Cari ilin 11 ayında Azərbaycana gələn Türkiyə vətəndaşlarının sayı 60 faiz artıb
Yeni Azərbaycan TV

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 283 min 493 Türkiyə vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
YAZTV xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında deyib.
Azadə Hüseynova növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanmasının əhəmiyyətinə toxunaraq bu proqramda turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə yer verilməsinin iki ölkə arasında turizm əlaqələrinə öz töhfəsini verəcəyini bildirib.