Monday, 05 İyun 2023 10:46
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Emin Mahmudov “Neftçi”nin heyətində 50-ci qolunu vurub

Emin Mahmudov “Neftçi”nin heyətində 50-ci qolunu vurub

Emin Mahmudov “Neftçi” klubunun heyətində 50-ci qolunu vurub. Bu, Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünün son turunda gerçəkləşib.

YAZTV xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Sabah”la qarşılaşmada komandasına qələbə qazandıran topun müəllifi olub – 1:0.

Emin Mahmudov 2017-2018-ci il mövsümündən geyindiyi “ağ-qara” forma ilə 50-ci dəfə fərqlənib. O, bu qollardan 38-nə Premyer Liqada imza atıb. Futbolçu ölkə kubokunda 4, avrokuboklarda 8 dəfə rəqib qapısına yol tapıb.

Yarımmüdafiəçi “Neftçi”nin heyətində 50 və daha çox qol vuran 17-ci futbolçu olub. 1937-ci ildə yaranan klubun 86 illik tarixində onadək 16 oyunçu bunu bacarıb.

Mayın 25-də qızlar və oğlanlar arasında voleybol turniri keçiriləcək.

Mayın 25-də qızlar və oğlanlar arasında voleybol turniri keçiriləcək.

Azərbaycan Voleybol Federasiyası (AVF) Goranboy Olimpiya İdman Kompleksində 28 May - Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə zona birinciliyi keçiriləcək. 15 yaşadək qızlar və oğlanlar arasında təşkil olunacaq turnirdə ətraf rayonların komandaları da iştirak edəcəklər.

YAZTV xəbər verir ki, Yarışın proqramına uyğun olaraq mayın 25-də öncə iştirakçı komandaların məşqçiləri ilə iclas keçiriləcək. İclasda AVF-nin nümayəndələri və voleybol mütəxəssisləri iştirak edəcəklər. Ardınca qarşılaşmalar baş tutacaq.

Qeyd edək ki, bölgələrdə bu cür yarışların keçirilməsində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.

 

 Gənclər və İdman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Rizin Döyüş Federasiyasının nümayəndə heyətini qəbul edib.

Gənclər və İdman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Rizin Döyüş Federasiyasının nümayəndə heyətini qəbul edib.

Mayın 16-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Rizin Döyüş Federasiyasının nümayəndə heyətini qəbul edib. Görüşdə son illərdə MMA idman növünə Azərbaycanda marağın artdığı qeyd olunub və bu növün inkişafı istiqamətində görülən işlər müzakirə edilib.

Rizin Döyüş Federasiyasının qurucusu Sakakibara Nobuyukini səmimi qəbula görə nazirə minnətdarlıq edib. Son illərdə Azərbaycan idmançılarının döyüş idman növləri üzrə beynəlxalq yarışlarda çıxışları barədə fikir mübadiləsi aparılıb.

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının ilk püşkü atılıb

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının ilk püşkü atılıb

Mayın 29-da başlayacaq və iyunun 4-dək qədər davam edəcək Taekvondo üzrə dünya çempionatı yarışları üçün ilk püşkatma təşkil olunub.

YAZTV xəbər verir ki, nəticəyə əsasən, millimizin üzvü Cavad Ağayev 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionatın ilk günü kişilər 68 kq çəki dərəcəsində, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.

Xatırladaq ki, mayın 29-dan iyunun 4-dək Bakıda düzənlənən sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

İsrailli gimnastlar Avropa çempionatında beş halqa ilə yarışda qızıl medal qazanıblar

İsrailli gimnastlar Avropa çempionatında beş halqa ilə yarışda qızıl medal qazanıblar

İsrailin qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında beş halqa ilə final yarışında birinci olub.

YAZTV xəbər verir ki, israilli gimnastların çıxışı 35,800 xalla qiymətləndirilib. Bolqarıstan komandası 35,250 xalla yarışı ikinci, İtaliya kollektivi isə 34,950 xalla üçüncü pillədə başa vurublar.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət Azərbaycan komandası 32,800 xalla səkkizinci yeri tutub.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın birinci günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.

Azərbaycan idmançıları kombat ciu-citsu üzrə açıq Avropa çempionatında 12 medal qazanıblar

Azərbaycan idmançıları kombat ciu-citsu üzrə açıq Avropa çempionatında 12 medal qazanıblar

Slovakiyanın Mixalovtse şəhərində kombat ciu-citsu üzrə açıq Avropa çempionatı keçirilib.

YazTV xəbər verir ki, Azərbaycanı çempionatda Daxili İşlər Nazirliyinin (DİN) idman cəmiyyətinin 10 idmançısı təmsil edib. İdmançılarımız yarışda “ground fight”, “full contact”, “close contact” və “self-defence” versiyalarında mübarizə aparıblar.

Çempionatda qadınların yarışında Fidan Yusifova (62 kq) "ground fight" və "self defence" versiyalarında birinci olub. Otuz altı yaşdan yuxarı idmançıların yarışında Ceyhun Hüseynov (93 kq) və Məğrur Əhmədov (85 kq) “full contact" versiyasında qızıl medal qazanıblar. 18-35 yaşlı idmançıların yarışında “ground fight” kateqoriyasında Sabir Həsənov (85 kq) ikinci, Şirin Şirinov (57 kq) və Səid Qəmbərli (63 kq) üçüncü olublar. Təmsilçimiz Amir Abdi 14-15 yaşlı idmançıların mübarizəsində “ground fight” versiyasında turniri üçüncü pillədə başa vurub. M.Əhmədov “ground fight” və “close kontact” versiyalarında gümüş, Ş.Şirinov və A.Abdi “close contact” kateqoriyasında bürünc medala yiyələniblər.

Komandaya DİN-in idman cəmiyyətinin əməkdaşı, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov rəhbərlik edib. R.Məmmədov Avropa çempionatına baş hakim qismində dəvət alıb və onun rəhbərliyi altında həmin yarışın hakim briqadaları idarə olunub. Həmçinin R.Məmmədov Beynəlxalq Kombat Ciu-citsu Federasiyasının Hakimlər komitəsinin sədridir və dəfələrlə dünya, Avropa və Asiya çempionatlarını baş hakim kimi idarə edib.

Qeyd edək ki, millimiz çempionatı 12 medalla başa vurub.

Azərbaycan Voleybol Federasiyası  Şirvanda seleksiya xarakterli yarış keçirib.

Azərbaycan Voleybol Federasiyası Şirvanda seleksiya xarakterli yarış keçirib.

Azərbaycan Voleybol Federasiyası (AVF) Şirvanda 28 May - Müstəqillik Günü münasibətilə seleksiya xarakterli yarış keçirib.Mayın 24-də start götürən turnirdə 15 yaşadək qızlar və oğlanlar iştirak ediblər.

YAZTV xəbər verir ki, Ümumilikdə 8 qız və 16 oğlan komandasının mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib. İlkin mərhələyə Hacıqabul, final matçlarına isə Şirvan ev sahibliyi edib.
Bu gün final qarşılaşmalarından əvvəl AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, Şirvan İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və digər qonaqlar Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.


Daha sonra Şirvan Olimpiya Kompleksində yarışın rəsmi açılış mərasimi baş tutub. Çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə bir turnirin təşkilinə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib. Şirvanda voleybolun inkişafından danışan İ.Abbasov bu cür yarışların yeniyetmə və gənc idmançılar üçün stimul olduğunu vurğulayıb. O, şirvanlı voleybolçuların da gələcəkdə milli komandalarımızda çıxış edəcəklərinə inandığını deyib.


AVF-nin vitse-prezidenti Bəhruz Quliyev çıxış edərək bütün yarış iştirakçılarını salamlayıb, turnirin yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə təşəkkür edib. O, federasiyanın müxtəlif bölgələrdən olan istedadlı yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri bundan sonra da davam etdirəcəyini vurğulayıb, bu məqsədlə nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. B.Quliyev final iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra həlledici qarşılaşmalara start verilib.


Qızların finalında Hacıqabulun Meynəman kənd orta məktəbinin komandası və Hacıqabul şəhər 2 saylı orta məktəbin kollektivi üz-üzə gəliblər. Maraqlı keçən bu matçda Hacıqabul şəhər 2 saylı orta məktəbin qızları 2:1 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıblar. Meynəman kənd orta məktəbinin komandası isə gümüş medalla kifayətlənməli olub. Üçüncü yeri isə Hacıqabul şəhər 1 saylı orta məktəbin qızları tutub.

Oğlanların final matçı Hacıqabul şəhər 3 saylı orta məktəbin komandası və Hacıqabul şəhər 2 saylı orta məktəbin komandası arasında olub. Bu görüşdə 2:1 hesabı ilə qələbə qazanan Hacıqabul şəhər 2 saylı orta məktəbin komandası yarışın çempionu olub. Hacıqabul şəhər 3 saylı orta məktəbin komandası isə gümüş medala sahib çıxıb. Turnirin bürünc mükafatını isə Hacıqabul şəhər 9 saylı orta məktəbin komandası qazanıb.

Qaliblərə kubok və medallar təqdim olunub. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov AVF-nin vitse-prezidenti Bəhruz Quliyevə xatirə hədiyyəsi təqdim edib və federasiyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.

 Dünya Qadın Seriyasının 3x3 basketbol üzrə Astara mərhələsinə start verilib

Dünya Qadın Seriyasının 3x3 basketbol üzrə Astara mərhələsinə start verilib

20 may Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunları start götürüb. Turnirin açılış oyununda Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev iştirak ediblər. Açılış oyunu Almaniya və Ukrayna milliləri arasında baş tutub.

YAZTV xəbər verir ki, Bu görüşdə Ukrayna kollektivi 15-14 hesablı qələbə qazanıb. B qrupunda isə favorit Çin millisi, Avstriya komandasına 14-13 hesabı ilə məğlub olub. C qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə, Polşa seçməsi ilə oyundan 22-7 hesablı məğlubiyyətlə ayrılıb. D qrupunda qərarlaşan "Neftçi" klubu, Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 15-12 hesabı ilə qalib ayrılıb.

İdmançımız Tunisdə qızıl medal qazandı

İdmançımız Tunisdə qızıl medal qazandı

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunis şəhərində keçirilən Afrika çempionatında qızıl medal qazanıb.

Yaztv.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb.

 Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.

 Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.

 Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatı görə iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançıların Tunisdə əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.

Previous Next

AVF Goranboy Olimpiya İdman Kompleksində seleksiya xarakterli yarış keçirir

 
Azərbaycan Voleybol Federasiyası (AVF) Goranboy Olimpiya İdman Kompleksində seleksiya xarakterli yarış keçirir. 
 
YazTV xəbər verir ki, 28 May - Müstəqillik Gününə həsr olunmuş turnirdə Goranboydan, eləcə də ətraf rayonlardan olan 15 yaşadək qızlar və oğlanlar iştirak edirlər. Qızların yarışında “Goranboy-1”, “Naftalan”, “Mingəçevir”, “Goranboy-2”, oğlanların yarışında isə “Mingəçevir”, “Gədəbəy”, “Goranboy”, “Göygöl” və “Daşkəsən” komandaları mübarizə aparırlar.
 
Bu gün ilk olaraq AVF-nin nümayəndələri və voleybol mütəxəssislərinin iştirakı ilə məşqçilərlə görüş keçirilib. Görüşdə voleybolun tarixindən, inkişafından və hazırkı vəziyətindən danışılıb. Tədbirdə hakimlər bugünkü yarışın qaydaları haqqında məlumat veriblər. 
 
Daha sonra oyunların püşkatması keçirilib və qarşılaşmalara start verilib. Bu gün matçlar bitdikdən sonra bağlanış mərasimi baş tutacaq.
Qeyd edək ki, bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.
"İdman hamı üçün" layihəsi çərçivəsində mayın 20-də veloyürüş təşkil ediləcək.

"İdman hamı üçün" layihəsi çərçivəsində mayın 20-də veloyürüş təşkil ediləcək.

 Bakı Konqres Mərkəzinin qarşısındakı parkın ərazisində saat 11.00-dan 12.00-dək davam edəcək tədbirdə hər kəs öz velosipedi ilə iştirak edə bilər.

YAZTV Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

 

 

 

 

Niyazi Bayramov veloyürüşün fəal iştirakçısına velosiped hədiyyə edib

Niyazi Bayramov veloyürüşün fəal iştirakçısına velosiped hədiyyə edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 10 may 2023-cü il tarixində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş veloyürüşdə fəallığı ilə seçilən məktəbli Rihad Mustafayevlə görüşüb.

Şəhər rəhbəri 15 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Rihad Mustafayevə istəyi üzrə velosiped hədiyyə edib, Vətənə, dövlətə layiqli övlad olmağı arzulayıb. Yeniyetmə, öz növbəsində, göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib.

 Yaztv.az