Thursday, 24 İyun 2021 12:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulluğunda görüş keçirilib

Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulluğunda görüş keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov və idarənin məsləhətçiləri Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürklə görüş keçiriblər. Bu barədə YAZTV-yə Mədəniyyət İdarəsindən məlumat verilib.

Görüşdə müasir Azərbaycanın memarı qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyi dövründə “Bir millət iki dövlət” olan Türkiyə ilə Azərbaycanın qarşılıqlı əməkdaşlığından, ictimai-siyasi mədəni əlaqələrindən danışılmışdır.

Səmimilik şəraitində keçən görüşdə Gəncəli Cavad xandan, II Qarabağ Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun erməni əsirliyində olan torpaqlarımızın işğaldan azad olunmasından danışılıb. Görüşdə 44 gün çəkən Vətən müharibəsində qardaş Türkiyənin dəstəyi də xüsusi vurğulanıb.

Söhbət zamanı həmçinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elanı olunmasından, bununla bağlı Gənə Regional Mədəniyyət İdarəsinin keçirdiyi tədbirlərdən eləcə də görkəmli Azərbaycan şairi, gözəl rübailər ustası, şahmatçı qadın, qədim “Cəng” musiqi alətinin mahir ifaçısı Məhsəti Gəncəvidən də söhbət açılıb.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncəli Cavad xanın kiçik ölçüdə heykəlini (müəllif gəncəli heykəltəraş Qasım Qasımov) Baş Konsul Zeki Öztürkə hədiyyə etmişdir.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk tarixi dostluğumuzu, qarşılıqlı səmimi münasibətlərimizi əks etdirən görüşdən razı qaldığını bildirmiş, regional idarənin rəisi Vasif Cənnətova minnətdarlıq etmişdir.

Arif Babayev təcili Türkiyəyə APARILDI

Arif Babayev təcili Türkiyəyə APARILDI

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq təcili Türkiyəyə aparılıb.

YAZTV xəbər verir ki, həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.(publika az)

Previous Next

Nizami Gəncəvi Məqbərəsi və Nizami Gəncəvi Muzeyi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri tərəfindən ziyarət olunub

5 iyun 2021-ci il tarixində II Qarabağ Vətən müharibəsi şəhidləri; Əli Süleymanovun, Hikmət Səfərovun, Cəbrayıl Dövlətzadənin, İman və Bəhram İmanovların, Əkbər Hüseynovun, İsrail Cəfərzadənin, Səbuhi Əsədovun, Atamalı Musaoğlunun və Hilal İmanzadənin ailə üzvləri Gəncədə Nizami Gəncəvi Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər.

Ziyarəti Bakı şəhərindən təşkilatçılar: Respublikanın Əməkdar artisti Nərgiz Əliyeva, Sevda Əliyeva, Gəncə şəhərində isə Taleh Orucov təşkil ediblər.

Şəhidlərin ailə üzvləri Gəncə şəhərində olduqlarından razı qalmışlar. Onlar şəhid və qazi ailələrinə dövlət qayğısından danışaraq ölkə rəhbəri Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov şəhidlərinin ailə üzvlərinə Nizami Gəncəvi Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət etdikləri üçün öz minnətdarlığını bildirmiş, bütün Vətən şəhidlərinə Allahdan rəhmət diləmişdir.

Xalq artistinin qızı nişanını qaytarıb

Xalq artistinin qızı nişanını qaytarıb

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin nişanını qaytarıb.

YAZTV  xəbər verir ki, bu haqda Nəzrin Nəcəfova sosial şəbəkədə yazıb. O, izləyicilərinin ona ünvanlandığı "Nişanlısınız" sualına belə reaksiya verib:

"Bu sual çox gəlib və hər dəfə də cavablamaq istəmirəm. Bu son cavabım olacaq. Nişanlı deyiləm, xahiş edirəm bundan sonra şəxsi həyatla bağlı suallar verməyin".

Qeyd edək ki, Nəzrinin toyu pandemiyaya görə iki dəfə təxirə düşüb. Nəzrin 2019-cu ildə nişanlanmışdı. O, qardaşının dostu ilə ailə qurmağa hazırlaşırdı. (unikal org)

Mədəniyyət Nazirliyi Ramiz Əzizbəylinin vəfatı ilə əlaqədar nekroloq yayıb

Mədəniyyət Nazirliyi Ramiz Əzizbəylinin vəfatı ilə əlaqədar nekroloq yayıb

Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Əzizbəylinin vəfatı ilə əlaqədar nekroloq yayıb.

YAZTV-nin məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan Respublikasının Xalq artisti Ramiz Hacı Ağa oğlu Əzizbəyli 2021-ci ilin 9 iyun tarixində, 73 yaşında vəfat edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Xalq artistinin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin".

Prezident Xuraman Qasımovanı təltif etdi

Prezident Xuraman Qasımovanı təltif etdi

Prezident İlham Əliyev Xalq artisti Xuraman Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, sərəncamda qeyd olunub ki, Xuraman Əkrəm qızı Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

 Qeyd edək ki, Xuraman Qasımovanın sabah 70 yaşı tamam olacaq. 
Nazir: "Teatrların açılması ilə bağlı müsbət xəbərlər var"

Nazir: "Teatrların açılması ilə bağlı müsbət xəbərlər var"

"Teatrların açılmasını səbrsizliklə gözləyirik. Bununla bağlı müsbət xəbərlər var".

YAZTV xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda teatrların açılması ilə bağlı yaxşı xəbərlər ola bilər: "Bu, islahatımızın tərkib hissəsidir. Səbrsizliklə gözləyirik ki, nəhayət məhdudiyyətlər aradan qalxsın". (report az)

Ramiz Əzizbəyli vəfat etdi

Ramiz Əzizbəyli vəfat etdi

Ramiz Əzizbəyli vəfat etdi

Xalq artisti, rejissor Ramiz Əzizbəyli uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

YAZTV bildirir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, koronavirusa yoluxan R.Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi açıqlanmışdı.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.

Allah rəhmət eləsin!

 

 

"Səhnədən səngərə" layihəsi çərçivəsində təqdim olunur: Şəhid Hikmət Məmmədov

"Səhnədən səngərə" layihəsi çərçivəsində təqdim olunur: Şəhid Hikmət Məmmədov

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin üçüncü buraxılışını təqdim edir.

44 günlük Vətən müharibəsinə könüllü yollanan Hikmətin iki nisgili vardı - düşmən işğalı altında qalan torpaqlarımız və bir neçə il öncə ağır xəstəlikdən dünyasını dəyişən anası...

Qısa müddətdə çalışdığı kollektivin sevimlisinə çevrilən Hikmət Məmmədovun iş yoldaşları, qəhrəman övladı ilə artıq yuxularında görüşən atası, eləcə də igid qardaşının vəfatından sonra uzun müddət xəstə yatağına düşən Nemət, Şəhidimizlə bağlı ən kövrək xatirələrini bölüşüblər.

YAZTV  videoçarxı təqdim edir:

https://www.youtube.com/watch?v=pcXLdzpPAuk

 

Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi şəhidlərin məzarlarını ziyarət ediblər

Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi şəhidlərin məzarlarını ziyarət ediblər

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü ilə regional idarənin aparat işçiləri Gəncə şəhərindəki Fəxri xiyabana gələrək Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının məzarlarını ziyarət etmiş, onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək məzarlarının üzərinə təzə-tər qərənfillər düzmüşlər.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
 
Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq

Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq.

YAZTV xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah yenidən bıçaq altına yatacaq:

 "Mənim də o xəstəliklə mücadilə apardığımı hamı bilir. Mən belə onun qədər həyat dolu deyildim. İstanbulda olduğum ərəfədə ona baş çəkmədiyim gün yox idi. Ötən əməliyyat düz 5 saat çəkmişdi. Qardaşımın yenə dualarımıza ehtiyacı var. İnanıram ki, sənətkar qardaşım bu dəfə də əməliyyatdan alnıaçıq, salamat çıxacaq".

Qeyd edək ki, A.Ağayev apreldə Türkiyədə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Mayda ifaçı ikinci dəfə əməliyyat olunub. (axşam az)

Türkiyədə orkestr salonu azərbaycanlı bəstəkarın adını daşıyacaq

Türkiyədə orkestr salonu azərbaycanlı bəstəkarın adını daşıyacaq

Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasında yeni yaradılmış orkestr salonuna azərbaycanlı bəstəkar, skripka ifaçısı, Əməkdar artist, professor Fərhəng Hüseynovun adı verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bu barədə qərar universitetin senatında qəbul edilib. Təşəbbüsü həmvətənimiz – Çukurova Universiteti Dövlət Konservatoriyasının müdiri, dosent Ülviyyə Aslanova Gülər irəli sürüb.

Çukurova Universitetində bəstəkarın xatirəsinin əbədiləşdirilməsi təsadüfi deyil. 1992-ci ildən Türkiyədə yaşayan F.Hüseynov Çukurova Universiteti Dövlət Konservatoriyasının simli alətlər kafedrasının müdir müavini vəzifəsində çalışıb. Burada yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olub. Tələbələrinə skripka alətinin sirlərini öyrədib, dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərin konsert salonlarında uğurla çıxış edib. F.Hüseynov təkcə Universitetin deyil, həm də Türkiyə ictimaiyyətinin dərin məhəbbətini qazanıb.

Azərbaycanlı sənətkar 1949-cu ildə anadan olub, 1975-ci ildə P.İ.Çaykovcki adına Moskva Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini, 1982-ci ildə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının dosenti olub. "Kiçik şahzadə", "Kodayu", "Zaman üzrə səyahət", "Mərasimlər", "Qoy dünyada sülh olsun!", "Kiçik kantata", "Stabat Mater" və digər əsərlərin müəllifidir. Yaponiya və ABŞ-da keçirilmiş "Böyük İpək Yolu" və "Xose Asunsyon Flores" adına beynəlxalq müsabiqələrin laureatı olub. Fərhəng Hüseynov 2010-cu ildə vəfat edib.