Saturday, 23 Yanvar 2021 12:07
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
2.22°C

Bakı

Rütubətlilik: 73%
Külək: SW14.29 KM/S
“Azəriqaz”da onlayn vətəndaş qəbulu və sosial şəbəkə üzərindən canlı yayım keçirilib

“Azəriqaz”da onlayn vətəndaş qəbulu və sosial şəbəkə üzərindən canlı yayım keçirilib

Yanvarın 22-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Balakən rayonu, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Zaqatala rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Şəki şəhəri sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Birlikdən YAZTV-ə bildirilib ki, müraciətlər zamanı Vətən müharibəsinin iştirakçısı olan bir neçə qazinin ailəsi təbii qaz çəkilişinə dair müraciət edib. Bundan başqa, qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişlərinə dair müraciətlər də ünvanlanıb. Baş direktor R.Əliyev qaldırılan məsələlərin həlli, xüsusilə də qazi və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Baş direktor Ruslan Əliyev birliyin “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayım da təşkil edib. O, abonentləri maraqlandıran sualları cavablandırıb. Təxminən 40 dəqiqə ərzində 1000-dən çox müraciət daxil olub. Bunların arasında smart-kart tipli sayğacların mexaniki elektron sayğaclarla əvəzlənməsi, qazlaşdırılmasına ehtiyac duyulan yeni massivlər, təbii qazdan aşağı tariflə istifadəyə dair və sair suallar yer alıb. “Azəriqaz”ın baş direktoru belə görüşlərin mütəmadi olacağını, cavablandırılmasına vaxt çatmayan bütün müraciətlərin isə araşdırılacağını deyib.

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata əsasən, yanvarın 19-dan 21-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

“Azərişıq” ASC-dən YAZTV-ə bildirilib ki, gücləndirilmiş iş rejimi ilə çalışan qurumda əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Məsələ ilə əlaqədar ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərinin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Rəhbərliyin göstərişinə əsasən, regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq.

ASC istehlakçılara müraciət edərək bildirir ki, qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

 

“Azəriqaz”: Heç kimə artıq borc yazılmır

“Azəriqaz”: Heç kimə artıq borc yazılmır

“Azəriqaz” İstehsalat Birliyindən YAZTV-ə bildirilib ki, son günlər sosial şəbəkə ünvanlarında guya mexaniki-elektron sayğacların təbii qazla bağlı daha çox sərfiyyatı qeydə aldığı barədə müxtəlif yanaşmalara rast gəlinir. “Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, deyilənlər həqiqəti əks etdirmir. Qaz ölçü qurğuları, yəni sayğacların hamısının bir funksiyası var – sayğacdan keçən təbii qazın sərfiyyatını qeydə almaq. Smart-kart tipli sayğacın sərfiyyatı az, mexaniki-elektron sayğacın isə sərfiyyatı çox qeydiyyata alması mümkün deyil. Bu ölçü qurğuları standartlara cavab verir. Ölkəyə gətirildikdən sonra ən müasir üsullarla test olunur, yoxlanılır, daha sonra istismara verilir. Yəni müvafiq digər dövlət qurumları da (Azərbaycan Metrologiya İnstitutu) bu prosesə nəzarət edir.

Bildiririk ki, Azərbaycan Metrologiya İnstitutu tərəfindən ölçmə vasitələrinin (ÖV) tipinin təsdiqi məqsədilə keçirilən sınaqların nəticələri əsasında ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərar qəbul olunur. Tipi təsdiq edilmiş ölçmə vasitələri, dövlət reyestrinə daxil edilir. Dövlət reyestrinin qeydiyyatı qanunvericiliyə uyğun qaydada müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin Dövlət Reyestrində, respublikada istehsal edilmiş və dövlət qəbul sınağından keçirilərək tipi təsdiq edilmiş, həmçinin xaricdən partiyalarla və ya tək-tək gətirilmiş və təsdiq olunmuş tipə uyğunluğunun müəyyən edilməsi məqsədilə metroloji ekspertizadan keçirilərək respublika ərazisində istifadəsinə icazə verilən standart nümunələrin və ya ölçmə vasitələrinin qeydiyyatı aparılır. Tipi təsdiq olunmuş standart nümunələrin və ya ölçmə vasitələri haqqında məlumat mərkəzləşdirilmiş məlumat fonduna daxil edilir, həmçinin “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin rəsmi internet səhifəsində yayımlanır.

Abonentlər onu da nəzərə almalıdırlar ki, soyuq günlərdə təbii qazdan istifadə artıb. Qaza olan tələbat çoxalıb. Üstəlik, narazı qalan abonentlərin sərfiyyatında artıq göstəriciləri də COVID-19 koronavirus pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin dövrünə təsadüf edir. Yəni hamı - əksər ailə üzvləri evdədir və istilik sisteminə ehtiyac əvvəlkindən çoxdur. Güzəştli aşağı tarifli limit həddinin də elə 2020-ci ilin dekabr ayında keçilməsinə çox təsadüf edilib. İstənilən abonent öz sərfiyyatı, ödənişləri barədə abonent soldosunu əldə edə bilər. Məsələn, bu, “ASAN Kommunal” mərkəzlərində mümkündür. Və yaxud 104/185 saylı Çağrı mərkəzinə də müraciət edib sorğu verə bilərlər. Bir sözlə, heç kimə artıq borc yazılmır, belə hal ciddi məsuliyyətdir. Bunu “Azəriqaz” İB-nin hər bir əməkdaşı yaxşı dərk edir. Bizim əsas məqsədimiz Sizə, operativ, layiqli xidmət göstərməkdir.

Neft Fondunun aktivləri 43,5 milyard dolları ötüb

Neft Fondunun aktivləri 43,5 milyard dolları ötüb

2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 milyard 360,8 milyon manat, büdcə xərcləri isə 12 milyard 425,3 milyon manat təşkil edib.

ARDNF-dən YAZTV-ə bildirilib ki, il ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 382,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 milyard 587,3 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,7 milyon manat, tranzit gəlirləri 20,4 milyon manat olub.

Ötən il ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 978,6 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 21,1 faizini təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondunun büdcədənkənar gəliri 3 milyard 473,9 milyon manat olub.

İl ərzində ARDNF-in 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 milyard 200 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,1 milyon manat yönəldilib. 2020-ci ildə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 21,2 milyon manat təşkil edib.

2021-ci il yanvarın 1-ə fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 milyard 323,3 milyon ABŞ dolları) nisbətən 0,56 faiz artaraq 43 milyard 564,3 milyon dollara bərabər olub. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına Neft Fondunun aktivlərinin həcmində artım baş verib. Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3,2 milyard dollar olub.

Azərbaycan 2020-ci ildə ən çox İtaliyaya məhsul göndərib

Azərbaycan 2020-ci ildə ən çox İtaliyaya məhsul göndərib

Azərbaycan ötən il ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən YAZTV-ə bildirilib ki, keçən il ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 4 milyard 172,2 milyon ABŞ dolları, Türkiyəyə 2 milyard 597,7 milyon dollar, Rusiyaya isə 709,3 milyon dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 568,4 milyon dollar, Türkiyə ilə 4 milyard 160,8 milyon dollar, Rusiya ilə 2 milyard 671,5 milyon dollar təşkil edib.

Kimya sənayesi məhsulları ixracının həcmi artıb

Kimya sənayesi məhsulları ixracının həcmi artıb

2020-ci ildə Azərbaycandan 576,9 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) YAZTV-ə verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 85,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2019-cu ildə ölkədən ixrac olunan 536,9 min ton kimya məhsullarının dəyəri 102,8 milyon dollar təşkil etmişdi.

Keçən il Azərbaycana gələn əcnəbilərin 27,6 faizi hava nəqliyyatından istifadə edib

Keçən il Azərbaycana gələn əcnəbilərin 27,6 faizi hava nəqliyyatından istifadə edib

2020-ci ildə Azərbaycana gələn əcnəbilərin 27,6 faizi hava nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsindən YAZTV-ə bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatı ilə ölkəmizə gəlib.

“Bakı Sığorta” İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarının reyestrinə salınıb

“Bakı Sığorta” İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarının reyestrinə salınıb

“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növləri üzrə sığorta fəaliyyəti göstərilməsi üçün nəzarət orqanı tərəfindən müvafiq icazə verilib.

ASC-dən YAZTV-ə bildirilib ki, “Bakı Sığorta” İcbari Sığorta Bürosuna (İSB) müraciət edərək iştirakçı üzv olmaq məqsədilə “İcbari Sığortalar Haqqında” Qanunun 28-ci maddəsinin tələblərini yerinə yetirib və bunun əsasında da ötən il dekabrın 25-də iştirakçı sığortaçıların reyestrinə daxil edilib. Beləliklə, “Bakı Sığorta” ASC-nin fəaliyyətinə icazə verilmiş icbari sığorta növləri üzrə sığorta şəhadətnamələrinin buraxılması məqsədilə İSB-in elektron informasiya sisteminə qoşulması təmin edilib.

Qeyd edək ki, iştirakçı sığortaçı ilə İSB arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər büronun nizamnaməsinə uyğun olaraq aparılacaq. İcbari sığorta növləri üzrə fəaliyyət müvafiq qanun ilə tənzimlənir. Sığorta şirkətləri yalnız müvafiq lisenziya aldıqdan sonra bu fəaliyyət növü ilə məşğul ola bilər.

Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

Keçən il Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən YAZTV-ə bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarus olub. Rusiyaya ixrac olunan məhsulların dəyəri 709,3 milyon ABŞ dolları, Ukraynaya 353 milyon dollar, Belarusa isə 164,9 milyon dollar olub.

SOCAR ötən il 2,4 milyon ton neft emalı və neft-kimya məhsulları ixrac edib

SOCAR ötən il 2,4 milyon ton neft emalı və neft-kimya məhsulları ixrac edib

SOCAR-ın keçən il ərzində neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 milyon ton təşkil edib.

Şirkətdən YAZTV-ə bildirilib ki, “SOCAR Polymer” şirkəti tərəfindən müxtəlif çeşiddə yüksəksıxlıqlı polietilen və polipropilen olmaqla 132,5 min ton polimer məhsulu ixrac edilib, bu da 2019-cu illə müqayisədə 58 faiz çoxdur.

Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir. “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olub. İl ərzində polimer məhsullarının Avstriya, Rumıniya və Gürcüstan bazarında satışına da başlanılıb.

Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edəcək

Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edəcək

Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı artmaqda davam edəcək.

YAZTV xəbər verir ki, bu barədə “PricewaterhouseCoopers” (PwC) konsaltinq şirkəti məlumat yayıb.

Elektrik enerjisi istehsalının dominant mənbəyi ənənəvi enerji mənbələri olsa da, PwC şirkəti günəş PV (Günəş fotovoltaik) gücünün Avropa İttifaqı (Aİ), Hindistan və Çində artan güc sayəsində sürətlə yüksələcəyini gözləyir: “Mövcud tendensiyalar davam edərsə, qlobal elektrik enerjisi sektorunda günəş PV gücü 2023-cü ildə təbii qazı və 2024-cü ildə kömürü geridə qoyacaq. Avropa İttifaqının Yeni Yaşıl Enerji müqaviləsi kimi karbon emissiyalarının qarşısını almaq üzrə regional cəhdləri və Paris müqaviləsi kimi beynəlxalq müqavilələr qarşıdakı onilliklərdə əhəmiyyətli dərəcədə yaşıl infrastruktur investisiyaları tələb edəcək. Ətraf mühit layihələrini birbaşa maliyyələşdirmək üçün istifadə olunan yaşıl istiqrazlar hazırda qlobal sabit gəlirli bazarın 5 faizdən azını təşkil edir. 2021-ci ildə ümumi yaşıl istiqraz buraxılışlarının ilk dəfə yarım trilyon ABŞ dollarını üstələyəcəyi gözlənilir. Bu tendensiyaya maliyyə alətlərinə standartlaşdırma səviyyəsini gətirməsi gözlənilən Aİ-nin Yaşıl İstiqraz Standartı daha çox kömək edəcək”.

2020-ci ildə 471,2 min tondan çox metanol ixrac edilib

2020-ci ildə 471,2 min tondan çox metanol ixrac edilib

Ötən il Azərbaycandan 471 min 233 tondan çox metanol ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) YAZTV-ə verilən məlumata görə, ixrac edilən metanolun dəyəri isə 51 milyon 186,2 min ABŞ dolları təşkil edib.