Azərbaycanda televiziya rejissoru vəfat edib

Azərbaycanda televiziya rejissoru vəfat edib

Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qaziyev vəfat edib.

Bu barədə  ailə üzvləri məlumat verib.

Bildirilib ki, rejissor bu gün günorta saatlarında dünyasını dəyişib. Onun ölüm səbəbi insult olub.

Qeyd edək ki, A.Qaziyev 1938-ci il mayın 17-də anadan olub. O, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.(report az)