Thursday, 24 İyun 2021 13:22
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Dərs vaxtı"nın 24 iyun cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 24 iyun cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının iyunun 24-nə nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Qeyd edək ki, iyunun 16-dan etibarən “Dərs vaxtı”nda abituriyentlər üçün dərslər təqdim olunur. Dərslərdə abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı təqdim edilir. Bu abituriyentlərin imtahana daha yaxşı hazırlaşmağına imkan verəcək.

Teledərslərin sabaha olan cədvəli

Teledərslərin sabaha olan cədvəli

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

 

 
Dərs vaxtı"nın 11 iyun cədvəli AÇIQLANDI

Dərs vaxtı"nın 11 iyun cədvəli AÇIQLANDI

Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının iyunun 11-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

"Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər və ya yenidən izləmək istəyənlər keçirilmiş dərsləri "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib

Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib

Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

YAZTV-nin məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sabah məktəblərdə “Son zəng” çalınacaq

Sabah məktəblərdə “Son zəng” çalınacaq

Sabah Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” qeyd olunacaq.

Təhsil Nazirliyindən  bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə “Son zəng” tədbirinin iyunun 14-də aşağıda göstərilən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilib:

- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

Eyni zamanda, bildirilib ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Nazirlik bununla bağlı rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Bu gün imtahan var

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

 İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlarda 20 438 şagirdin iştirakı nəzərdə tutulur.

"Azərbaycan dili" fənnindən ikinci imtahan keçiriləcək

"Azərbaycan dili" fənnindən ikinci imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyunun 24-də “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirəcək.

Mərkəzdən  verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində, ümumilikdə 12 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər.

1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;

3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.

2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

İmtahanda ümumilikdə 2 432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirak nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.

Azərbaycanın tanınmış akademiki vəfat edib

Azərbaycanın tanınmış akademiki vəfat edib

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar vəfat edib.

YAZTVxəbər verir ki, alim 92 yaşında dünyasını dəyişib.

Mərhum bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. O, 1953-cü ildə Leninqrad Politexnik Universitetinin (indiki Sankt Peterburq Texniki Universiteti) texniki fizika sahəsində Mühəndis - tədqiqatçı fakültəsini bitirib. Sonra Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlayıb.

Alim elmi fəaliyyətini 1973-cü ildən Fotoelektronika İnstitutunda davam etdirib. Burada institutun əsas elmi istiqamətlərindən biri olan tətbiqi spektroskopiya şöbəsini yaradıb, oraya ən istedadlı alimləri toplayıb. Onun rəhbərliyi altında şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə edib, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olublar. Ç.Qacar İK-diapazonlu optik rabitə sistemlərinin parametrlərinin fiziki tədqiq metodlarının işlənib hazırlanması ilə bağlı yeni elmi istiqamətin yaradıcısıdır. Onun rəhbərliyi ilə TUBİTAK Türkiyə Elmi Mərkəzində "Kompüterləşdirilmiş topoqrafik istilikgörmə" layihələşdirilib konstruksiya olunub. Həmin kompleks Türkiyə Topoqrafik Mərkəzi ilə müvəffəqiyyətlə sınaqdan keçirilib.

Ç.Qacarın mikrodalğalı dövri spektroskopiya sahəsində işləri böyük maraq doğurur. İlk dəfə o, biratomlu spirtlərin onların çoxsaylı izotop əvəzedici analoqları ilə trans və qoş-konformerlərinin (etanol, propanol) fırlanan spektrlərini oxuyub və molekulyar strukturları və dipol momentləri araşdırıb. Bundan başqa, akademik etilmerkaptanın, etilftoridin və allil spirtin molekullarının fırlanan mikrodalğalı spektrlərini də araşdırıb.

Alim ilk dəfə öyrənilən molekulların energetik sistemlərində üç-dörd qatlı fırlanan fırlanan titrəyişli ikiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonanslarını tədqiq edib. İkiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonansların tədqiqi molekulların dövri keçidinin düzgün indentifikasiyasına nəzarət etməyə və nəzəri baxımdan qabaqcadan xəbər verilmiş və molekulların dövri spektr-sıralarında ilk dəfə aşkarlanan qadağa olunmuş keçidlərin axtarışlarını aparmağa imkan verir. Tədqiqatların nəticələri əsasında santimetrdən submillimetrə qədər dalğa uzunluğuna aid olan biratomlu spirtlərin dövri spektrlərinin təfsilatlı kataloqları tərtib edilib. Bu kataloqlar biratomlu spirtlərin araşdırılması zamanı atmosferin və ulduzlararası fəzanın zondlaşdırılmasında əvəzsizdir. Amerikalı alimlər Yerdən 26 min işıq ili aralı olan Oxatan B2 (Sagittarius B2, Sgr B2) bürcünün qaz-toz buludunda laboratoriya şəraitində identifikasiya edilmiş mikrodalğalı fırlanma keçidlərinin tezliklərini araşdırarkən böyük miqdarda (milliardla litrlər) etil spirtini bulud şəklində aşkar ediblər.

Yüksək səviyyəli işlərinin nəticəsinə, molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə, Ç.Qacar 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Mükafatına və SSR EA-nın S.İ.Vavilov adına mükafatı ilə təltif olunub. Həmçinin 1990-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi, 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni və 2014-cü ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb.

O, 1980-ci ildən AMEA-nın müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvüdür. Ç.Qacar 2009-2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin Molekulyar spektroskopiya laboratoriyasının rəhbəridir.

Akademik 200-ə yaxın elmi məqalənin, 50 müəlliflik şəhadətnaməsi və patentin, fizikanın sahələri və tarixinə aid Azərbaycan, rus və ingilis dillərində 10 monoqrafiyanın müəllifidir. Alimin rəhbərliyi altında 24 fəlsəfə, 8 elmlər doktoru hazırlanıb.

"Dərs vaxtı"nın 3 iyul cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 3 iyul cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının iyunun 3-nə nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Təhsil Nazirliyi müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumat yaydı

Təhsil Nazirliyi müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumat yaydı

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Təhsil Nazirliyindən  verilən məlumata görə, prosesə cəlb ediləcək pedaqoji heyət əvvəlcədən bu barədə məlumatlandırılacaq.

Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin bu təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.

 

 Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.

Qeyd edək ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər.

Azərbaycanda elmlə məşğul olanların sayı açıqlanıb

Azərbaycanda elmlə məşğul olanların sayı açıqlanıb

Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 55,4 faizi qadın olmaqla 3187 nəfər təhsil alıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, təhsil alanların 78,8 faizi fəlsəfə, 21,2 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıblar.

Təhsil alanların 32,1 faizi elmi müəssisə və təşkilatlarda, 67,9 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 30,2 və 69,8 faiz, elmlər doktoru proqramı üzrə isə 39,1 və 60,9 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,8 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,5 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2512 nəfərin 424-ü iqtisad, 319-u filologiya, 275-i texnika, 228-i riyaziyyat, 183-ü tibb, 177-si aqrar, 108-i biologiya, 106-sı siyasi, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 121 nəfər aqrar, 97 nəfər filologiya, 69 nəfər biologiya, hər birində 57 nəfər olmaqla texnika və iqtisad, 43 nəfər kimya, 40 nəfər tarix, 30 nəfər tibb, 25 nəfər siyasi, 24 nəfər riyaziyyat, 23 nəfər yer, 22 nəfər hüquq elmləri, 21 nəfər sənətşünaslıq, 46 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2019-cu illə müqayisədə 2020-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 15,4 faiz azalaraq 356 nəfər, elmlər doktoru proqramı üzrə isə 28,8 faiz azalaraq 84 nəfər təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 12,8 faiz azalaraq 552 nəfər, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 10 faiz artaraq 154 nəfər təşkil edib.

Bununla yanaşı, 2020-ci ildə fəlsəfə doktoru proqramı üzrə 454 dissertant təhkim olunub ki, onların da 67,6 faizini qadınlar təşkil etmişdir. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 144 nəfəri qadın olmaqla 246 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, iqtisad, filologiya, tarix, texnika, biologiya və riyaziyyat sahələri üzrə təhkim olunub.

Bu gün 18 mindən çox şagird imtahan verəcək

Bu gün 18 mindən çox şagird imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Şəki və Lənkəran şəhərlərində, Gəncə şəhərinin Kəpəz rayonunda, Abşeron (1-ci hissə), Ağsu, Ağdaş, Bərdə, Qazax, Qusar, Saatlı, Siyəzən və Xızı rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən  bildirilib ki, iyunun 2-də keçiriləcək imtahanda 18 min 609 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılacaq.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.