"Twitter" Azərbaycanda ən populyar sosial şəbəkə olub
2021-04-02 18:30:00

2021-ci ilin martında Azərbaycanın sosial şəbəkə bazarında “Twitter” 33,63 faiz payla birinci yerdə qərarlaşıb
YAZTV bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
İkinci yerdə 24,26 faiz göstərici ilə “YouTube”, üçüncü yerdə 17,76 faiz göstərici ilə “Instagram” qərarlaşıb.
“Pinterest”in payı 9,78 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,62 faiz təşkil edib. (trend az)