Wednesday, 01 Dekabr 2021 11:10
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi

Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi

Pakistanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

YAZTV xəbər verir ki, bu barədə səfirliyin rəsmi Tviter səhifəsində yazılıb: 

“Azərbaycan helikopterinin faciəvi qəzaya uğraması və nəticədə 14 gözəl gənc zabitimizin həlak olması xəbəri bizi kədərləndirdi. Allah şəhidlərin cənnətdə məqamını uca etsin. Şəhidlərin ailələrinə və qardaş Azərbaycan xalqına dua edirik”.

İsrail səfiri Azərbaycana başsağlığı verib

İsrail səfiri Azərbaycana başsağlığı verib

İsrailin Azərbaycandakı səfiri Corc Dik Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

YAZTV  xəbər verir ki, o, bu barədə özünün tviter hesabında yazıb.

“Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.

https://twitter.com/GeorgeDeek/status/1465681595910823948?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1465681595910823948%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fisrail-sefiri-azerbaycana-bassagligi-verib%2F

Türkiyə parlamentinin sədri Azərbaycana başsağlığı verib

Türkiyə parlamentinin sədri Azərbaycana başsağlığı verib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

YAZTV-nin xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib.

“Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan xalqının başı sağ olsun”, - M.Şəntop bildirib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Belarus səfirliyi Azərbaycana başsağlığı verib

Belarus səfirliyi Azərbaycana başsağlığı verib

Belarusun Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

YAZTV xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. 

“Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması sonucunda insanların faciəvi şəkildə həlak olması xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralılara tezliklə şəfa diləyirik”, - başsağlığı mətnində bildirilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Mehriban Əliyeva helikopter qəzası ilə bağlı paylaşım edib

Mehriban Əliyeva helikopter qəzası ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı instaqram hesabında paylaşım edib.

YAZTV xəbər verir ki, paylaşımda Prezident İlham Əliyevin qəza nəticəsində həlak olanların ailələrinə ünvanladığı başsağlığı mətni yer alıb.

https://www.instagram.com/p/CW5w5bvKoYf/

Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova telefonla zəng edib.

YAZTV xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb.

Türkiyəli nazir telefon danışığı zamanı general-polkovnik Elçin Quliyevə və general-polkovnik Zakir Həsənova başsağlığı verib.

H.Akar Qaraheybətdə həlak olan hərbçilərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Meral Akşener: “Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun”

Meral Akşener: “Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun”

“Azərbaycanda təlimlər zamanı qəzaya uğrayan helikopterdə həlak olan şəhidlərimizə uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

YAZTV xəbər verir ki, bunu Türkiyənin İYİ Partiyanın sədri Meral Akşener tviterdə yazıb.

“Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun...”, - siyasətçi qeyd edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Türkiyənin vitse-prezidenti Azərbaycana başsağlığı verib

Türkiyənin vitse-prezidenti Azərbaycana başsağlığı verib

Türkiyənin vitse-prezidenti Fuat Oktay Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

YAZTV-nin xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib.

"Bu gün baş verən hərbi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Can azərbaycan xalqına və hökumətinə başsağlığı verirəm”, - F.Oktay yazıb.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İstanbul şəhərində qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib.

YAZTV xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”.

 

Ərdoğan İlham Əliyevə başsağlığı verib

Ərdoğan İlham Əliyevə başsağlığı verib

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.  

Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

****

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

YAZTV xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Türkiyənin dövlət başçısı hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilər üçün başsağlığı verib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Prezident “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişikliyi təsdiqləyib

Prezident “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

YAZTV xəbər verir ki, sənədə əsasən, Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verib

Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verib

“Bu gün baş verən faciəvi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

YAZTV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

“Qəhrəman Azərbaycan Silahlı Qüvvələri və Can Azərbaycan hökumətinin və xalqının başı sağ olsun”, - o əlavə edib.