Sunday, 29 May 2022 12:21
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib

Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, AXCP üzvü Saleh Rüstəmov əfv edilib.

YAZTV-nin xəbərinə görə, Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamında onun da adı var.

Qeyd edək ki, S.Rüstəmov 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

Yeni nazir müavini Fərid Əhmədovu TANIYAQ

Yeni nazir müavini Fərid Əhmədovu TANIYAQ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YAZTV yeni nazir müavini Fərid Əhmədovun kimliyini araşdırıb. 

Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr və magistr təhsili alıb.

2002-2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlayıb və 2004-cü ilə kimi burada fəaliyyət göstərib.

2004-2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.

2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 15 noyabr 2021-ci ildə isə "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunub.

Azərbaycanda 87 anbarda xüsusi təhlükəli gübrə aşkarlanıb

Azərbaycanda 87 anbarda xüsusi təhlükəli gübrə aşkarlanıb

Azərbaycanda keçən il və bu ilin ötən dövründə bitki sağlamlığının izlənilməsi istiqamətində təsərrüfatlarda aparılan monitorinqlərin sayı açıqlanıb.

YAZTV-nin məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib ki, qeyd olunan müddətdə ümumilikdə 4 020 monitorinq aparılıb.

O qeyd edib ki, həmin monitorinqlərin 2 500-ü pomidor, 326-sı alma, 1 062-si kartof, 64-ü meyvə bağları, 68-i isə soğanla əlaqəli olub.

E.Mikayılov əlavə edib ki, həmin dövrdə bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda 209 monitorinq aparılıb:

"Keçən ildən bu yana uyğunsuzluq aşkarlanan müəssisələrin sayı 155, uyğun müəssisələrin sayı 54, xüsusi təhlükəli gübrə aşkarlanan anbarların sayı isə 87 olub".

AQTA rəsmisi onu da vurğulayıb ki, hazırda 13 ölkə ilə bitki mühafizəsi və karantini sahəsi üzrə saziş və anlaşma memorandumu layihələri hazırlanıb və imzalanması üzrə işlər

Prezidentdən Firəngiz Əlizadə ilə bağlı SƏRƏNCAM

Prezidentdən Firəngiz Əlizadə ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev F.Ə.Əlizadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam verib.

YAZTV xəbər verir ki, Sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əliağa qızı Əlizadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

İlham Əliyevdən nazirliklə bağlı FƏRMAN

İlham Əliyevdən nazirliklə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.

YAZTV xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Pərvin Kərimzadə: Azərbaycan və Litva arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub

Pərvin Kərimzadə: Azərbaycan və Litva arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub

YAP İdarə Heyətinin üzvü, millət vəkili

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın Litva ilə uzun illərdir ki, strateji tərəfdaşdır. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələrsiyasi dialoqun təzahürüdür.

Mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri, ölkəmizin Prezidenti İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüş, dövlət başçılarının mətbuata birgə bəyanatları, həmçinin Azərbaycan-Litva biznes-forumunda müzakirə edilən məsələlər mövcud tərəfdaşlığı daha da gücləndirmək üçün real zəmin formalaşdırdı.

Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.

Təsadüfi deyil ki, Litva ilə ölkəmiz arasında indiyədək 45-dən çox sənəd imzalanıb. Onların ən mühümü isə 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatdır. Bu sənəd Prezident İlham Əliyevin söylədiyi kimi əməkdaşlığın mahiyyətini əks etdirməklə yanaşı, münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrilib.

Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Litva biznes-forumunda iki ölkənin müxtəlif sahələrdəki yeni əməkdaşlıq imkanlarını yüksək dəyərləndirən Prezident İlhan Əliyev bildirib ki, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Dövlət başçımız eyni zamanda xatırladıb ki, Azərbaycanda investorlar üçün əlverişli biznes mühiti yaradılıb.

Azərbaycan-Litva biznes-forumunda ölkəmizin inkişaf dinamikasının əsas göstəricilərini, cari ilin dörd ayının nəticələrini litvalı qonaqların diqqətinə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, ölkənin iqtisadiyyatı 7,2 faiz, qeyri-neft sektoru 11,4 faiz, ixrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Ölkədə işsizlik səviyyəsi 5-6 faizə qədər azalıb. Bütün bunlar isə ölkənin dayanıqlı inkişafından xəbər verir.

Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olmasının vacibliyi önə çəkilib, bu sektorda əməkdaşlığa xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq Azərbaycan müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları yaradıb. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar isə Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün də çox önəmli olacaq.

Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri, mayın 18-də keçirilən Azərbaycan-Litva biznes-forumunun sonunda iki ölkə arasında yeni 6 sənədin imzalanması bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

“Azəriqaz”dan Gəncədə baş verən partlayışla bağlı AÇIQLAMA

“Azəriqaz”dan Gəncədə baş verən partlayışla bağlı AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyi Gəncə şəhəri 5-ci mikrorayonda yerləşən binaların birində baş verən partlayışla bağlı mövqeyini bildirib.

YAZTV xəbər verir ki, “Azəriqaz”ın İctimayyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev bununla bağlı öz “Facebook” səhifəsində açıqlama verib: "Məlumata görə, səbəblər araşdırılmadan, ortada rəsmi mövqe olmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyi barədə bəzi saytlarda xəbərlər dolaşır. Diqqətinizə çatdırıram ki, bu ilin fevral ayının 7-də, hadisənin baş verdiyi binada Birliyin əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırma prosesi icra olunub və partlayışda dünyasını dəyişən şəxsin təlimat jurnalında imzası da mövcuddur. Digər yerlərdə olduğu kimi, sözügedən binada da sızma halları daim diqqət mərkəzində olub. Odur ki, dəyərli həmkarlarımı bütün bunları nəzərə almağa və rəsmi açıqlamanı gözləməyə çağırıram. Ola bilər ki, rəsmi cavabda hansı hallardasa qaz adı keçər, hətta birbaşa keçər. Amma icazə verin, bu, istintaqın nəticəsində gəlinən qənaət olsun”.

Prezident Cavid Qurbanovu nazir müavini təyin ETDİ

Prezident Cavid Qurbanovu nazir müavini təyin ETDİ

Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

YAZTV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Gəncədə Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib

Gəncədə Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları şagirdlərlə görüşüb. Görüşdə DQİDK-nin Gəncə Bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova, Gəncə Şəhər İcra Hakimiyyətinin nüamyəndəsi, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin, DQİDK-nin Gəncə Bölgəsi üzrə şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
 
Çıxışlar zamanı məktəblilər Azərbaycan İlahiyyat İnstitutunun yaradılma məqsədi, fəaliyyəti, təhsil imkanları barədə məlumatlandırılıb. Cəmiyyətdə dinə olan marağı, savadlı mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradıldığı bildirilib. Qeyd olunub ki, İnstitutda ödənişsiz təhsil alan tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin edilirlər. Eyni zamanda, İslam dininin tədrisinə dair Quran, Hədis, Təfsir, Kəlam, Təsəvvüf kimi ənənəvi fənlərlə yanaşı, dinləri sosioloji və psixoloji tədqiq edən fənlərin də tədrisi təşkil olunur.
 
Tədbirdə o da qeyd olunub ki, İnstitutda digər aparıcı dünya dinlərinin xristianlıq, yəhudilik, hinduizm, buddizmin eləcə də fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi sosial humanitar elmlər də tədris olunur. Ali təhsil ocağında tədris Azərbaycan dilində həyata keçirilir, həmçinin tələbələr ingilis, ərəb, klassik ibrani və fars dillərini öyrənmək imkanına malikdirlər.
 
Çıxışlardan sonra Azərbaycan İlahiyyat İnistitutunun video çarxı nümayiş olunub, şagirdlərin sualları cavablandırılıb.
 
 
Azərbaycanda daşınmaz əmlaka görə ƏDV-nin qaytarılması qaydası təsdiqlənib

Azərbaycanda daşınmaz əmlaka görə ƏDV-nin qaytarılması qaydası təsdiqlənib

Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

YAZTV-nin məlumatına görə, fərmana əsasən, İqtisadiyyat Nazirliyi Qaydada nəzərdə tutulan müvəkkil bankı (bankları), Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla, 15 gün müddətində müəyyən etməli, ƏDV-nin qaytarılması sisteminin tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını büdcədənkənar fondu hesabına təmin etməlidir.

Bundan başqa, nazirlik vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini,ƏDV-nin qaytarılması sisteminin tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə isə, ƏDV-nin, Qaydanın tələblərinə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etmək, Qaydada nəzərdə tutulan rəyin formasını, İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, 15 beş gün müddətində təsdiq etmək tapşırılıb.

Cavid Qurbanov İŞDƏN ÇIXARILDI

Cavid Qurbanov İŞDƏN ÇIXARILDI

Prezident İlham Əliyev Cavid Qurbanovla bağlı sərəncam imzalayıb.

YAZTVlxəbər verir ki, sərəncama əsasən, Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycanda mənşə sertifikatları müvəqqəti olaraq İİTKM-də veriləcək

Azərbaycanda mənşə sertifikatları müvəqqəti olaraq İİTKM-də veriləcək

Sabahdan başlayaraq iyunun 20-nə qədər Azərbaycanda malın mənşə ölkəsini təsdiq edən sertifikatlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təqdim olunacaq.

YAZTV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, “Formula 1 Azərbaycan Qran Pri” yarışının keçirilməsi ilə əlaqədar Dövlət Xidmətinin yerləşdiyi “Hökumət Evi”ni əhatə edən yollarda hərəkət məhdudlaşdırılacaq. Odur ki, sertifikatlar Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 47 (Hüseyn Cavid parkının yaxınlığında) veriləcək.