Tuesday, 27 İyul 2021 15:55
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Cəbrayılda Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşüb

Cəbrayılda Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşüb

Cəbrayıl rayonunda Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşüb.

Baş Prokurorluqdan  verilən məlumata görə, iyulun 27-də partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Minatəmizləmə Agentliyinin əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşüb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

YAZTV xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulandı.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edildi ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunuldu.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Sabah “Bakı bəyannaməsi” imzalanacaq

Sabah “Bakı bəyannaməsi” imzalanacaq

Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır.

Məlumatı “Anadolu” agentliyi yayıb.

Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.

Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək. 

 

 

 

 

 

İlham Əliyev Şentopla görüşdü - FOTO

İlham Əliyev Şentopla görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YAZTV xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı.

Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirildi ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulandı ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edildi.

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.

Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

Döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur - MN

Döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur - MN

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur.

Müdafiə Nazirliyindən bildirilib ki, əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb.

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

Prezident İlham Əliyev R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

YAZTV xəbər verir ki, Sərəncamla Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

YAP və AK Partiya gənclər təşkilatları arasında görüş keçirilib

YAP və AK Partiya gənclər təşkilatları arasında görüş keçirilib

Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) gənclər təşkilatının sədri Eyüp Kadir İnan və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov arasında YAP qərargahında görüş keçirilib

YAZTV-nin məlumatına görə, görüş zamanı gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. E.K.İnan bu səfərin çox faydalı keçdiyini diqqətə çatdıraraq YAP Gənclər Birliyinin sədri və üzvlərini Türkiyəyə səfərə dəvət edib.

B.İslamov isə bildirib ki, iki partiyanın gənclər təşkilatlarının münasibətlərinin inkişaf etməsi önəmlidir. Azərbaycan və Türkiyədə gənclər arasında əlaqələri gücləndirdikdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan və Türkiyə gənclərinin şəbəkələşməsini təmin edə bilərik:

"Əsas məqsəd Türkiyə və Azərbaycan gəncliyini vahid amal ətrafında birləşdirməkdir ki, bu dostluq, qardaşlıq gələcək nəsillərə bir miras kimi qalsın”. Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub".

Anar Məhərrəmov Estoniyada səfir təyin edilib

Anar Məhərrəmov Estoniyada səfir təyin edilib

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Azərbaycanın BMT-nin Cenevrədəki bölməsinə yeni daimi nümayəndə təyin edildi

Azərbaycanın BMT-nin Cenevrədəki bölməsinə yeni daimi nümayəndə təyin edildi

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV” xəbər verir ki, sərəncama əsasən, Qalib İsrafilov Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Mustafa Şentop və Əsəd Qeysəri Bakıya gəldi

Mustafa Şentop və Əsəd Qeysəri Bakıya gəldi

İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək. Tədbirin yekununda Bakı Bəyannaməsinin imzalanması gözlənilir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, bu məqsədlə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da ölkəmizə səfərə gəliblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə və Pakistan spikerlərini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev, Türkiyənin və Pakistanın ölkəmizdəki səfirləri Cahit Bağçı, Bilal Haye və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Pakistan və Türkiyə parlament sədrlərinin Qarabağda Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri də gözlənilir.

Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edildi

Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edildi

Prezident İlham Əliyev E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Ceyhun Bayramovla Nikola Selakoviç arasında təkbətək görüş olub

Ceyhun Bayramovla Nikola Selakoviç arasında təkbətək görüş olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla serbiyalı həmkarı Nikola Selakoviç arasında təkbətək görüş olub.

YAZTV xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı ikitərəfli məsələlər müzakirə edilib.

Qeyd edək ki, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Azərbaycana səfər edib.