Thursday, 24 İyun 2021 12:34
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Rusiyada 16 milyon nəfər koronavirusa qarşı tam peyvənd olunub

Rusiyada 16 milyon nəfər koronavirusa qarşı tam peyvənd olunub

Rusiyada 16 milyondan çox insan koronavirusa qarşı tam peyvənd olunub.

YAZTV məlumatına görə, bunu ölkənin baş nazirinin müavini Tatyana Qolikova deyib.

Onun sözlərinə görə, 20 milyondan artıq vətəndaşa peyvəndin yalnız ilk dozası vurulub: "Hazırkı dövrədək 20,7 milyon nəfərə peyvəndin ilk dozası, 16,7 milyon nəfərə isə peyvəndin hər iki dozası vurulub". (trend az)

Rusiya bombardmançısı İngiltərə hərbi gəmisinə atəş açıb

Rusiya bombardmançısı İngiltərə hərbi gəmisinə atəş açıb

Rusiya hərbçiləri ölkənin Qara dənizdəki ərazi sularına girən İngiltərə hərbi gəmisi “Defender”in hərəkəti istiqamətində xəbərdarlıq atəşi açıb.

YAZTV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Rusiyanın “Su-24M” bombardmançısı Qara dənizin şimal-şərqində Fiolent burnu yaxınlığında dövlət sərhədinin pozulmasını dayandırmaq üçün xəbərdarlıq bombardmanı həyata keçirib.

Rusiya MN-in açıqlamasında bildirilib ki, atəşdən öncə dövlət sərhədinin pozulması halında silah istifadəsi barədə xəbərdarlıq edilsə də, İngiltərə hərbi gəmisi buna reaksiya verməyib.

Açıqlamada qeyd olunub ki, Qara Dəniz Donanması və Rusiya FSB-nin sərhəd xidmətinin tədbirləri nəticəsində “Defender” Rusiyanın ərazi sularını tərk edib.

Hadisədən sonra Böyük Britaniyanın Moskvadakı səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb. (qafqazinfo az)

Pakistan 13 milyon doza Pfizer peyvəndi alacaq

Pakistan 13 milyon doza Pfizer peyvəndi alacaq

Pakistan 2021-ci ildə ABŞ-dan 13 milyon doza Pfizer peyvəndi alacaq.

YAZTV xəbər verir ki, Doon qəzeti bu barədə məlumat yayıb.

Dərmanın tədarükü Pfizer Pakistan və Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) arasında imzalanan bir müqavilə ilə müəyyən edilir.

"Pakistan hökuməti ilə işləməkdən və COVID-19 peyvəndini Pakistan xalqına ən qısa müddətdə çatdırmaqdan şərəf duyuruq" - deyə, Pfizer Pakistan Regional Müdiri Syed Mohammad Wajihuddin bildirib

Koronavirusun Yayılmasına Qarşı Mübarizə üzrə Milli Komandanlıq və Əməliyyat Mərkəzinin verdiyi məlumata görə, son 24 saat ərzində Pakistanda 663 yeni infeksiya hadisəsi aşkar edildi, pandemiya zamanı yoluxanların ümumi sayı 950 mindir, 894 min insan koronavirusdan sağalıb, ölənlərin sayı isə 22 034-ə çatıb. (trend az)
Lavrovla Qrandinin Moskvada görüşü olacaq

Lavrovla Qrandinin Moskvada görüşü olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 28-də Moskvada BMT-nin qaçqınların işləri üzrə Baş komissarı Filippo Qrandi ilə görüşəcək.

YAZTV” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 O  bildirib ki, görüş zamanı BMT QAK-ın qaçqın və məcburi köçkünlərin Qarabağa qayıtması prosesinə qoşulması məsələsi, pandemiya dövründə qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaşlığı olmayan şəxslərin müdafiəsi məsələləri müzakirə olunacaq. (qafqazinfo az)
İranın 33 saytı bloklandı

İranın 33 saytı bloklandı

ABŞ İrana bağlı bir sıra saytları bloklayıb.

YAZTV xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb. ABŞ Ədliyyə Nazirliyinin saytında yerləşdirilən açıqlamada 33 sayta girişə məhdudiyyətlərin qoyulduğu bildirilir. (unikal org)

Sarkisyan Paşinyanı təbrik etdi

Sarkisyan Paşinyanı təbrik etdi

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanı rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyasının erkən parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

YAZTV  xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Paşinyanla telefon danışığı zamanı Sarkisyan gələcək hökumətə Ermənistanın inkişafı, tərəqqisi, xalqın rifahı və dövlətin təhlükəsizliyi naminə uğurlar arzulayıb. (unikal org)

Koronavirusun “Hindistan” ştammı Türkiyəyə çatdı

Koronavirusun “Hindistan” ştammı Türkiyəyə çatdı

Türkiyədə koronavirusun “Hindistan” ştammı (Delta variantı) tapılıb.

 “Haber Global” məlumat verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

O bildirib ki, Türkiyədə “Delta” variantı 134 nəfərdə qeydə alınıb.

Zelenski Merkellə görüşəcək

Zelenski Merkellə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 12-də Almaniyaya səfər edəcək.

YAZTV xəbər verir ki, bu barədə o, tvitterdə yazıb.

Ukrayna lideri bildirib ki, səfər zamanı Almaniya kansleri Angela Merkel ilə görüşəcək və iki ölkə arasında təhlükəsizlik, əməkdaşlıq məsələlərini müzakirə edəcək. (unikal org)

Bu ölkədə ilk dəfə Baş nazirə etimadsızlıq göstərildi

Bu ölkədə ilk dəfə Baş nazirə etimadsızlıq göstərildi

İsveç parlamenti Baş nazir Stefan Lövenə etimadsızlıq göstərib.

YAZTV” “İnterfaks”a istinadən xəbər verir ki, votumun (səsvermə rəyi) çıxarılmasına 181 deputat səs verib, 168-si buna qarşı çıxıb. Bu, ölkədə ilk dəfə baş verib.

 Məlumata görə, Löven bir həftəyə yeni seçkilər təyin etməli və ya istefa verməsi barədə qərar qəbul etməlidir. Beləliklə, Stefan Löven ölkə tarixində etimadsızlıq göstərilən ilk Baş nazir olub. (qafqazinfo az)
Əfqanıstanda mina partladı: 5 ölü, 18 yaralı

Əfqanıstanda mina partladı: 5 ölü, 18 yaralı

Əfqanıstanın Qəndəhar vilayətində mülki vətəndaşları daşıyan avtobus minaya düşüb.  

 xəbər verir ki, hadisə  nəticəsində  5 nəfər həyatını itirib, 18 nəfər isə  ağır yaralanıb. Qəza yerinə  çox sayda polis  və  xilasedici  qüvvələr  cəlb olunub.

Faktla bağlı araşdırma aparılıb. 

İmişlidə qazlaşdırılma səviyyəsi 94 %-i keçdi

İmişlidə qazlaşdırılma səviyyəsi 94 %-i keçdi

“Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qəsəbələrin, kəndlərin, yeni yaşayış massivlərinin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini planlı şəkildə sürətlə davam etdirir.

101.az xəbər verir ki, görülən işlər çərçivəsində daha bir kəndin qazlaşdırılması işləri yekunlaşıb. İmişli rayonunun Hacırüstəmli kəndində yerləşən 222 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 177 metr olan müxtəlif diametrli polad və uzunluğu 2 146 metr olan polietilen borular vasitəsi ilə daşıyıcı, paylayıcı qaz xətləri çəkilib.

Bütün dünyada hökm sürən koronavirus (COVID-19) pandemiyası şərtləri gözlənilməklə yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə “Azəriqaz” İB-nin və rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. Hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edək ki, kənddə təbii qaz açılışına ilk olaraq Vətən müharibəsinin şəhidi Asim Rasim oğlu Abbasovun ailəsinin yaşadığı fərdi yaşayış evindən başlanılıb. Beləliklə, bu açılışdan sonra İmişli rayonunda qazlaşma səviyyəsi 94,4 % təşkil edəcək. (publika az)

Ermənistanda bütün səslər sayıldı - Paşinyan qalibdir+Yenilənib

Ermənistanda bütün səslər sayıldı - Paşinyan qalibdir+Yenilənib

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 faizini hesablayıb.

"YAZTV" erməni KİV-nə istinadən xəbər verir ki, ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində səslərin 54,21%-ni toplayıb.

Bu, ümumilikdə 661 736 səs, 2008 seçki məntəqəsinin 1945-dən toplanmış bülletenlər deməkdir.

 

Robert Koçaryanın rəhbəri olduğu “Ermənistan” bloku isə seçicilərin 20,89 faizini (255 034 nəfər) qazanmaqla ikinci sıradadır.

“Mənim şərəfim var” blokuna 5,25 faiz (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 3,99 faiz seçici səs verib.

***

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində bütün 2008 seçki məntəqələrindən əldə olunmuş səslər sayılıb.

MSK-nın açıqladığı məlumata görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.

“Mənim şərəfim var” bloku 5,23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” – 1,22 faiz, Erməni Milli Konqresi – 1,54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.

Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib. (qafqazinfo az)