqlı vəziyyətdəsiniz. Hətta buradan belə reklam üçün mövzu çıxarırsınız. Siz necə insansınız?!" deyə, Lerzan yazıb.

Qeyd edək ki, müğənni Alişanın qardaşı Selçuk Tektaş koronavirusdan vəfat edib. (axşam az)

Namiq Aygün Kazımova haqda sualları cavablandırdı - Video

Namiq Aygün Kazımova haqda sualları cavablandırdı - Video

Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı Xalq artisti Aygün Kazımovadan danışıb.

YAZTV xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan sənətçi "Ən uğurlu duetiniz hansı olub" sualına belə cavab verib:

"Ən uğurlu duetlərim Aygün Kazımova ilə olandır. O ardıcıllıq onu davamlı və uğurlu etdi. Hətta işin ortasında oxuduğumuz əvvəlkindən çox sevildi. Hətta "Bağlanıram" ikinci duetimiz idi, amma daha çox sevildi".

Namiq Kazımova ilə yenidən duet oxumaq istədiyini deyərək "Yenə də duet oxuyaram. Nə zamansa, mütləq oxuyarıq. Maraqlı iş olmalıdır. Söz, musiqi yazmalıyam. Məsuliyyət mənim üzərimə düşür" sözlərini əlavə edib.

Qaraçüxürlü konsertə hazırlaşdığını da söyləyib:

"Konsert haqda düşünürəm. Oktyabrın 5-də olacaq. Hazırda danışıqlar gedir".

https://ok.ru/video/2737751657172 (axşam az)

"Ezgi danlanırdı, mən də məst olurdum"

"Ezgi danlanırdı, mən də məst olurdum"

Türkiyəli aktyor Enis Arıkan sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, o, yaxın dostu, həmkarı Ezgi Mola ilə "ən gülməli xatirəniz nədir" sualına belə cavab verib: 

"Ezgi konservatoriyada zəif performans göstərəndə müəllimlər danlayırdı. Mən də məst olurdum". (axşam az)

İkinci dəfə valideyn oldular

İkinci dəfə valideyn oldular

39 yaşlı Kirsten Danst və 33 yaşlı Cessi Plemons ikinci dəfə valideyn olub.

 YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, aktyor cütlük bunu mediadan gizli saxlamağa çalışıb. Paparassilər isə Kirsten övladı ilə gəzintidə olarkən görüntüləyib.  

Aktrisanın hamilə olması xəbəri mediada bu ilin martında yayılıb. "W" dərgisi üçün obyektiv qarşısına keçən sənətçi yeni şəkillər çəkdirmişdi. (axşam az)

"Kardeşlerim"də gözlənilməz ayrılıq

"Kardeşlerim"də gözlənilməz ayrılıq

"Atv" telekanalında yayımlanan "Kardeşlerim" serialında ayrılıq yaşanacaq.

YAZTV xəbər verir ki, yeni mövsümdə ekran işinə Çağla Şimşək vida edəcək.

 Qeyd edək ki, aktrisa "Ayşə" obrazına həyat verir. (axşam az)
"Bəy pulun hamısın şadlıq evinə verir, dərd bürüyür onu ki..." - Niyam

"Bəy pulun hamısın şadlıq evinə verir, dərd bürüyür onu ki..." - Niyam

Müğənni Niyam Salami şadlıq evlərindəki yemək sayının azaldılmalı olduğunu deyib.

YAZTV xəbər verir ki, bu barədə müğənni "Salami şou"da danışıb. O, toydan sonra ailə quran cütlüklərin çətinlik çəkidiyini deyib:

"Toyda az yemək vermək lazımdır. Dörd cür məzə, 3 növ isti yemək olmalıdır. Toya pul salan insanlar bəyə təməli üçün kömək edirlər. Məclisin sonunda pulların hamısın sayıb verirsən şadlıq evinə və deyirsən ki, "Çox sağ ol. Mən getdim acından ölməyə. Bəy gəlin əl-ələ tutur gedir, dərd bürüyür onu ki, sabah saçımın pulunu necə verəcəm. Çox ayıbdır. Əl tutmaq budur". (axşam az)

Xalq artisti Səməd Səmədov vəfat edib

Xalq artisti Səməd Səmədov vəfat edib

Azərbaycanın xalq artisti Səməd Səmədov 74 yaşında vəfat edib.

Bu barədə YAZTV-yə yaxınları məlumat verib.

 Qeyd edək ki, S. Səmədov bu gün koronavirusdan dünyasını dəyişib.