Gəncə şəhərində fəaliyyət göstərilən muzeylərə ekskursiyalar təşkil olundu

Gəncə şəhərində fəaliyyət göstərilən muzeylərə ekskursiyalar təşkil olundu

18 May 2022-ci il tarixində “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman baş İdarəsi tərəfindən bir qrup gəncin Gəncə şəhərində fəaliyyət göstərən muzeylərə ekskursiyaları təşkil olunmuşdur.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir.

Beynəlxalq Muzeylər Gününün əsas məqsədi gənclər arasında milli-mədəni irsin təbliğ etdirilməsi və cəmiyyətin həyatında muzeylərin nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də hər il Beynəlxalq Muzeylər Günü qeyd edilir.

Tədbir çərçivəsində gənclər muzeyləri ziyatət edərək milli mədəniyyət və tarix haqqında məlumatlarını daha da zənginləşdiriblər. Ekskursiya zamanı gənclərə ölkə əhəmiyyətli memarlıq abidələri və eksponatlar barədə ətraflı məlumat verilib və gənclər xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olublar.