“Facebook”da nasazlıq yaranıb

“Facebook”da nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində "Facebook" istifadəçiləri sosial şəbəkənin işində nasazlıqla qarşılaşıblar.

YAZTV xəbər verir ki, bu barədə məşhur internet resurslarında nasazlıqları izləyən "Downdetector" saytı məlumat yayıb.

Portalın məlumatına görə, nasazlıqlar Bakı vaxtı ilə saat 23:24-də ortaya çıxıb. Sosial şəbəkənin işində nasazlıqlardan daha çox ABŞ-da, Böyük Britaniyada, Niderlandda, İtaliyada, Çexiyada və Yunanıstanda qeydə alınıb.

Xidmətin işində problemlər həmçinin Rusiyanın bir sıra şəhərlərində müşahidə edilib.