Monday, 29 May 2023 05:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.

Yaztv.az Apa- ya əsasən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb.

Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb.

Cari ilin yanvarında 5 min 121 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

YAZTV Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 13,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 21,6 milyon dollar olmaqla 6 min 616 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

“Banklararası Kart Mərkəzi”nin üzərindən 207 milyon kart əməliyyatı aparılıb

“Banklararası Kart Mərkəzi”nin üzərindən 207 milyon kart əməliyyatı aparılıb

Ölkənin kart infrastrukturunun mühüm elementi olan “Banklararası Kart Mərkəzi”nin üzərindən 2022-ci il ərzində 207 milyon kart əməliyyatı aparılıb.

YAZTV Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, milli valyutada əməliyyatların həcmi 10,1 milyard manat, xarici valyutada isə 66,4 milyon ABŞ dolları və 26,1 milyon avro təşkil edib.

“Kənddən şəhərə” yarmarkası açıldı

“Kənddən şəhərə” yarmarkası açıldı

Novruz bayramı ilə əlaqədar təşkil olunan “Kənddən şəhərə” yarmarkası fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarka 11-19 mart tarixlərində fəaliyyət göstərəcək.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) YAZTV-ə verilən məlumata görə, “Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur.

Yarmarkaya ümumilikdə 50 regiondan 82 fermer qatılıb. Fermerlər yarmarkada alıcılara 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulları təklif edir. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

“Kənddən Şəhərə” Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib.

“Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı).

“Qarabağ”ın oyunu ilə əlaqədar metropolitenin üç stansiyasında iş vaxtı uzadılacaq

“Qarabağ”ın oyunu ilə əlaqədar metropolitenin üç stansiyasında iş vaxtı uzadılacaq

Fevralın 16-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası turniri çərçivəsində “Gənclik” stansiyası yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionda keçirəcəyi oyunla əlaqədar “Bakı Metropoliteni”nin 3 stansiyası gücləndirilmiş və dəyişdirilmiş iş rejimində çalışacaq.

“Bakı Metropoliteni”ndən YAZTV-ə bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, matçın gec başa çatacağı ilə əlaqədar metropolitenin “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında iş vaxtı bir saat uzadılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar, bu qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun qurtardıqdan sonra mənzil başına rahat çatmaları üçün bir sıra tədbirlər görüləcək. Stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında “Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək və əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunun fevralın 16-da saat 21:45-də başlayacaq.

Fevralın 13-ü Dünya Radio Günüdür

Fevralın 13-ü Dünya Radio Günüdür

Fevralın 13-ü Dünya Radio Günüdür. Bu günün təsis edilməsi barədə qərar UNESCO-ya üzv dövlətlər tərəfindən 2011-ci ildə qəbul olunub. 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası fevralın 13-nü Dünya Radio Günü elan edib. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb.

YAZTV xəbər verir ki, builki Dünya Radio Günü “Radio və sülh” mövzusuna həsr edilib.

UNESCO-nun Baş Direktoru Odre Azule bu əlamətdar günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd edilir ki, bu il Dünya Radio Günündə radionun sülhün möhkəmlənməsinə və bərqərar olmasına töhfə vermək qabiliyyəti vurğulanır. Bir əsrdən artıq mövcud olduğu müddətdə radio özünü ünsiyyət üçün unikal alət kimi göstərmişdir. Bu, həm də UNESCO-nun COVID-19 pandemiyası dövründə radionun potensialından istifadəyə xüsusi diqqət yetirdiyini izah edir.

Radio təkcə texniki vasitə kimi deyil, eyni zamanda, demokratik müzakirənin formalaşması və möhkəmlənməsinin baş verdiyi informasiya məkanıdır. Bu gün bütün radio dinləyiciləri, audiovizual mütəxəssislər və yayımçılar təkcə radionun xüsusiyyətlərinə hörmətlə yanaşmağa deyil, həm də onun sülhü təşviq etmək üçün unikal alətə çevrilməsinə töhfə verməyə dəvət edilir.

Nyu-York birjasında təbii qaz 8,82 faiz bahalaşıb

Nyu-York birjasında təbii qaz 8,82 faiz bahalaşıb

Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti bahalaşıb.

YAZTV xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında təbii qaza olan qiymət 1 milyon BTU (British thermal unit – Britaniya termal vahidi) üçün 0,24 ABŞ dolları və ya 8,82 faiz bahalaşaraq 3,01 dollar təşkil edib.

İtaliya şirkətləri azad edilmiş ərazilərdə icra olunan layihələrdə iştirak etməkdə maraqlıdırlar

İtaliya şirkətləri azad edilmiş ərazilərdə icra olunan layihələrdə iştirak etməkdə maraqlıdırlar

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə görüşüb.

Nazirlikdən YAZTV-ə bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanın İtaliya ilə münasibətlərin inkişafına önəm verdiyini, ölkələrimiz arasında tərəfdaşlığın gücləndiyini, dövlət başçılarının səfərlərinin, keçirilən görüşlərin əlaqələrin genişləndirilməsində xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin sonunda tam istismara verilmiş Cənub Qaz Dəhlizi ölkəmizin Avropanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal tərəfdaşlığa dəvət olunub.

İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso qeyri-neft iqtisadiyyatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib, əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.

Tərəflər Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərini, sənaye, əczaçılıq, tikinti, dəmir yolları, təhsil, qida və s. istiqamətlərdə mümkün əməkdaşlıq modellərini müzakirə ediblər.

“AzerGold” QSC Türkiyəyə humanitar yardım göndərib

“AzerGold” QSC Türkiyəyə humanitar yardım göndərib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərib.

QSC-dən YAZTV-ə bildirilib ki, faciədən zərər çəkmiş şəxslərin, eləcə də xilasedici heyətin zəruri ehtiyaclarının qarşılanması məqsədilə generator, elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün isti geyim dəstləri, yataq ləvazimatları və s. mal və avadanlıqlar Heydər Əliyev Fondunun xətti ilə fəlakət zonasına göndərilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Qeyd edək ki, fevralın 6-da çoxsaylı insan tələfatı və dağıntılarla müşayiət olunan təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə qardaş Türkiyəyə könüllü humanitar dəstək tədbirlərinin göstərilməsinə başlanılıb. Bu nəcib çağırışa yüzminlərlə vətəndaş, müxtəlif dövlət və özəl müəssisələr, o cümlədən vətəndaş cəmiyyəti institutları qoşulublar.

“AzerGold” QSC faciə ilə əlaqədar qardaş Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, dağıntılar altında qalmış insanların tezliklə xilas olmasını, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.

SİMA ilə “Premium Bank” tərəfdaş oldu

SİMA ilə “Premium Bank” tərəfdaş oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

MMC-dən YAZTV-ə bildirilib ki, növbəti inteqrasiya prosesi “Premium Bank”ın sistemində reallaşıb və beləliklə, SİMA ilə sözügedən bank arasında tərəfdaşlıq əlaqələri qurulub. Tərəfdaşlığa əsasən, “Premium Bank”ın mobil tətbiqi üzərindən plastik kartların sifarişi zamanı sənədlərin SİMA ilə imzalanması mümkün olub. Bu da müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən müqavilələri imzalamağa imkan verir.

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Dünya birjalarında neft ucuzlaşıb.

Dünya birjalarında neft ucuzlaşıb.

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

YAZTV xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,61 dollar azalaraq 86 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,88 dollar ucuzlaşaraq 79,26 dollar təşkil edib.

Azərbaycan sahibkarları Pakistanda keçiriləcək sərgiyə dəvət olunublar

Azərbaycan sahibkarları Pakistanda keçiriləcək sərgiyə dəvət olunublar

Azərbaycan sahibkarları fevralın 23-25-də Lahor şəhərində keçiriləcək 2-ci Mühəndislik və Səhiyyə Sərgisinə dəvət ediliblər.

AZPROMO-dan YAZTV-ə bildirilib ki, builki sərgidə 170-dən çox Pakistan istehsalçısının kənd təsərrüfatı avadanlığı, avtomobil və avtomobil hissələri, məişət texnikası, təhlükəsizlik avadanlığı, inşaat materialları, kimyəvi maddələr, boyalar, zərgərlik əşyaları və daşlar, qablaşdırma materialları, mebel, idman malları, cərrahi alətlər, əczaçılıq və kosmetik məhsulları təqdim olunacaq.