Kosmosa getmək üçün turistlər müqavilə imzaladılar
Yeni Azərbaycan TV

ABŞ-ın “Axiom Space” şirkəti Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk turistləri 2021-ci ildə göndərəcək. Səyyahlar uçuş üçün lazım olan sənədləri artıq imzalayıblar.
YAZTV bildirir ki, bu barədə 360 TV xəbər yayıb.
“Üç xüsusi astronavt və Maykl Lopes Aleqriadan (keçmiş NASA astronavtı) ibarət çoxmillətli bir heyət rəsmi olaraq “Axiom” ilə müqavilə imzaladı. Başqa sözlə: bəşəriyyət tarixində orbitə çıxacaq ilk özəl heyət yığılıb”, - deyə şirkətin mətbuat xidməti öz “Twitter” hesabında bildirib.