Monday, 25 Oktyabr 2021 07:41
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ermənistanda son sutkada 38 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada 38 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutka ərzində daha 2354 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

YAZTV “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 295 368 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 38 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6013-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1258 nəfərdir. Aktiv xəstələrin sayı 27 366 nəfər təşkil edir. (unikal org)

Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 minə çatır

Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 minə çatır

Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 minə yaxınlaşır.

"YAZTV" xəbər verir ki, son sutkada daha 3436 nəfər koronavirusa yoluxub, 4483 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent isə pandemiyanın qurbanı olub.

 Qeyd edək ki, ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 692 min 240, sağalanların sayı 630 min 961, ölənlərin sayı isə 9742 nəfərə çatıb.
Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var

Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var

Rusiyanın Kalmıkiya Respublikasında ağır yol nəqliyyat hadisəsi baş verib.

YAZTV xəbər verir ki, Р-216 Astraxan-Elista-Stavropol maqistarlının 246-cı kilometrində sərnişin avtobusunun "KamAZ"la toqquşması nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yaralananlardan birinin vəziyyəti kritikdi.

Hadisə ilə bağlı artıq cinayət işi açılıb, araşdırmalar davam edir.

Kolumbiyada yeni “Eskobar” saxlanılıb

Kolumbiyada yeni “Eskobar” saxlanılıb

Kolumbiyada 500 nəfərdən çox təhlükəsizlik əməkdaşının iştirakı ilə ölkənin ən böyük narkokartelinə qarşı əməliyyat keçirilib.

“Körfəz klanı” kartelinin rəhbəri, Otoniel ləqəbli Dayro Antonio Usuqu saxlanılıb. 

Ölkə prezidenti İvan Duke narkobaronun ələ keçməsini Eskobarın həbsi ilə müqayisə edib.

Qeyd edək ki, Otonielin haqqında məlumata görə yerli hökumət tərəfindən 800 min, ABŞ tərəfindən isə beş milyon dollaradək mükafat vəd olunmuşdu. (oxu az)

İtaliyanın sabiq daxili işlər naziri 15 ilədək həbs cəzası ala bilər

İtaliyanın sabiq daxili işlər naziri 15 ilədək həbs cəzası ala bilər

İtaliyanın sabiq daxili işlər naziri Matteo Salvini 15 ilədək həbs cəzası ala bilər.

YAZTV xəbər verir ki, M.Salvini 2019-cu ilin avqustunda Aralıq dənizində 160-dək miqrantı xilas edən “Open Arms” yardım gəmisinin günlərlə limana yanaşmasına icazə vermədiyi üçün mühakimə olunur.

Sabiq nazir “Open Arms” gəmisi ilə bağlı məsələdə, eləcə də qanunu pozmaqda ittiham edilir. O, təqsirli bilinərsə, 15 ilə qədər həbs cəzası ala bilər.

M.Salvini Siciliya adasının Palermo şəhərində keçirilən məhkəmədə ölkənin sərhədlərini qorumağın hər kəsin borcu olduğunu və onun öz vəzifəsini yerinə yetirdiyini deyib. Məhkəmə növbəti prosesin dekabrın 17-də keçirilməsinə qərar verib.

Qeyd edək ki, “Open Arms” gəmisi yalnız 19 gün sonra məhkəmə qərarı ilə İtaliyanın Lampedusa adasına yan ala bilmişdi.

M.Salvininin rəhbərlik etdiyi “Lig” partiyası və “5 Ulduz Hərəkatı”nın yaratdığı koalisiya hökuməti 2018-ci ilin iyunundan 2019-cu ilin avqustuna qədər hakimiyyətdə olub. O, Baş nazirin müavini və daxili işlər naziri vəzifələrini icra edib. (AZƏRTAC)

Özbəkistanda prezident seçkiləri keçirilir.

Özbəkistanda prezident seçkiləri keçirilir.

Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir.

YAZTV xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər.

Qeyd edək ki, Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.

Ölkədə prezident 5 il müddətinə seçilir.

Özbəkistan Baş Prokurorluğu: Seçkilərdə pozuntularla bağlı şikayət daxil olmayıb

Özbəkistan Baş Prokurorluğu: Seçkilərdə pozuntularla bağlı şikayət daxil olmayıb

Özbəkistanda keçirilən prezident seçkilərində qanunvericiliyinin pozulması ilə bağlı Baş Prokurorluğa hər hansı şikayət daxil olmayıb.

YAZTV xəbər verir ki, bunu Baş prokuror Nemətulla Yuldaşev mətbuat konfransında bildirib.

N.Yuldaşev qeyd edib ki, seçkilər öncəsi ölkənin bütün şəhər və rayon prokurorluqlarında seçki hüququ üzrə ekspert qərargahları yaradılıb, onlar səsvermənin gedişatı ilə bağlı daimi monitorinqlər aparırlar. Onun sözlərinə görə, bu cür müraciət daxil olarsa, xüsusi nəzarətə götürüləcək və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Baş prokuror bildirib ki, rəhbərlik etdiyi qurum ictimai təhlükəsizliyin təmin edilməsi və səsvermə zamanı qanun pozuntularının qarşısının alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Milli Qvardiya ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, bu gün Özbəkistanda prezident seçkiləri keçirilir. Yerli vaxtla saat 13:00-a artıq seçicilərin 50%-dən çoxu səs verib.

Seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır. 

ABŞ-da Sotheby's hərracında Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb

ABŞ-da Sotheby's hərracında Pablo Pikassonun əl işləri 109 milyon dollara satılıb

Kubizmin banisi Pablo Pikassonun (1881-1973) əsərləri bazar günü Nevada ştatının Las-Veqas şəhərində 108,9 milyon dollara satılmışdır.

YAZTV-nin məlumatına görə, bu barədə hərracın təşkilatçıları Sotheby's evindən məlumat veriblər.

Hərraca bir müddət əvvəl Bellagio otelindəki Pikasso restoranında nümayiş etdirilən 11 əsər təqdim olunub.

Ən bahalı lot model Maria-Tereza Valterin təsvir olunduğu “Qırmızı-narıncı beretli qadın” (Femme au beret rouge-orange, 1938) əsəri olub. 30 milyon dollar qiymətindı dəyərləndirilən portret 40.479 milyon dollara satılıb.

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 244,112,090 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 4,959,240 xəstə ölüb, 221,184,631 nəfər sağalıb. 

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (46,294,210 nəfər), Hindistan (34,175,468 nəfər), Braziliya (21,723,559 nəfər), Böyük Britaniya (8,734,934 nəfər) və Rusiyadır (8,205,983 nəfər).

Türkiyədə 7,827,013, İranda 5,851,670, Gürcüstanda 688,804, Ermənistanda isə 293,014 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (229,528 nəfər), İran (125,052 nəfər) və Türkiyədə (68,917 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 514,289 nəfərin 6 869-u ölüb, 483,559 xəstə sağalıb.

Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib

Özbəkistanda keçirilən prezident seçkiləri çərçivəsində seçicilərin 50% artıq səs verib

Özbəkistanda keçirilən prezident seçkilərində yüksək seçici aktivliyi muşahidə olunur. Yerli vaxtla 13:00-dək artıq seçicilərin 50 % səs verib.

YAZTV-nin məlumatına görə, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat mərkəzinin rəhbəri Jaloliddin Usmanov deyib.

Onun sözlərinə görə, qeyd edilən vaxta qədər artıq 10 462 575 nəfər səs verib, bu da ümümi seçici sayının 52,7 % təşkil edir.

Qeyd edək ki, bu gün Özbəkistanda prezident seçkiləri keçirilir. Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

 

Ölkənin Seçki Məcəlləsinə əsasən, seçki prosesi 20:00-dək davam edəcək. Özbəkistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçkiləri izləmək üçün 960 çox müşahidəçi akkreditasiya olunub.

Əfqanıstanda daha bir terror, ölənlər var

Əfqanıstanda daha bir terror, ölənlər var

Əfqanıstanın Cəlalabad şəhərində terror aktı törədilib.

YAZTV” xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin mərkəzində törədilən terror aktında 1-i uşaq olmaqla, “Taliban” hərəkatının 3 üzvü həlak olub.

Məlumata görə, bomba şəhərin mərkəzi küçələrinin birində yerə basdırılıb və uzaqdan idarəetmə ilə partladılıb.
Merkel: “2001-ci ildən Putinlə aramızda ciddi fikir ayrılıqları var”

Merkel: “2001-ci ildən Putinlə aramızda ciddi fikir ayrılıqları var”

Almaniya kansleri Angela Merkel 2001-ci ildən bu yana Rusiya lideri Vladimir Putinlə aralarında ciddi fikir ayrılıqlarının olduğunu bildirib. 

“Mənə aydın idi ki, bizim aramızda ciddi fikir ayrılıqları mövcuddur. Rusiya Prezidenti üçün Sovet İttifaqının çöküşü faciəvi hadisə idi. Biz isə əksinə Soyuq müharibənin bitməsindən sevinc hiss edirdik”, - deyə Angela Merkel bildirib. (oxu az)