Bu ərazidə su kəsiləcək

Bu ərazidə su kəsiləcək

Bu gün axşam saatlarında Yeni Yasamal 1 yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YAZTV xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

 Bildirilib ki, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.