"Uğurun təməli" adlı yeni layihəyə start verilib

"Uğurun təməli" adlı yeni layihəyə start verilib

Gəncədə "Uğurun təməli" adlı yeni layihəyə start verilib. Bu barədə 101.az-a layihənin rəhbəri Ləman Həsənova məlumat verib. O bildirib ki, 3 ay müddətində davam edən layihənin məqsədi şagirdlərdə tənqidi məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirməkdir.

"Əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncə şəhər 2,8,16,22,23 və 38 nömrəli məktəbin şagirdlərinin iştirakı nəzərdə tutulub. Şagirdlər Mindstorms Ev3 legoları ilə robotdüzəltmə öyrənəcək, təxəyyüllərindəki ideyaları reallaşdırıb mikrobit vasitəsi ilə proqramlaşdıracaq, proqram təminatı vasitəsi ilə öz ideyalarını 3D printerdə yaradacaqlar"-deyə Ləman Həsənova əlavə edib.

Qeyd edək ki, layihənin təqdimatı 29.09.2022-ci il tarixdə Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbdə keçirildi. Təqdimatda Gəncə-Daşkəsən Regional Təhsil İdararəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etdilər. Oktyabr ayından təlimlər başlayır.