Azərbaycanda bəzi səhiyyə xərcləri artırılacaq
Sənübər Qocayeva

“Azərbaycanda orqan transplantasiyası, uşaqlarda ürək qüsurunun aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasına baxacağıq”.
YAZTV-nin xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.
O, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində danışıb. Bununla belə, nazir artımın nə qədər olacağını açıqlamayıb.