Friday, 28 Yanvar 2022 20:28
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Pekin Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanı Əli Əhmədov təmsil edəcək

Pekin Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanı Əli Əhmədov təmsil edəcək

Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edəcək.

YAZTV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək davam edəcək. 

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində və müvafiq tədbirlərdə iştirak edən beynəlxalq nüfuzlu şəxslər arasında Rusiya Prezidenti Vladimir Putin, Kamboca Kralı Norodom Sihamoni, Sinqapur Prezidenti Halima Yakob, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Polşa Prezidenti Anjey Duda, Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Lüksemburqun Böyük Hersoqu Henri, Monako Şahzadəsi II Albert, Argentina Prezidenti Alberto Fernandes, Prezident Mensoiller Ekvadorun Baş naziri L.Oyun-Erdene, Monqolustanın Baş naziri İmran Xan, Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri Zoran Tegeltija, Papua-Yeni Qvineyanın Baş naziri Ceyms Marape, Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Seuq, Tailand Şahzadəsi Maha Chakri Sirindhorn, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Prezidenti Abdulla Şahid, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qhebreyesus də var.

Azərbaycan Cüdo Federasiyası kütləvi yoluxma ilə bağlı açıqlama yayıb

Azərbaycan Cüdo Federasiyası kütləvi yoluxma ilə bağlı açıqlama yayıb

Qran-pri turnirində iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan Azərbaycanın kişi və qadın cüdoçulardan ibarət milli komandaları səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (IJF) müəyyən etdiyi protokola uyğun olaraq test verib.

Azərbaycan Cüdo Federasiyasından (ACF)  verilən məlumata görə, peyvənd olunmuş heyət üzvlərindən bir, vaksin edilməmiş şəxslərdən (cəmi 3 nəfər) isə iki dəfə PCR testi götürülüb.

Daha sonra müvafiq sənədlər IJF-nin elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra analiz nəticələri neqativ çıxmış heyət üzvləri Portuqaliyaya yola düşüblər.

Qaydalara əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Yanvarın 26-da Almada şəhərində bütün digər ölkələrin yığmalarından olduğu kimi, Azərbaycan millisinin üzvlərindən də yenidən PCR testi götürülüb. Bakıda nəticələri neqativ çıxmış bəzi idmançıların cavabları bu dəfə pozitiv olub.

Qaydalara görə, koronavirus aşkarlanmış heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda karantinə alınır. Bu səbəbdən onlar 7 günlük təcrid olunublar.

Heyət üzvlərinin özlərini yaxşı hiss etdikləri, sağlamlıqları ilə bağlı ciddi problem olmadığı və daimi həkim nəzarəti altında olduqları bildirilib. Federasiyanın onların müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirdiyi vurğulanıb.

Qeyd edək ki, pozitiv PCR nəticələri tək Azərbaycanı təmsil edən idmançılarda deyil, digər ölkələrin nümayəndələrində da aşkar edilib və onlar da yarışlardan kənarlaşdırılıb.

Azərbaycan yığmasında analizləri müsbət çıxmış heyət üzvlərinin sayı 2 nəfərdən çox olduğundan ilk testdə neqativ PCR nəticəsi olan təmsilçilərdən test götürülüb. Həmin testlərin nəticəsinə əsasən, yanvarın 28-də başlayacaq yarışda kimlərin mübarizə aparacağı dəqiqləşəcək. Bundan sonra Qran-pridə Azərbaycanı təmsil edəcək heyət üzvləri barədə ayrıca məlumat veriləcək.

Fransalı MMA döyüşçüsü intihar etdi

Fransalı MMA döyüşçüsü intihar etdi

YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, onun meyiti Marseldəki evində tapılıb.

22 yaşlı Lüdetin silahdan açılan atəşlə canına qəsd etdiyi bildirilir.

Qeyd edək ki, adıçəkilən idmançı peşəkar karyerasına 2017-ci ildə başlayıb. O, Fransa milli polis qüvvələrində çalışırdı.

 

"Marsel" - "Qarabağ" oyunu neytral ölkədə keçirilə bilər

"Marsel" - "Qarabağ" oyunu neytral ölkədə keçirilə bilər

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"ə qarşı Fransada keçirilməli olan ilk matçı neytral ölkədə oynanıla bilər.

YAZTV "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

 Bildirilib ki, UEFA ilə Fransa rəsmiləsi bununla bağlı danışıqlar aparır və oyunçular üçün güzəşt edilməsinə çalışır. Razılıq əldə olunmasa, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə keçirilə bilər.

Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə ilk oyunu fevralın 17-də səfərdə, cavab görüşü isə fevralın 24-də Bakıda olacaq. (qol az)

Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verib

Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verib

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib.

YAZTV "A Bola" nəşrinə istinadən məlumatına görə, nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var.

Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir.

Azərbaycan Cüdo Federasiyasından "Report"a bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, 28 - 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.(report az)

"Liverpul" Dibala ilə danışıqlara başladı

"Liverpul" Dibala ilə danışıqlara başladı

“Liverpul” "Yuventus"un futbolçusu Paulo Dibalanı heyətinə qatmaq istəyir. 

YAZTV xəbər verir ki, "mersisaydlılar" 28 yaşlı hücumçu ilə danışıqlara başlayıb.

 Argentinalının İtaliya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Turinlilər onunla anlaşmanı uzatmaq istəsə də, tərəflər maliyyə məsələlərində razılığa gələ bilməyib.

Qeyd edək ki, Dibala bu mövsüm 23 matçda 11 qol vurub. (qol az)

İran millisi "DÇ-2022"yə vəsiqə qazandı

İran millisi "DÇ-2022"yə vəsiqə qazandı

"DÇ-2022"nin daha bir iştirakçısı bəlli olub.

YAZTV xəbər verir ki, İran millisi Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun 7-ci turunda İraq yığmasına 1:0 hesabı ilə qalib gələrək mundiala vəsiqəni vaxtından əvvəl təmin edib.

 Bu qələbədən sonra xallarını 17-yə çatdıraraq liderliyinə möhkəmləndirən İran yığması sona 3 tur qalmış ən yaxın izləyicisi Cənubi Koreyanı 2, Birləşmiş Ərəb Əmirliklərini isə 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, komanda mundiala ən pis halda ikinci yerin sahibi kimi yollanacaq.

Qeyd edək ki, Qətərin ev sahibliyi edəcək dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək. (qol az)

“Barselona” bu sponsordan 340 milyon avro qazanacaq

“Barselona” bu sponsordan 340 milyon avro qazanacaq

2022/2023 mövsümündən etibarən “Barselona”nın 2 titul sponsoru olacaq.

YAZTV  xəbər verir ki, “Spotifty” internet servisini “Rakuten” əvəz edəcək.

Sonuncu ilə 5 mövsümlük müqavilə imzalanacaq. Bu əməkdaşlıq çərçivəsində Kataloniya klubu 340 milyon avro gəlir əldə edəcək.

İkinci titul sponsoru isə “Beko”nu əvəzləyəcək “Polkadot” olacaq. Bu şirkətlə də 5 mövsümlük müqavilə bağlanacaq. “Polkadot”la əməkdaşlıq isə “Barselona” 100 milyon avro qazandıracaq.

Hər iki şirkətin loqosu yeni mövsümdən “Barselona”nın formasında yer alacaq.

"Fənərbağça"nın 4 futbolçusu koronavirusa yoluxub

"Fənərbağça"nın 4 futbolçusu koronavirusa yoluxub

Türkiyənin "Fənərbağça" klubunda 4 futbolçu koronavirusa yoluxub.

YAZTV xəbər verir ki, onlar testi Antalyadakı təlim-məşq toplanışından əvvəl müsbət çıxıb.

Adları açıqlanmayan şəxslər karantinə alınıb.

Bundan əlavə, Mesut Özilin belində problem aşkarlanıb və o da hazırlıq prosesinə qatılmayıb. (report az)

Portuqaliyadakı Qran-pridə Azərbaycanın 5 cüdoçusu çıxış edəcək

Portuqaliyadakı Qran-pridə Azərbaycanın 5 cüdoçusu çıxış edəcək

Yanvarın 28-də Portuqaliyanın Almada şəhərində start götürəcək cüdo üzrə Qran-prinin püşkü atılıb.

YAZTV-nin məlumatına görə, 3 gün davam edəcək turnirdə Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.

Yarışda ölkənin 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, püşkün nəticələrindən də göründüyü kimi, onlardan cəmi 5-i qüvvəsini sınayacaq. Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyəcəklər.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Y.Nəcəfov, Z.Poladov və R.İsmayılovun Bakıda verdikləri test nəticələri neqativ olsa da, onlar texniki səbəbdən Portuqaliyaya aparılmayıb. N.Mirzəyev, Z. Tskayev, A.Vəliyeva, Ş.Həmidova və S.Əliyevadan Portuqaliyada götürülmüş analiz nəticələri pozitiv çıxdığından sözügedən cüdoçular yarışa buraxılmayıb. Bu idmançıların Bakıda verdikləri test nəticələri mənfi olub.

Bundan başqa, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət millinin böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi müsbət çıxıb.

Kişilər

60 kq

1/16 final. Balabəy Ağayev - Bahrom Boturov (Özbəkistan)

1/16 final. Rövşən Əliyev - Allan Kuvabara (Braziliya)

100 kq

1/8 final. Adil Kərimli - Stanislav Bançuk (İsrail)

+100 kq

1/8 final. İmran Yusifov - Kristian Konoval (ABŞ)

1/8 final. Uşanqi Kokauri - Klemen Musumadi (Konqo)

Qeyd edək ki, Qran-pridə 41 ölkədən 301 idmançı qüvvəsini sınayacaq.

"Nəticəni sensasiya hesab etmirəm" - Joze Alesio

"Nəticəni sensasiya hesab etmirəm" - Joze Alesio

“Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar ki, bu gün də bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər".

YAZTV xəbər verir ki, bu sözləri  futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında deyib.

 

Braziliyalı mütəxəssis qrupdan çıxmaq ümidlərini itirmədiklərini bildirib: "İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik.

Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Herseqovaniya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”.

Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub

Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub

Gənc idmançılarla görüşən nazir onların dənizdə məşqlərini izləyib. Federasiya prezidenti Qüdrət Qurbanov görülən işlər barədə məlumat verib.

Görüş zamanı görülmüş işlər, idmançıların dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda iştirakı və nəticələri barədə təqdimat olub, bu idman növünün inkişafı istiqamətində müzakirələr aparılıb.

Görüşdə nazir müavini Mariana Vasileva və Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov da iştirak ediblər.